• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - "Mehdiyev işi"nin detalları

15:21 16.10.2025 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub.
 
APA etibarlı mənbələri vasitəsilə öyrənib ki, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib.
 
Ramiz Mehdiyev nə vaxt hərəkətə keçib?
 
Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istəyib, təzminat ödəməkdən boyun qaçırması rəsmi Bakıda kəskin etirazlar doğurub.
 
Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki ölkənin ictimai və media mühitində geniş müzakirə və tənqidlərə səbəb olub. Ramiz Mehdiyev isə bu vəziyyətdən istifadə edərək, öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb.
 
Xatırlatmaq yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə olanda - bu il mayın 9-da İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti” ilə tədbir təşkil etmişdi. Bu hərəkətinə görə vəzifəsindən uzaqlaşdırılan, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş Saleh Səmədov Ramiz Mehdiyevin köhnə dostlarından və biznes ortaqlarından biri hesab olunur.
 
Ramiz Mehdiyevin hansı planı olub?
 
Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.
 
Ramiz Mehdiyevin planı necə ifşa olunub?
 
Məlumatlı mənbənin APA-ya bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.
 
Görünən odur ki, 87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.
 
Ramiz Mehdiyev – Rusiyanın köhnə dostu
 
Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində də Rusiyanın "dostları” olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb.
 
Vətən Müharibəsindən əvvəl isə Azərbaycanda rusiyapərəst məmurlar vəzifələrindən uzaqlaşdırıldı, Ramiz Mehdiyev də vəzifəsindən azad olundu.
 
Bunun ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilən Ramiz Mehdiyev orda da intriqalardan əl çəkmədi. AMEA-dan da siyasi məqsədləri üçün yararlanan Ramiz Mehdiyev elm mərkəzində dözülməz mühit yaratdı, az qala AMEA-nın bütün institutları onun istefasını tələb etdi. 2022-ci il fevral ayının 14-də AMEA-da keçirilən iclasda yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirdi. Fevralın 19-da AMEA-nın Ümumi Yığıncağı keçirildi və Ramiz Mehdiyevin istefası qəbul edildi.
 
Ancaq martın 17-də Ramiz Mehdiyevin Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada Ramiz Mehdiyevin binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib.
 
Yay aylarında isə Ramiz Mehdiyevin bir qrup sabiq məmurla Novxanıda görüş keçirməsi barədə mediada məlumat yayıldı. Görüşün məzmunu barədə məlumat olmasa da, görüş tarixi Rusiya Azərbaycan münasibətlərindəki gərginliyin pik vaxtına təsadüf etdiyini göstərir.
 
Qeyd edək ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə törədilmiş qanun pozuntuları ilə bağlı cinayət işi var. Hesablama Palatasının 2020-2023-cü illəri əhatə edən yoxlamaları nəticəsində AMEA-da çoxlu sayda nöqsan və qanunsuzluqlar aşkarlanıb.
 
Baş prokuror Kamran Əliyev bu il oktyabrın 1-də jurnalistlərə açıqlamasında bildirib ki, AMEA-dakı qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.
 
"Həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib”, - deyə Baş prokuror vurğulayıb.
 
Ramiz Mehdiyevin ailəsi, sərvəti
 
Ramiz Mehdiyevlə bağlı mediada yayılan qalmaqallardan biri onun kürəkəni, eks-deputat İlham Əliyevin Novxanı qəsəbəsindəki bağ evində qızı Fidan Əliyevaya toy etməsi idi. 2020-ci il avqustun 18-də, ölkədə sərt karantin rejiminin tətbiq olduğu vaxtda Mehdiyevin bağ evində 100-dən çox qonağın iştirakı ilə keçirilən mərasim aşkarlanandan sonra onun kürəkəni İlham Əliyev inzibati qaydada həbs edilmişdi.
 
Mediada yayılan məlumatlara görə, Mehdiyev ailəsinin yüzlərlə hektar torpaq sahələri, saysız-hesabsız daşınmaz əmlakı, bank və böyük şirkətlərdə əmlak payları var. Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın "Baku Oksford Məktəbi”ndə 1/2 hissə pay uğrunda mübarizəsi bu yaxınlarda Ali Məhkəmədə onun məğlubiyyəti ilə başa çatıb.
 
Ramiz Mehdiyevin həyat yoldaşı Mehdiyeva Qalina Yuriyevna barəsində də məhkəmə iddiası qaldırılıb.
 
Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs "Fireland Vineyards” MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisi Səidov Elmar Çingiz oğludur.
 
Ramiz Mehdiyevin ailəsi, yəni həyat yoldaşı Qalina Mehdiyeva və oğlu Timur Mehdiyev onun külli miqdarda borclanmasına səbəb olublar.
 
Yeri gəlmişkən, təkcə Novxanı qəsəbəsində Ramiz Mehdiyevin ailəsinə məxsus 155 hektar torpaq sahəsi olub.
 
Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı rəsmi məlumatlara görə, Novxanı kəndində subsidiya alan cəmi 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Timur Ramiz oğluna məxsus olub.
 
2017-ci ildə açıqlanan məlumata görə, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Timur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar.
 
"Bank BTB” ASC də Ramiz Mehdiyevin ailəsinə məxsusdur. Belə ki, bu bankın səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Mehdiyeva Nigar İsmayıl qızına - Ramiz Mehdiyevin gəlininə məxsusdur.
 
Ramiz Mehdiyev dövlət mükafatlarından məhrum ola bilər
 
Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
 
Bu maddələr isə onun Təhlükəsizlik Şurasının üzvü statusundan, eyni zamanda fəxri adlardan və dövlət mükafatlarından məhrum ediləcəyi ehtimalını yaradır.
 
Ramiz Mehdiyev Azərbaycan Respublikasının "İstiqlal”, "Şöhrət”, "Şərəf” və Heydər Əliyev ordenləri ilə təltif olunub. O, həmçinin, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Həqiqi dövlət müşaviri, YAP Veteranlar Şurasının üzvüdür.
 
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə APA-ya Ramiz Mehdiyevin partiyadan çıxarılacağını deyib.
 
AMEA Prezidenti İsa Həbibbəyli isə agentliyin bununla bağlı sualını eşidən kimi telefonu qapadıb.
 
Hüquqşünas Şamil Paşayev APA-ya bildirib ki, Ramiz Mehdiyev xüsusilə ağır cinayət törətməkdə ittiham edilir: "Ramiz Mehdiyevin xüsusilə ağır cinayət törətməkdə ittiham olunmasını nəzərə alaraq, onun fəxri adlardan və dövlət təltiflərindən məhrum edilməsinin zəruriliyi məhkəmə tərəfindən müəyyən edilə bilər. Belə ki, xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə onun Prezident sərəncamı ilə verilmiş adlardan və təltiflərdən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə Prezidentə təqdimat göndərilməsi haqqında qərar qəbul edir”.
 
Şamil Paşayev bildirib ki, digər dövlət orqanları tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilmə ilə bağlı isə məhkəmə özü qərar qəbul edir.
 
Ramiz Mehdiyev barəsində cinayət işi və ittiham olunduğu maddələr
 
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
 
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib.
 
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
 

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az