• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

16:47 15.12.2025 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Bu il  Azərbaycan əmlak bazarı üçün həm ziddiyyətli, həm də diqqətçəkən bir il kimi yadda qaldı. Azərbaycanın daşınmaz əmlak sektorunda həm yerli, həm də qlobal amillərin təsiri ilə qiymətlərdə əhəmiyyətli artımlar müşahidə edildi. İstər Bakının mərkəzindəki yeni tikililər, istərsə də regionlardakı fərdi yaşayış evləri olsun, bahalaşma hər seqmentdə özünü göstərdi.
 
Bəs 2026-cı ildə əmlak bazarında qiymət artımı davam edəcək, yoxsa stabilləşmə gözlənilir?
 
Moderator.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, 2025-ci il son üç ildə müşahidə olunan tendensiyanın davamı kimi daşınmaz əmlak bazarında ciddi qiymət artımları ilə yadda qaldı. Onun sözlərinə görə, bahalaşma təkcə Bakı və Abşeron yarımadası ilə məhdudlaşmayıb, eyni zamanda regionlarda da özünü göstərib:
 
"Qiymət artımları həm daxili, həm də xarici amillərlə bağlıdır. Xarici amillər sırasında dünyada ümumi qiymət artımı və valyutaların alıcılıq qabiliyyətində baş verən dəyişikliklər əsas rol oynayıb. Belə ki, əvvəl müəyyən məbləğə əldə edilən əmlak hazırda daha yüksək vəsait tələb edir. Bu isə milli valyutaların alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqədardır və bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Digər mühüm məqam isə daşınmaz əmlakın qlobal miqyasda əsas investisiya alətlərindən birinə çevrilməsidir. Qızıldan sonra ən çox diqqət çəkən investisiya vasitəsi məhz daşınmaz əmlak olub və investisiya axınları əsasən bu sahəyə yönəlib. Azərbaycanda da daşınmaz əmlak əsas kapital yığımı vasitəsi kimi çıxış edir. Əmlakın cəlbediciliyi onun ikiqat gəlirlilik imkanları ilə bağlıdır. Bir tərəfdən əmlakın dəyəri ildən-ilə artır, digər tərəfdən isə kirayə və ya icarə yolu ilə əlavə gəlir əldə etmək mümkündür. Məhz bu səbəbdən həm vətəndaşlar, həm də kapital yatırımı edən sahibkarlar investisiya üçün əsas üstünlüyü daşınmaz əmlaka verirlər. Banklarda depozit şəklində saxlanılan pul vəsaitləri — istər milli, istərsə də xarici valyutada olsun — gəlirlilik baxımından daşınmaz əmlakla müqayisə oluna bilməz. Hazırda bankların təklif etdiyi faiz dərəcələrindən daha yüksək gəlir məhz daşınmaz əmlakdan əldə olunur. Bu səbəbdən də əmlak digər investisiya istiqamətlərini açıq şəkildə üstələyir”.
 
 
AQC sədri vurğulayıb ki, daşınmaz əmlakın qiymətlərinə təsir edən əsas amil onun yüksək investisiya cazibədarlığıdır:
 
"Bu sahədə tələb və təklif arasındakı münasibətlər qiymətlərin formalaşmasında həlledici rol oynayır. Tələbat artdıqca, qiymətlər də yüksəlir. Bakı şəhərinin yenidən qurulması ilə bağlı "Bakı şəhərinin Baş Planı – 2040” sənədinin icrasına başlanılması da bazara ciddi təsir göstərir. Artıq paytaxtda 200-ə yaxın qəzalı bina sökülüb və bu proses davam edir. Həm şəhər mərkəzində, həm də kənar ərazilərdə aparılan yenidənqurma və infrastruktur layihələri daşınmaz əmlaka tələbatı artırır. Bu artım həm satış, həm də kirayə seqmentində açıq şəkildə müşahidə olunur. Əhali sayının artması fonunda torpaq sahələrinin azalması da qiymət artımını şərtləndirən mühüm amillərdəndir. Torpaq digər daşınmaz əmlak növlərindən fərqli olaraq artmır. Mövcud torpaq sahəsində tikilinin mərtəbə sayını artırmaq mümkün olsa da, torpağın özü dəyişməz qalır. Məhz bu səbəbdən torpaq sahələrinin dəyəri ildən-ilə yüksəlir. Aparılan hesablamalara əsasən, daşınmaz əmlakın qiymətinə təsir göstərən təxminən 15 əsas amil mövcuddur. Regionlarla mərkəz arasında inkişaf balansının pozulması da bu prosesə təsir edən faktorlardan biridir”.
 
O əlavə edib ki, urbanizasiya prosesinin sürətlənməsi, xüsusilə Bakıya və Abşeron yarımadasında əhalinin artması daşınmaz əmlak bazarında həm kirayə, həm də satış seqmentində qiymət artımını şərtləndirən əsas amillərdəndir:
 
