"Münaqişənin həlli təcili addımlar tələb edir"
“Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir”.
MilliYol.Az istipress-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.
R. T. Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib: “ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq”.
Türkiyə prezidenti Rusiya ilə hərbi əməkdaşlığı gücləndirmək planlarından da danışıb.
İstiPress-in “Milliyət”ə istinadən verdiyi xəbərə görə, Ərdoğan Rusiyadan MS-21 təyyarələri almağı düşündüklərini deyib.
İki ölkə başçısı “Akkuyu” Nüvə Stansiyasının tikintisini, “Türk axını”nı da müzakirə edib.
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında təkbətək görüş 1 saat 15 dəqiqə, heyətlər arasındakı görüş isə 2 saat yarım sürüb.
MilliYol.Az
Digər xəbərlər
loading...