• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

“Cavid Qurbanov böyük yerlərlə danışıb lazım olanı ala bildi”

13:34 13.03.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı və aktyor Nadir Əzməmmədovun “Qafqazinfo”ya müsahibəsi:

- Necə oldu ki, aktyorluqdan dəmir yolu idarəsinə gəldiz?

- Mən 1978-ci ildən kinostudiyada işləmişəm. 90-cı illərdə studiya dağıldı, filmlər çəkilmədi. Biz də ailəni saxlamaq üçün başqa işlər axtarmağa başladıq. Həmin vaxt məni Gömrük Komitəsində mətbuat xidmətinə dəvət etdilər. Bir müddət Tahir Əliyev və Kəmaləddin Heydərovla işlədim. Bir müddət sonra yenidən film sahəsinə qayıtdım, maliyyə problemi olduğu üçün o iş də yarımçıq qaldı, filmi çəkə bilmədik. 1997-ci ildə Dəmir Yolu İdarəsində işə dəvət etdilər. Gömrük Komitəsində birgə işlədiyimiz bir xanım burada işə düzəlmişdi, onun təklifi ilə məni də dəvət etmişdilər. Əvvəl adi əməkdaş idim, sonra 15 il mətbuat xidmətinin rəhbəri oldum, indi də adi əməkdaşam.

- Əvvələ qayıtdız?

- Demək olar ki,.. Amma indi mənə baxış əvvəlki baxış deyil.

- Vəzifənizin aşağı salınmasına necə reaksiya verdiniz?

- Adi bir şey kimi baxıram, dərd etmirəm. Bəlkə də ürəyimcə oldu. Film və bu iş, ikisi bir yerdə alınmırdı. Həmişə filmlərdə ikinci dərəcəli rollar istəyirəm, bu da vaxtımın az olmasına görədir. İndi yetərincə vaxtım var, kinolara da təkliflər gəlir. Mən burdakı işimi vəzifə kimi qəbul edib onunla kifayətlənməmişəm. Mətbuat xidməti rəhbəri mənim üçün kiçik işdir. Mətbuat xidmətinin işi kinodan böyük ola bilməz.

- Əmək haqqınızda dəyişiklik oldu?

- Xeyr. Olduğu kimi qalır.

- Azərbaycanda çəkilən serialların bayağı olması barədə tənqidi fikirləri bölüşürsünüzmü?

- Əvvəllər yaxşı ki, Bədii Şura var idi və bütün bunlara nəzarət edirdi. İndi kim nə istəyir çəkir. Bizdə serial təzə yaranıb. Mənim çəkildiyim “Sonuncu fəsil” və “Vicdan haqqı” seriallarında çəkilən və onu çəkən adamlar professionallardır. Ona görə də bu seriallara baxılır. Hər filmin öz tamaşaçısı var. Biri dünyəvi, biri bayağı düşünür. Kiməsə demək olmaz ki, sən filan filmə baxma.

- Tamaşaçının zövqünü rejissor, aktyor müəyyən edir. Onlara bütün televiziya kanallarında bayağı serial təqdim etsən, məcbur olub birinə baxacaq. İzləyici mövqeyindən yox, sırf peşəkar baxımdan seriallarımız bayağıdırmı?

- Professionallıq baxımından elə filmlər var ki, qane etmir. Amma nə etmək olar, olanımız budur.

- Niyə seriallarımız məişət mövzularından kənara çıxmır?

- Əvvəllər belə filmlər var idi. “Za Rodinu”, “Za Stalina”. Biz də müharibə dövründə yaşayırıq, belə filmlər çəkilməlidir.

- Bəs indi niyə “Za Karabaxa” yoxdu?

- Çünki onu maliyyələşdirən yoxdu.

- Dövlət maliyyə ayırdı axı...

- O pulla belə filmlər çəkmək mümkün deyil. Həmin maliyyə ilə imkan daxilində bunlar çəkildi. Birindən xahiş edirsən ki, restoranında yer ayır, birinə deyirsən maşınını ver - indi filmlər belə çəkilir. Ona görə də film çəkən adam sponsordan asılı olmalı deyil. Sponsor diktə edir ki, filankəsi çək. Dövlət görsə ki, seriallara ayrıdığı pullar geri qayıdır, bəlkə onda bədii filmlər üçün də vəsait ayrılar. Tarixi filmləri çəkməyə böyük vəsait lazımdı və orada dövlətin əli olmasa, mümkün olmaz. Biz indi Əbdül Mahmudovla birgə “Şah İsmayıl” filminin üzərində işləyirik. O, öz təşəbbüsü ilə ssenarini hazırlayıb və maliyyə ayrılması üçün dövlətə təqdim edib, cavab gözləyirik.

