• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Burhanettin Duran: Dezinformasiya türk dövlətlərinin milli təhlükəsizliyinə birbaşa təhdiddir

12:57 18.12.2025 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Dezinformasiya türk dövlətlərinin milli təhlükəsizliyinə birbaşa təhdiddir.
 
Bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda deyib.
 
Burhanettin Duran bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) dünyanın qeyri-müəyyənliklər, münaqişələr və qlobal qırılmalarla üzləşdiyi bir dövrdə qardaşlıq bağlarından güc alan ölkələrin bir araya gəldiyi mühüm platformaya çevrilib. Onun sözlərinə görə, təşkilat artıq 16 ildir "dildə, fikirdə, işdə birlik” şüarı ilə iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri, müdafiə əməkdaşlığı, təhsil və mədəniyyət siyasətləri daxil olmaqla bir çox sahədə fəaliyyət göstərir və yeni hədəflər müəyyənləşdirir.
 
Kommunikasiya İdarəsinin rəhbəri qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun illərdir səsləndirdiyi strateji yanaşmalar bu gün daha aydın şəkildə öz əhəmiyyətini göstərir.
 
Duran terrorizmdən qanunsuz miqrasiyaya, kiber-təhdidlərdən iqlim dəyişikliyinə qədər bir çox çağırışlara qarşı ortaq mövqe nümayiş etdirməyin mümkün olduğunu vurğulayıb. O bildirib ki, Prezidentin "öz göy qübbəmiz altında öz təhlükəsizliyimizi təmin etmək” fikri beynəlxalq informasiya və kommunikasiya ekosistemində yaranan təhdidlərə qarşı ortaq müqavimət mexanizmlərinin formalaşdırılmasının vacibliyinə işarə edir.
 
Onun sözlərinə görə, media və kommunikasiya mütəxəssisləri bu proseslərin mərkəzində yer alır: "Bəzi beynəlxalq dairələrin kommunikasiya sahəsində yaratdığı diskurs monopoliyası isə yalnız jurnalistlərin problemi deyil. Dezinformasiya, manipulyasiya, kiber-hücumlar, sosial platformalarda nifrət dilinin artması və informasiya xaosu birbaşa ictimai asayiş üçün risk yaradır”.
 
Burhanettin Duran bildirib ki, dezinformasiya mahiyyət etibarilə həqiqətə qarşı yönəlmiş təhdiddir və getdikcə beynəlxalq miqyas alan fenomenə çevrilib: "Bu sahə artıq milli təhlükəsizlik, ictimai sabitlik və beynəlxalq nüfuzla birbaşa bağlı strateji istiqamət kimi dəyərləndirilir”.
 
O vurğulayıb ki, dezinformasiya ilə mübarizənin Türk Dünyası 2040 Vizyon Sənədində və 2025-ci il islahat istiqamətləri üzrə fəaliyyət planında yer alması təsadüfi deyil və bu, ortaq mübarizənin alternativsiz olduğunu göstərir.
 
Forumda çıxışı zamanı Duran beynəlxalq sistemdə müşahidə edilən böhranların və həqiqət probleminin dərinləşməsinin əsas səbəblərindən birinin dezinformasiya olduğunu bildirib. Onun sözlərinə görə, dezinformasiya yalnız yanlış məlumat deyil, cəmiyyətləri qütbləşdirən, böhran və fəlakət dövrlərində dövlətlərin institusional imkanlarına zərər vuran ciddi təhlükədir.
 
O qeyd edib ki, müasir dövrdə müharibələr artıq təkcə hərbi üsullarla aparılmır, hədəf alınan ölkə və cəmiyyətlərin sabitliyinin pozulması əvvəlcə kommunikasiya müstəvisində, yəni zehni və ictimai müqavimətin zəiflədilməsi ilə başlayır. Bu baxımdan hibrid təhdidlərin mövcudluğu açıq şəkildə görünür.
 
Burhanettin Duran bildirib ki, bu cür təhdidlərə qarşı ən effektiv cavab ortaq və koordinasiyalı mübarizədir. Onun sözlərinə görə, qəsdən və planlı şəkildə aparılan dezinformasiya kampaniyaları artıq adi hala çevrilib və bu kampaniyalar bəzən ortaq hədəflər üzrə, bəzən isə ayrı-ayrı ölkələrə yönəlik strategiyalarla həyata keçirilir.
 
Xüsusilə enerji, müdafiə, nəqliyyat və ticarət dəhlizləri kimi strateji layihələrin, eləcə də türk dövlətlərinin beynəlxalq nüfuzunun, ortaq kimlik şüurunun və regional həmrəyliyinin hədəf alındığını deyən Duran vurğulayıb ki, bu fəaliyyətlərin məqsədi informasiya vermək deyil, emosional reaksiyalar yaratmaq və ictimai rəydə etimadsızlıq formalaşdırmaqdır.
 
O bildirib ki, sistemli informasiya əməliyyatlarına qarşı mübarizə üç əsas istiqamətdə qurulmalıdır. Birinci istiqamət xalqların bir-birini daha yaxından tanımasıdır. Bu baxımdan TRT Avaz kanalının türk dövlətlərinin ortaq səsi kimi mühüm rol oynadığı qeyd edilib. İkinci istiqamət Türk dünyasının beynəlxalq arenadakı narrativinin məhz özləri tərəfindən güclü şəkildə formalaşdırılmasıdır. Üçüncü istiqamət isə böhran və fəlakət dövrlərində cəmiyyətlərin dezinformasiyaya qarşı dayanıqlığının artırılması və ortaq mübarizə mexanizmlərinin yaradılmasıdır.
 
Burhanettin Duran vurğulayıb ki, Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu məhz bu məqsədlərə xidmət edir.//APA
 

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az