• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Gənc qız “StarMed“də öldü, cavabdeh tapılmır - FOTOLAR

18:53 26.05.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

...Ailə sonradan öyrənəcəkdi. Leyla məhz əməliyyatın düzgün aparılmaması səbəbindən dünyasını dəyişib.

Azərbaycanın özəl tibb klinikalarında həkim səhvi ucbatından xəstə ölümü nadir hadisə deyil. Savadsız cərrahların adi əməliyyatı apara bilməməsindən ölənlər, həkimin səhv müalicəsinin qurbanı olanlar çoxdur. 

Amma xəstə öləndən sonra cəsədin üzərində əməliyyatı davam etdirmək və beləliklə də, ölümün baş vermə səbəblərini gizlətməyə çalışmaq təcrübəsi ilk dəfə cərrah Sənan Mehdiyev tərəfindən tətbiq edilib. Leylanın ailəsi sonradan onu da öyrənib ki, əməliyyatın gedişinə məsul olan həkimlərdən biri - anestezioloq Emin Quluzadə əməliyyat bitmədən iki dəfə cərrahiyyə otağını tərk edib, dostları ilə görüşüb...

...18 yaşlı Mürsəlova Leyla Namiq qızının "StarMed" klinikasında burnundan plastik əməliyyat olunarkən dünyasını dəyişməsindən 1 il 2 ay ötür. Amma ailənin bütün səylərinə baxmayaraq, gənc qızın ölümündə təqsirkar olan həkimlər hələ də cəzalarını almayıblar. Gözlərinin nurunu itirən valideynlər çarəsiz vəziyyətdədirlər.

Faciə ilə üzləşən valideynlərlə görüşüblər.

Böyük otaqda Leylanın müxtəlif illərdə çəkilən şəkilləri asılıb. Gənc qızın Azərbaycan Maliyyə-İqtisad Kollecini bitirməsinə 3 ay qalmışdı. Diplomunu aldıqdan sonra təhsilini Almaniyada davam etdirəcəkdi.

Leyla ailənin ilkidir. Valideynlərinin nübar payı idi, indi isə dərd payı olub...

"Dedim ki, sənin burun əməliyyatına ehtiyacın yoxdur. Çox çalışdım, amma onu bu fikrindən daşındıra bilmədim", - bunu gözü yaşlı ana Rəsmiyə Mürsəlova deyir.

Rəsmiyə xanımın sözlərinə görə, cərrah Sənan Mehdiyev Leylanı müayinə etdikdən sonra onlara bu əməliyyatın sadə və təhlükəsiz olduğunu deyib: "Fevralın 20-də həkimlə görüşdük. Leylaya baxandan sonra vaxtının azlığından əməliyyatın təcili keçirilməsini məsləhət gördü. Bunun üçün bizdən 1500 manat istədi. Martın 9-da analizləri verdik, Leylanın kardioqramını etdilər. Amma döş qəfəsinin roentgen müayinəsi aparılmadı. Analizlərin cavabına baxdıqdan sonra səhhətində problem olmadığını söylədilər. Sənan Mehdiyev allergiyaya və qanın durulmasına görə dərman təyin etdi. Yazdığı dərmanların bir hissəsini əməliyyatda istifadə edəcəkdilər".

Əməliyyat martın 17-nə, axır çərşənbə gününə salınıb. Sənan Mehdiyev valideynlərə Leylanın səhhətində problem olmadığını desə də, sonradan qızın ürəyində xəstəlik olduğunu iddia edəcək. Guya ki, bu xəstəlik ölümün baş vermə səbəblərindən biri imiş...

"Leyla tam sağlam olub. Qeydiyyatda olduğu ərazi poliklinikasından verilən arayışlar da bunu təsdiq edir. Bundan əvvəl iki dəfə - boğazındakı artıq ətdən və kor bağırsağından əməliyyat olunub".

Bunu isə ata Namiq Mürsəlov deyir. Atanı narahat edən suallar çoxdur. Məsələn, həkimin iddia etdiyi kimi, Leylanın ürəyində problem olubsa, niyə onu əməliyyat ediblər? Niyə əməliyyatdan əvvəl Leyla rentgen müayinəsindən keçirilməyib? Analizlərin cavabı sonradan niyə və necə saxtalaşdırılıb? Bu suallara istintaq zmanı da cavab tapılmayıb.

Ana yenidən ağlayır: "Sənan həkim əməliyyatdan əvvəl məni yanına çağırdı. Dedi ki, narahatlığa əsas yoxdur. Pulu verdik. Təxminən saat 11-in yarısında anestezioloq Emin Quluzadə əməliyyat otağından çıxdı. Qeydiyyat şöbəsindəki xanım dedi ki, narahatlığa səbəb yoxdur, əməliyyat davam edir, sadəcə, həkim maşını düzgün park etməyib. Buna görə də, maşının yerini dəyişib, təkrar əməliyyata girəcək. Sonradan həmin həkim təkrar əməliyyat otağından çıxıb kimlərləsə görüşdü. Əməliyyatın gedişinə məsul olan həkim kimi o, əməliyyatın bitməsini gözləməli idi. Saat 11-dən sonra klinikada çaxnaşma düşdü. Həmin an uşağa nəsə olduğunu hiss etdik. Sonra Sənan Mehdiyev aşağı düşüb bizimlə görüşdü. Dedi ki, uşaqda prolaps olduğunu mənə deməmisiniz. Amma əvvəlcə ona məlumat vermişdik. Biz də cavab verdik ki, əvvəlcədən sizə bu barədə demişdik".

Sənan Mehdiyev valideynlərə Leylanın təzyiqinin düşdüyünü deyib. Daha bir neçə dəqiqə keçib və gənc qızın komaya düşdüyünü valideynlərinə söyləyiblər. Ata huşunu itirib, ana isə Leylanın yanına buraxılmayıb. Anestezioloq Emin Quluzadə Leylaya dərman vurulandan sonra allergik reaksiya verdiyini söyləyib. Əməliyyat otağında olan iki həkimin dedikləri üst-üstə düşməyib.

"İndiyə qədər bilmirik ki, Leylaya vurulan hansı dərman onda reaksiya verib. Narkoz keyfiyyətli olubmu? Heç ekspertiza da hansı dərmandan şoka düşdüyünü açıqlamayıb. Leylanı bu anafilaktik şokdan ayıltmaq üçün 6 dəqiqə vaxt lazım idi. Mən uzun illər reanimasiyada işlədiyimdən, belə hadisələrlə çox rastlaşmışam. Yalvardım ki, içəriyə buraxın, övladıma özüm yardım edim. Birinci dəfə düzgün yardım etməyiblər", - Rəsmiyə xanım əlavə edir.

Valideynlərini Leylanın yanına buraxmayıblar. Ailə övladlarının son nəfəsində yanında ola bilməyib. Bunun səbəblərini isə məsciddə - meyit yuyularkən öyrəniblər.

Ana göz yaşlarını saxlaya bilmir: "Leyla tanınmaz hala düşmüşdü. Ürəyini o qədər masaj etmişdilər ki, bütün qabırğaları sınmışdı. Ürəyi partlamışdı, ciyərləri qanla dolmuşdu. Komaya düşəndə beyininə qan sızmışdı, qolları qançır idi. Kürəyində yanıq izləri vardı, ürəyi elektroşoka məruz qoyarkən kürəyini yandırmışdılar".

Leyla Mürsəlovanın ölüm işini müstəntiq Fuad Əhmədov aparıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ekspertizanın nəticələrini 4 dəfə dəyişib. Rəsmiyə Mürsəlova deyir ki, müstəntiqin yanında üzləşmə zamanı Sənan Mehdiyev Leylanın anafilaktik şokdan öldüyünü deyib: "Uşağın boğazına borucuq yerləşdirərkən boğazını cırmışdılar. Həkimdən əməliyyatın adını soruşdum. Dedi ki, Leylanın üzərində rinoseptoplastika əməliyyatı aparmışam. Amma məsciddə Leylaya baxdım. Onun burnu necə var idisə, elə də qalmışdı, heç bir şiş yox idi. Uşaq şokdan ölüb, amma həkim əməliyyatı dayandırmayıb. Burnunun aşağı hissəsində tikiş belə qoyulmamışdı".

Leylanın valideynləri onu da deyirlər ki, Məhkəmə-Tibbi Ekspertizanın rəyində kifayət qədər saxtakarlığa yol verilib. Namiq Mürsəlov buna görə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin keçmiş direktoru Şakir Musayevi günahlandırır. Ailə baş prokuror Zakir Həsənovun, ombudsmanElmira Süleymanovanın, səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olub. Onlar isə işin ədalətli araşdırılacağını, günahkarların cəzalandırılacağını vəd ediblər. Doğrudur, əməliyyatın aparıldığı "StarMed" klinikası bağlanılıb. Amma görülən tədbirlər hələlik bununla yekunlaşıb.

Əvəzində isə Sənan Mehdiyev fəaliyyətini başqa bir klinikada - "Avrasiya" hospitalında davam etdirir. Bəli, bu gün Azərbaycanda elə həkimlər var ki, onlar əlini-qolunu sallayıb rahat gəzir, səhvi və ya səhlənkarlığına görə cavab vermir. Amma bilmək olmaz, Sənan Mehdiyev kimilərini himayə edənlərin həmin həkimə özünü, uşağını, ata-anasını etibar etdikdə başlarına nələr gələcək? Hələ bilmək olmaz, o həkimin əlindən sağ çıxa biləcəklərmi? (virtualaz.org)

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az