- Filmlərin çəkilişi zamanı vəzifənizin verdiyi imkanlardan yararlanıb kimdənsə nəsə xahiş etmisinizmi?

- “Sonuncu fəsil” filmində qatardan istifadə olundu, onda xahiş etdim. Olub belə hallar. Təkcə özüm çəkildiyim yox, digər bütün filmlər üçün müraciət ediləndə kömək etmişik. Bizim rəhbərlik də buna dəstək verir.

- Seriallarımızda rejissor, ssenarist, aktyorun eyni adam olması kadr çatışmazlığındandır, yoxsa eqo problemidir?

- 90-cı illərdə filmlər qurtardı, heç kim çəkilmədi. Arada böyük bir boşluq oldu. İndiki nəsil bizi tanımadı. Sonradan da bu cavan rejissorlara fürsət verildi, onlar da dedilər ki, qoy, elə özüm çəkilim.

- Teatr aktyorları çox zaman haqlı olaraq maddi vəziyyətdən şikayətlənirlər, siz necə?

- Məvacib heç vaxt aktyorları qane etməyib. Aktyor gərək yetərincə məvacib alsın ki, tam olaraq həmin obraza girsin. Məsələn mən çəkilişdə olanda zəng gəlir ki, dəmir yolunda filan yerdə hadisə olub. Artıq onda mən rolumdan ayrılıram. Rejissor Ədil İsgəndərov aktyorları bazara getməyə qoymurdu. Aktyor görünməyəndə daha maraqlı olur. Maddi imkansızlıq aktyoru əyir. Bədii filmdə qonorar bir az çox olur, seriallarda isə yox. Ramiz Fətəliyev Heydər Əliyev haqda film çəkdi, mən orada Heydər Əliyevin anasının həkimi rolunu oynamışam. Müəyyən məsələlərə görə sonradan o film çəkilişləri dayandırıldı. Bu filmdəki roluma görə yaxşı qonorar almışdım. Kəlbəcərdə girov düşən Dilqəm və Şahbazla bağlı filmdəki rolum üçün də ödənilən məvacib normal idi.

- Uzun müddət “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri olduğunuz üçün bu sahənin də suallarını sizə ünvanlayacağıq. Öncə ölkədaxili sərnişindaşıma ilə məşğul olan qatarlarımızın vəziyyətindən danışaq. Yayda isti, qışda soyuq, çarpayılar köhnə...

- Düzdür, əvvəllər müəyyən qədər belə olurdu. İndi də bir az qalır. Hazırda dəmir yolunda böyük işlər görülür. Bütün dünya böyük ipək yolunun bərpası üçün çalışır, bununla bağlı da Azərbaycan hökumətinin üzərinə xeyli işlər düşür. Ölkə daxilində dəmir yolları yenidən təmir olunur ki, Çindən gələn yük qatarları sürətlə hərəkət edə bilsin.

- Bəs rayonlara gedən qatarlar nə zaman sürətlə hərəkət edəcək?

- Dəmir yolları təmir olunduqdan sonra.

- Niyə 20 ildi yol təmir olunmur?

- Maliyyə məsələsinə görə. Hökumət gərək vəsait toplayardı ki, yol da təmir olunardı. İndi dövlət proqramı qəbul edilib, həmin çərçivədə yollar təmir olunur. 2018-ci ilə qədər yük qatarlarının keçəcəyi yollar təmir olunacaq. Gəlir yükdən gəlir, sərnişindən yox.

- Hələ də qatarlarımızda telefon “zaryadka”sına və ya çaya görə 1 manat tələb edən bələdçilər qalır?

- Sərnişinə qulluq qanuna görə pulsuzdur. O adamların hamısı yeni sədr Cavid Qurbanov gələndən sonra uzaqlaşdırıldı.

- Azərbaycanla Türkiyə arasında sərnişin qatarının istifadəyə verilməsi ilə bağlı işlər nə yerdədi?

- O da olacaq. Bununla bağlı xaricdən 30 vaqon alınıb, yaxın vaxtlarda qatarlar Azərbaycana gətiriləcək. Öncə yük vaqonları gedəcək, bir qədər sonra isə sərnişin.

- Qatarlarımız tez-tez minik avtomobilləri ilə toqquşur. Bunun səbəbi kimi maşın yolu ilə qatar yolunun kəsişmələrində şlaqbaumların olmaması göstərilir...

