• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Putin və Netanyahu nəyi böldülər? - Təhlil

15:16 13.03.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

İsrailin baş naziri Benyamin Netanyahu İsraillə sərhəddə İran hərbi bazalarının yaradılmamasına razılıq əldə etmək üçün Moskvaya səfər edib

Səfər zamanı danışıqların başlıca mövzusunun İranın planları olacağı barədə İsrail mətbuatı yazırdı.

“Biz artıq başqa dünyada yaşayırıq…”

“Currenttime.TV” yazır ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə Benyamin Netanyahu yəhudilərin martın 12-də qeyd etdikləri Purim bayramını yada salıb. Həmin gün 2500 il öncə qədim İranda baş verənlərlə – yəhudi xalqının kökünün kəsilməsi cəhdiylə bağlıdır. “İran bu cəhdləri fəal şəkildə davam etdirir”, – Netanyahu bununla bağlı deyib. Rusiya prezidentisə həmin hadisələrin bizim eramızdan əvvəl V əsrdə baş verdiyini xatırladıb.

“Biz artıq başqa dünyada yaşayırıq, gəlin, indi bu haqda danışaq”, – Putin söyləyib.

Netanyahunun səfəri öncəsi yerli nəşr – "Reshet Bev" yazıb ki, o, Moskvada İranın Suriyada daimi hərbi baza yaratmasıyla bağlı İsrailin qəti narazılığını çatdıracaq. Baş nazirin sözlərinə görə, Tehran İsrail əleyhinə cəbhə açmaq niyyətindədir.

İran Suriyadakı hərbi əməliyyatlarda iştirak edir. Üstəlik, Suriya prezidenti Bəşər Əsədin tərəfində İsrail və ABŞ-ın terror qruplaşması kimi tanıdığı “Hezbollah” hərəkatının şiə yaraqlılarından ibarət ön dəstələri də döyüşür.

Bu, İsrail baş nazirinin Moskvaya birinci səfəri deyil. Onun Vladimir Putinlə hər görüşü Yaxın Şərqdə situasiyanın daha da kəskinləşməsi fonunda keçir.
 
Putin və Netanyahu: görüş ardınca görüş

2009-cu ildə təkrar hökumət başçısı təyin edilən Benyamin Netanyahu dünyanın başqa liderlərindən fərqli olaraq Moskvaya daha tez-tez səfər edir.

2009-cu il sentyabrın 9-da Rusiya və İsrail mətbuatı xəbər verdi ki, Netanyahu qəfildən bütün planlarını təxirə salaraq Moskvaya gizli səfər edib. Bu xəbər “Arctic Sea” gəmisiylə bağlı xəbərin yayıldığı vaxtda üzə çıxdı. Ekspertlər bu gəminin Rusiyanın S-300 zenit-raket komplekslərini İrana gizli gətirdiyini güman edirdilər. Bir ay sonra bəlli oldu ki, Rusiyanın qərarıyla S-300-lərin İrana çatdırılması prosesi dondurulub. Tehran Moskvaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırdı.

Netanyahu Rusiya paytaxtına növbəti dəfə artıq rəsmi şəkildə 2010-cu ilin fevralında səfər etdi. Bundan bir həftə öncə İran uranın zənginləşdirilməsi haqqında danışmışdı, ABŞ prezidenti isə bu ölkəyə sərt sanksiyalar tətbiq etməyə çağırmışdı. Ekspertlərin qənaətincə, Netanyahu Moskvaya Rusiyanı da İran əleyhinə sanksiyalara qoşulmağa razı salmağa gəlibmiş. Amma cəhd baş tutmamışdı.

Eyni məqsədlə İsrail baş naziri 2013-cü ildə Putinlə daha iki dəfə görüşdü. Hər dəfə bildirilirdi ki, səfərin məqsədi ya İkinci Dünya Müharibəsinin ildönümü, ya da iki ölkə arasındakı diplomatik münasibətlərin yaradılmasının yubileyidir. Qeyri-rəsmi isə hər dəfə Putinlə Netanyahunun Yaxın Şəqrdəki durumu müzakirə etdikləri deyilirdi.

Təsadüfmü?

İsrail baş nazirinin səfərləri 2015-ci ildən, Rusiya Suriyada hərbi əməliyyatları dəstəklədiyini bəyan etdikdən sonra daha da çoxaldı.

2016-cı ilin aprelində Netanyahu Moskvaya Fələstinin başçısı Mahmud Abbasın səfərindən iki gün sonra gəlmişdi. O zaman bu, sadəcə, təsadüf adlandırılmışdı.

Sonuncu dəfə Benyamin Netanyahu Rusiya paytaxtına 2016-cı ilin iyununda səfər etdi və bu, iki ayda ikinci görüş idi. Putin o zaman həmkarına Moskvaətrafı muzeydə saxlanılan İsrail tankı “Marax”ı (Magach) bağışlamışdı. Başqa hədiyyə isə pərdə arxasında saxlanılmışdı – Rusiya HHQ-nin Suriyadakı hərəkətlərini İsrailin baş qərargahıyla koordinasiya etməyə razılıq vermişdi.