"Paytaxta axın artdıqca, mənzilə olan tələbat da yüksəlir ki, bu da qiymətlərə birbaşa təsir göstərir.
Bazarda qiymətlərin süni şəkildə yüksəlməsinə səbəb olan amillər də mövcuddur. Belə ki, bəzi rieltorlar və maklerlər yüksək qiymətlər təklif etməklə domino effekti yaradırlar. Nəticədə həmin ərazilərdə fəaliyyət göstərən digər satıcılar da bu qiymətlərə istinad edərək öz təkliflərini artırır və bu proses süni bahalaşmaya gətirib çıxarır. Daha ciddi amillər sırasında inşaat sektorundakı qiymət artımını xüsusi qeyd edib. O bildirib ki, son üç ildə tikinti sahəsində bahalaşma pik həddə çatıb. İnşaat materiallarının və işçi qüvvəsinin qiymətlərinin artması nəticəsində yeni tikililərdə bir kvadratmetrin dəyəri həm real bazar göstəricilərində, həm də rəsmi statistikada əhəmiyyətli dərəcədə yüksəlib. Tikinti normativlərinin kəskin şəkildə sərtləşdirilməsi və tələblərin mürəkkəbləşdirilməsi də qiymət artımına təsir edən amillərdəndir. Hazırda sahibkarlar bina tikintisi üçün əvvəlki illərlə müqayisədə daha böyük xərclər çəkməli olurlar ki, bu da son nəticədə mənzilin hər kvadratmetrinin qiymətində əks olunur. 
2025-ci il daşınmaz əmlak bazarı üçün qiymətlərin sürətlə artdığı, əmlakın investisiya cazibədarlığının yüksəldiyi və bu sahənin lider investisiya obyekti kimi bazarda mövqeyini möhkəmləndirdiyi il kimi xarakterizə oluna bilər. Hazırda ölkədə daşınmaz əmlaka maraq qızıldan belə yüksəkdir və bu tendensiya 2025-ci ildə özünün pik nöqtəsinə çatıb. Bahalaşma ilə paralel olaraq 2025-ci il bazarda müəyyən ümidlər də yaradıb. Xüsusilə sənədsiz evlərin sənədləşdirilməsi prosesinin sürətlənəcəyi gözləntiləri artıb. Prezidentin sərəncamına əsasən, bələdiyyə torpaqlarının qiymətləndirilməsi funksiyasının qiymətləndirmə şirkətlərinə verilməsi torpaq islahatları baxımından mühüm addım kimi dəyərləndirilir. Bu islahat əhalinin torpağa sahib olmasını asanlaşdıran ciddi dəyişikliklərdən biridir. Bununla yanaşı, qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi istiqamətində də əhəmiyyətli addımların atıldığı qeyd olunub”.
 
AQC sədri onu da diqqətə çatdırıb ki,İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq portalın hazırlanması istiqamətində görülən işlər 2025-ci ili daşınmaz əmlak bazarı baxımından "ümid ili” adlandırmağa əsas verir:
 
"Növbəti ildə həm daşınmaz əmlak bazarında, həm də bu sahənin qanunvericiliyində mühüm addımların atılacağı gözlənilir. Əsas gözlənti isə əhalinin mülkiyyətində olan, lakin sənədsiz qalan əmlakların sənədləşdirilməsi prosesinin sürətlənməsi ilə bağlıdır. Bu proses asan olmayacaq, lakin 2026-cı il üçün olduqca vacib məsələlərdən biridir. Həm yaşayış evlərinin sənədləşdirilməsi, həm də onların vergi subyekti kimi tanınması ölkə büdcəsinə, vətəndaşlara, kommersiya banklarına və bütövlükdə iqtisadi münasibətlər sisteminə müsbət təsir göstərəcək. Bəzi yanaşmalara görə, əlavə xərclərin yaranması və iqtisadi yükün artması bazarda alıcı sayının azalmasına, nəticə etibarilə daşınmaz əmlak qiymətlərində stabilləşmə və ya ucuzlaşmaya səbəb ola bilər. Tikinti materiallarının və işçi qüvvəsinin qiymətləri artmaqda davam etdiyi, manatın alıcılıq qabiliyyətində dəyişikliklərin 2026-cı ildə də gözlənildiyi bir şəraitdə qiymət artımının dayanması real görünmür. Bazarda artıq doymuş ərazilər mövcuddur və həmin zonalarda qiymətlər pik həddə çatıb. Bununla yanaşı, infrastrukturun yeniləndiyi və yenidən qurulan ərazilər var ki, həmin ərazilərdə qiymət artımı qaçılmazdır. Eyni zamanda, yeni yaşayış komplekslərinin tikintisi planlaşdırılan ərazilərdə də qiymətlərin yüksələcəyi gözlənilir”.
 
V.Orucun fikrincə, ümumi artım tempi 2024–2025-ci illərlə müqayisədə daha zəif ola bilər, lakin qiymət artımı tendensiya olaraq davam edəcək:
 
"Bu artımın hansı diapazonda baş verəcəyi isə ölkədə iqtisadi fəallıqdan, hökumətin qarşılaşdığı problemlərin həlli üçün qəbul edəcəyi qərarlardan, əhalinin davranış modelindən və manatın alıcılıq qabiliyyətindəki dəyişikliklərdən asılı olacaq. 2026-cı ildə daşınmaz əmlak qiymətlərinin azalması və bu sahənin investisiya prioriteti kimi arxa plana keçməsi real görünmür. Əksinə, daşınmaz əmlak öz lider mövqeyini qoruyacaq. Yalnız fond birjalarının real fəaliyyətə başlaması, səhmlər və qiymətli kağızlar bazarının aktivləşməsi, şirkətlərin investisiya strategiyalarını məhz bu alətlər üzərindən qurması və inkişaf etmiş ölkələrdə olduğu kimi alternativ investisiya imkanlarının yaranması daşınmaz əmlakı müəyyən qədər ikinci plana keçirə bilər. Lakin hazırkı mərhələdə və yaxın bir neçə ildə belə bir ssenari ehtimal edilmir”.
 

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az