- Dediyimiz iki dəhliz üzrə dəmir yolu istifadəyə veriləndən sonra bütün yol boyu kəsişmələr qorunan olacaq. Qatar buradan çıxan kimi avtomatik olaraq şlaqbaumlar bağlanacaq.

- Təhlükəsizliyə görə sərnişinlər, onların çantaları yoxlanılırmı?

- Bizdə bilet şəxsiyyət vəsiqəsilə satılır və bazaya yerləşdirilir, məlumat avtomatik olaraq sərhəd keçid məntəqəsinə göndərilir. Adamlardan kimin kim olduğu bilinir də. Hələ də aerportdakı kimi sərnişinlərin yoxlanılması mexanizmi qurulmayıb. Gələcəkdə bu sistem qurulacaq.

- Bakı-Tiflis qatarının biletlırinin ucuzlaşması qərarı razılaşdırıldımı? Gürcüstan tərəfinə müraciət olunmuşdu.

- Bəli. Artıq qiymətlərə Tarif Şurası baxmır, idarə rəhbərliyi özü həll edir. Qərar qüvvəyə minib, aprelin 1-dən qiymətlər endiriləcək.

- Bəs Bakı-Sumqayıt qatarının biletləri niyə bahalaşdı?

- Elektrik enerjisinin qiymətinin artmasına görə.

- Sumqayıt qatarının sürətinin aşağı olmasından da şikayət edilir...

- O qatarın saatda 160 kilometrlə getmək imkanı var. Amma biz tələbələrin dərsdən çıxmasını, iş vaxtının bitməsini hesablayırıq. Qatar boş gedib-gələsi deyil axı. Gərək sərnişin də aparasan.

- Dəmir Yolu İdarəsində rəhbərlik dəyişikliyindən sonra ixtisarlar oldumu?

- Kütləvi ixtisar olmadı, tam əksinə, Cavid müəllim 3 minə yaxın yeni işçi götürüb.

- Bağlanan 10-a yaxın xəstəxananın və işçilərinin taleyi necə oldu?

- O xəstəxanalar bağlanmadı, hələ də işləyirlər. Xəstəxanaların saxlanılması üçün maliyyə problemi var. Həmin xəstəxanalar həm Səhiyyə Nazirliyinin, həm də bizim tabeliyimizdədir. Onları dövlət maliyyələşdirməlidir. Dövlət etmirsə, Dəmir Yolu İdarəsinin heç bir günahı yoxdur. O problemlə bağlı danışıqlar gedir, çıxış yolu axtarılır.

- Cavid Qurbanov sədr olandan sonra və ondan əvvəlki dövrü necə müqayisə edə bilərsiz, çox dəyişiklik olub?

- Böyük fərq var. 2015-ci ildən etibarən Bakı-Sumqayıt qatarının işə düşməsi, 3 min yük vaqonunun alınması, lokomotiv parkının yenilənməsi və başqa işlər görüldü. İdarənin inzibati binası, stansiyalar, dəmir yolu relsləri təmir olundu.

- Bəs əvvəl niyə olmurdu?

- Bu işlər rəhbərdən, rəhbərin işləri necə qurmasından asıldır.

- İdarədə korrupsiya əməlləri ilə bağlı cinayət işi açılması haqda məlumat yayıldı. Bu barədə ətraflı danışa bilərsiz?

- Arif Əsgərovun adının hallandığı o məsələnin idarəyə heç bir aidiyyatı yox idi. A.Əsgərovun o qohumu vaxtilə burada işləyib. Amma cinayət işinin açılmasına səbəb olan hadisə onların şəxsi məsələsidir. Yəni, müəyyən iş adamlarının öz aralarında olan bir məsələdir, bizlə heç bir bağlılığı yoxdur. Dəmir Yolu İdarəsi ilə bağlı hər hansı cinayət işi açılmayıb.

- Cavid Qurbanov konfransdakı çıxışında demişdi ki, yol ayrıcını 29 minə alıb, 56 minə rəsmiləşdirilib, köhnə elektrovoz, teplovozlar alınıb. Həmin dövrdə siz xidmət rəhbəri idiniz. Həqiqətən vəziyyət o dərəcədə bərbad idi?

- Onu Cavid müəllim deyib, mən bilmirəm. İdarəni o qəbul etdi, özü daha yaxşı bilir. Hər dövrün öz inkişafı var. Rəhbərin nüfuzundan çox şey asılıdır. Cavid müəllimin böyük nüfuzu var, həm də çoxlu işlər görüb. O gələndən sonra böyük dəyişikliklər oldu. Cavid müəllim gedib xaricdə böyük yerlərlə danışıb lazım olanı ala bildi, bacardı.

MilliYol.az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az