Bu dəfəki səfərsə Netanyahunun təkrar baş nazir təyinatından sonra 9-cu gəlişidir. Kremlin rəsmi saytının yazdığına görə, məqsəd Yaxın Şərqdə baş verənlərlə bağlı fikir mübadiləsi aparmaqdır. Yəni son 8 ildəki səfərlərdən daha biri.

Müdafiə və hücum vasitələri: düşmənlərin əlində nələr var

Ötən ilin payızında İsrail aviasiyası bir neçə dəfə Suriyanı bombalayıb. Ölkə rəhbərliyi bəyan edib ki, hərbçilər Holan yüksəkliklərinin artilleriya atəşinə tutulmasına cavab verirlər.

Həmin ilin sentyabrında Suriya hərbçiləri bəyan ediblər ki, İsrailə aid təyyarəni vurublar, ancaq İsrail komandanlığı məlumatı yalanladı. Bir ay sonra “Fox News” Rusiyanın Suriyaya hava hücumundan müdafiə sistemi – S-300-lərin göndərilməsi haqda xəbər verdi. Bu ilin fevralındasa həmin telekanal Rusiyanın Suriyaya 50 “Toçka-U” taktiki raketi çatdırması haqda ABŞ məmurlarına istinadla məlumat yaydı. Rusiya məlumatı yalanlamayıb. Bu raket hədəfi 70 km-dən vuraraq darmadağın edir.

Bu həftə, martın 9-da İranın İslam İnqilabı Keşikçiləri korpusu yeni “Hörmuz-2” ballistik raketlərini sınaqdan çıxarıb. Onlar 259 km-dən hədəfi vura bilirlər.

Bu ilin yanvarında İsrail baş naziri ABŞ prezidenti Donald Trampla da görüşüb, bu zaman İranla bağlı təhlükəni, o cümlədən Tehranın atom proqramını müzakirə ediblər.

“Hələbdən sonrakı dövr”

Yaxın Şərqdə nüfuz sahələrinin bölüşdürülməsi yönündə sövdələşmələrin parametrlərinin müzakirə olunduğunu demək olarmı? “Currenttime.tv” nin bu sualını Yaxın Şərq münaqişələrinin analizi mərkəzinin direktoru Alexandr Şumilin cavablandırıb. Onun sözlərinə görə, indi “Hələbdən sonrakı” dövr başlayıb, Suriya meydançasındakı oyunçular nizamlama variantlarının hazırlanmasına girişiblər, “döyüşüb yorulublar, indi də hansısa razılaşma variantları tapılmalıdır”. Həmin söhbətdən bəzi məqamları çatdıraq:

– İran Rusiyaya Suriyada Bəşər Əsədin tərəfində döyüşməyə kömək edib. İndisə məntiqlə bunun əvəzində hansısa mükafat, məsələn, Suriyada hərbi bazaları istəyir. İsrail bunun əleyhinə çıxacaq. Bu durumda həmin dövlətlər neyləyəcəklər?

– Mən sizi bir az da kədərləndirim: İranın istədiyini adi yuxuda belə təsəvvür etmək çətindir. O, Suriya ərazisində qalmaq istəyir və bunu hansısa bazalarla məhdudlaşdırmaq niyyətində deyil. Məqsəd hazırda Bəşər Əsədin nəzarət etdiyi müxtəlif nöqtələrdə hərbi iştirakını təmin etməkdir, mən belə başa düşürəm ki, eyni vaxtda Bəşər Əsədin özünə nəzarət etmək istəyir.

– İsrail baş naziri Moskvaya gəlib. Moskva Tehrana təsir göstərə bilərmi? ABŞ Moskvayla İsrail vasitəsilə danışır. Mən baş verənləri düzmü başa düşürəm?

– Düzdür, bəli. Ancaq bircə fərq var, ABŞ Moskvayla İsrail vasitəsilə danışmır, çox səliqəli, dolayı davranır, çünki Vaşinqton konkret addımlara hazır deyil, bircə şey istisna olmaqla – İŞİD-lə mübarizədə səyləri səfərbər etməyə hazırdır, bu da Suriyada durumu tamamilə dəyişəcək. Netanyahunun indi etdiklərini “məyusluq harayı” adlandırardım. Yaxın Şərq şarı ona doğru dığırlanır ki, başlıca regional və ya daha doğrusu, onları belə adlandırmaq düzgün olardı – regional güclər, üstəgəl Rusiya əllərindəki mövqeləri, uğurları qorumaqla Suriyada durumu dondurmağa çalışacaqlar. Bu o deməkdir ki, İsrail Suriyada rejimin dəyişdirilməsi yönündə razılıq əldə olunmayana qədər, formal olaraq Əsəddən çox, İranla qonşuluq etməli olacaq.

– İsrail bunu önləmək üçün nə qədər uzağa gedə bilər?

– Bunu önləməkdən ötrü, ən yaxşı halda, Kremldə və Kreml divarlarından kənarda danışıqlar aparmalı olacaq. Ən pis halda, Rusiya ilə İsrail arasında sektorların bölünməsindən danışacağıq.(Azadliqradiosu.az)

MilliYol.az

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az