• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İdman

Sorağı Sankt-Peterburqdan gələn Nigar Mirzəliyeva (FOTO)  

15:10 14.06.2025 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Ölkəmizin yaşıl futbol meydanlarında uğurları elə də çox deyil. Yalnız son illərdə "Qarabağ” avrokuboklardakı parlaq çıxışı ilə azarkeşlərimizi sevindirir. Bəzən digər klublarımız da bir neçə mərhələ keçməyi bacarırlar, milli komandamız isə ara-sıra güclü rəqibləri büdrətməsi ilə diqqət çəkir. 
 
Ölkə xaricində çıxış edən bir neçə futbolçumuz qolları ilə azərbaycanlıların da futbol oynaya bildiyini göstərməyə çalışır. Böyük futbolda nailiyyətlərimiz təxminən elə bu çərçivə daxilindədir. Son zamanlar qadın futbolu varlığını hiss etdirməyə başlayıb. Həm millinin nəticələri, həm də bir neçə komanda üzvünün ölkə xaricində uğurlu çıxışı qızlarımızın adından bəhs etdirmələri ilə nəticələnib.
 
 
Legioner həyatı yaşayan qadın futbolçuların arasında ən uğurlusu
 
2023-cü ildə qadın futbolçulardan ibarət milli komandamız UEFA Millətlər Liqasında B Liqasına vəsiqə qazanmaqla tarixi uğura imza atdı. Düzdür, B Liqasında, daha güclü rəqiblərlə görüşlərdə yığmamız yaxşı nəticələrinin davamını gətirə bilmədi, lakin heç bir komandaya da asanlıqla təslim olmadı. Yığma C Liqasının cari mövsümündə də ən yaxşı üçüncülərdən biri oldu. Təəssüf ki, son oyundakı uğursuzluq B Liqasına qayıtmaq üçün problem yaratdı.
 
 
Qızlarımızın milli səviyyədə özlərini göstərmələri bir çoxunun Avropa klublarının diqqətini çəkməsi ilə nəticələnib. Legioner həyatı yaşayan qadın futbolçuların arasında ən uğurlulardan biri Nigar Mirzəliyevadır. 23 yaşlı müdafiəçi Rusiyanın "Zenit” klubunda yaxşı oyunu ilə diqqət çəkir. Sorağı Sankt-Peterburqdan gələn qız bir neçə gün əvvəl "Zenit”lə Rusiya Super Kubokunun qalibi oldu. 2022-ci ildən "Zenit”in formasını geyinən Nigar komandanın aparıcı simalarından biri sayılır. Hətta tez-tez Rusiya çempionatında turun rəmzi komandasına düşür. "Zenit”lə ikinci dəfə Rusiya Superkubokunu qazanan Nigar Mirzəliyeva 2023 və 2024-cü illər mövsümlərində ölkə çempionu titulunu əldə edib. Komanda hazırda davam edən 2025-ci il mövsümündə də turnir cədvəlinə başçılıq edir.
 
 
Kimdir Nigar?
 
Nigar Mirzəliyeva 28 aprel 2002-ci ildə Mingəçevirdə anadan olub. O, uşaq yaşlarında doğma şəhərində futbol məşqlərinə qoşulub. 11 yaşı olarkən Nigar futbol proqramı çərçivəsində bir neçə ay İngiltərənin "Mançester Yunayted” klubunun akademiyasında təlim-məşq proqramında iştirak edib. Onun futbolçu kimi inkişafında bu təcrübənin böyük rolu olub. 2018-2019-cu ildə Balakənin "Balxurma” klubunda, bir il sonra Şəkinin "Marxal” komandasında oynayan Nigar ardınca karyerasına legioner olaraq davam edib. 2021-ci ildə Kazanın "Rubin” klubunda çıxış edib. Martın 14-də çempionatda ilk rəsmi oyununa çıxıb. Ümumilikdə, Kazan klubunda 47 dəfə liqa, bir dəfə isə kubok oyununda meydana çıxıb.
 
"Rubin”dəki performansı gənc oyunçunun Rusiyanın ən güclüsü "Zenit”in diqqətini çəkməsi ilə nəticələnib. 2022-ci ildə o, Sankt-Peterburq təmsilçisi ilə iki illik müqavilə imzalayıb və hələ də bu komandanın formasını geyinir.
 
Gənc yaşlarından milli komandalara dəvət alan mərkəz müdafiəçisi U-17 yığmamızda 13, U-19 komandasında üç matçda meydana çıxıb. 18 yaşı olarkən isə əsas komandaya dəvət alıb. Burada 23 oyun keçirən futbolçu fərqlənməyi də bacarıb. Klubunda isə o, əsas heyətin əvəzedilməz oyunçularındandır.
 
 
Hədəf daha böyükdür
 
Nigar Rusiyadakı uğurlu çıxışı ilə kifayətlənmək niyyətində deyil. Gənc futbolçu gələcəkdə Avropanın daha böyük komandalarında oynamağı düşünür: "Daha böyük liqalarda çıxış etmək əla olar. