• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Kim Çen Inın öldürülən qardaşının erməni dostu üzə çıxdı və nələri danışdı...

15:33 22.02.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share



"The Guardian" qəzetinin eksklüziv məqaləsində deyilir ki, Şimali Koreya liderinin atabir qardaşı Kim Çen Nam ömrünün son bir neçə ilini səksəkədə yaşayırmış
Onu tanıyanlar deyirlər ki, o həm ögey qardaşının divanından gizlənir, həm də vətənin taleyi üçün nəsə etməkdə gücsüzlyünə görə dərd çəkirmiş.

"The Guardian" qəzetinə müsahibəsində mərhumun ən yaxın dostlarından və inandığı şəxslərdən biri deyib ki, Şimali Koreyanın hakim sülaləsinə daxil olan Kim çox açıq düşüncəli bir insan imiş və çox güman, onun sürgün olunmasına və sonunda qətlə yetirilməsində də bu cəhət əsas rol oynayıb.

"The Guardian" yazır ki, Kim tez-tez Cenevrəyə səfərlər edərmiş. Bir neçə ay bundan əvvəl o yenə də Cenevrədə olarkən nüfuzlu beynəlxalq məktəbdə bir yerdə oxuduğu tələbəlik yoldaşı Antoni Saakyanla da görüşüb.Bu səfər zamanı Kim və tələbəlik dostu demək olar, hər gün görüşər, kofe içər, siqar çəkər, birlikdə gəzib-dolaşarlarmış.

Saakyanın  yalnız "Lee" kimi tanıdığı tələbə dostu deyirmiş ki, yaşca kiçik ögey qardaşı ona öz hakimiyyətinə təhlükə kimi baxır. "Biz onunla Şimali Koreya rejimini, onun ögey qardaşını, bu ölkədəki vəziyyəti müzakirə edirdik. Mən bir şeyi deyə bilərəm ki, o heç vaxt hakimiyyətdə olmağa maraq göstərməzdi" - 44 yaşlı Saakyan deyib.

Saakyan deyir ki, Lee Şimali Koreya hakimiyyətindən həmişə aralı durmağa çalışarmış. Malayziya rəsmiləri deyirlər ki, onların ehtimalına görə ötən həftə Kim Yonq Namı hava limanında zəhərləyib öldürən qadın Şimali Koreya kəşfiyyatının agenti olub.Kim Çen Nam Kuala Lumpurdan yaşadığı Makau şəhərinə uçmalı idi. Tibb ekspertləri isə deyiblər ki, ölümün dəqiq səbəbləri hələki araşdırılır.

Autopsiya Kimdə nə infarkt vurmasının əlamətlərini, nə də bədən xəsarəti aşkar etməyib.Onun zəhərlə öldürülməsinə dair suallara cavab verərkən rəsmilər deyirlər ki, bu barədə laboratotiya araşdırmaları hələ davam edir.

"The Guardian" yazır ki, Sahakian hələlik Kim Çen Namın daxili aləmi və düşüncələri barədə az-çox müfəssəl məlumat verən yeganə şahiddir. Saakyan deyir ki, Lee gözə çarpan təhlükə içərisində olmasa da, daim səksəkədə idi. "O siyasi əhəmiyyəti olan fiqur idi. Buna görə də narahat olurdu. Əlbəttə narahat idi" – erməni bildirib.

"The Guardian" yazır ki, əslində yaş etibarilə Kim Yonq Nama verilməli hakimiyyətin hansı səbəbdən onun kiçik ögey qardaşına verilməsinin səbəbləri bu gün də bəlli deyil. Kim Çen Namın xalası deyirmiş ki, atası onun üçün əldən-ayaqdan gedirmiş, oğlunu ovcunun içində körpə kimi bəsləyirmiş.

Lakin məsələ burasındadır ki, Kim Çen Namın babası, "ulu öndər" və Şimali Koreya rejiminin banisi Kim Il Sonqun oğlu Kim Çen İlin yerli kinoaktrisa ilə münasibətlərindən narazı imiş. KimÇen Nam məhz bu münasibətlərdən doğulmuşdu.

Buna görə də Kim Çen Namı gözdən iraq etmək üçün ölkədən xaricə çıxarmış, Rusiyaya və İsveçrəyə təhsil almağa göndərmişdilər. O rus, ingilis, alman və fransız dillərini bilirdi.

Saakyan da onunla elə həmin vaxtlarda, 12-13 yaşlarındaykən tanış olub. Onu səfir oğlu kimi təqdim etmişdilər, halbuki əsl atasını Şimali Koreyada liderliyə hazırlayırdılar. "Biz o vaxtlar Şimali və Cənubi Koreyalar arasındakı fərqi başa düşmürdük. Çox şən bir oğlan idi, nəzakətli və səxavətliydi. O vaxtlar həyatı çox sevirdi, axı onu ərköyün böyüdürdülər. Bu adi hal idi"-Saakyan deyir.

Bircə təəccüblü görünən o olmuşdu ki, Saakyanın Şimali Koreyalı dostu 15 yaşı olmasına baxmayaraq, “Mercedes-Benz 600”-ə sahib idi və maşını özü sürürdü.Vətənə qayıdarkən Kim Çen Nam  artıq yetkin bir adam idi, amma artıq Avropanın məhsulu sayıla bilərdi.Xalasının dediyinə görə Şimali Koreyadakı həyat onu boğurdu.

Kim Çen Nam 2001-ci ildə saxta Dominikan pasportu ilə Yaponiyaya qaçmaq istəyəndə gözdən lap düşmüşdü. Məhz bundan sonra Honq-Konq yaxınlığındakı Çin ərazisi Makauda yaşamağa başlamışdı. Arvad-uşağı da orada idilər. Onun Sinqapurda, Pekində də evlərinin olduğunu deyirlər.Ara-bir Parisdən İndoneziyaya uçarkən hava limanındakı restoranlara girər, ona rast gələn jurnalistlərə təbəssümlə baxar, "yox, mən qaçaq deyiləm" deyərdi. Bütün bunlar o demək idi ki, o faktiki olaraq sürgün həyatı yaşayırdı.

Bir dəfə 2011-ci ildə babasının xəstə vaxtlarında Kim Çen Nam yaponiyalı jurnalist Yoji Gomiyə verdiyi müsahibədə öz ölkəsinin gələcəyi barədə siyasi baxışlarını açıqlamışdı.Onda hələ onun qardaşı Kim Çen Inın ölkə rəhbəri seçilməsinə bir-neçə ay qalırdı.

Gomi 2012-ci ildə müsahibələrini kitab halında çap edərkən Kim Yong Namın hakimiyyətin irsiyyətlə ötürülməsinə dair dediyi tənqidi fikirləri də bu nəşrə daxil etmişdi. Kim Çen Nam  bundan sonra səsini bir müddət kəsmişdi. Belə düşünmək olar ki, o "yeni ulu öndərdən", ögey qardaşından qorxurdu.

Bundan bir il sonra, onların dayısı, Şimali Koreyanın ikinci şəxsi "murdar siyasi ambisiyalarına görə" repressiya edilmiş və edam olunmuşdu.Bu edamdan sonra, Kim Çen Nam bir müddət də sakit dayanmış, çox da gözə görünməməyə çalışmışdı. "O öz ölkəsindəki vəziyyətdən kədərlənirdi. Xalqın halına acıyırdı, amma əzab çəkirdi, çünki əlində heç bir iqtidarı yox idi".

Saakyan deyir ki, dostu ona ölkəsindəki "gerontokratiyadan" - Stalin zəmanəsində doğulmuş qoca generalların hakimiyyətindən gileylənərmiş. Kim Çen Nam deyirmiş ki, qardaşı da beləcə monolit sistemin bir hissəsinə çevrilib və həmin o qoca generallarla əhatələnib.

"Amma o düşünmürdü ki, qardaşı həmin generalların dediyi ilə durub-oturur. Sadəcə olaraq ətrafında hamı necə düşünürsə, sən də eləcə düşünməli olursan" – Saakyan deyir. O,  bildirir ki, Kim bir böyük qardaş kimi yüksək hakimiyyətə haqqı çatdığını düşünsə də, ora yüksələcək qüdrəti özündə tapa bilmirdi.

"Onda gərək ürəyini, damarındakı qanı daşa çevirəsən, ya da bu sistemin dəyişməsi üçün böyük qanlar tökülsün" deyə Kim Çen Nam danışırmış.

Saakyan deyir ki, Kim hakimiyyətpərəst deyildi, amma onun haqqında deyildiyi kimi qumarbaz və arvadbaz da deyildi. "The Guardian" yazır ki, Saaakyanın müsahibə verməyə razılaşması da elə bu məqamla əlaqədar olub. O istəməyib ki, dostunun ədalətsiz portreti yaradılsın. "Ola bilsin bir-iki dəfə qumar da oynayıb, içkili də olub, qadınlardan xoşu gəlib. Amma bütün bunlarda qeyri-normal nə var, axı?" – o deyir.

King Çen Nam Saakyana deyərmiş ki, Şimali Koreyanın puluna qalmayıb və ona görə də Avropada bəzi biznes işlərinə girişərmiş. "Cenevrəyə gələndə ucuz kirayə evlərində qalırdı" – dostu deyib. Saakyan deyir ki, əksinə ailəsinin adı onun normal yaşamasına mane olurmuş. Diktatorun oğlu ilə hansı şirkət işləmək istəyər?

Saakyan deyir ki, dostu xarici səfərlərə də rahatca çıxa bilmirdi. Pxenyan onun azad dünyadakı həyatından narahatlıq duyurdu.Kim Çen Namın ölümünə gəlincə isə Saakyanın düşüncəsinə görə bəlkə də həmin qoca generallardan biri, cavan ali rəhbərinə belə bir hədiyyə etmək qərarına gəlib. "Düzünü qardaşı bilir" – o deyir... (BBC-nin xülasəsi)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az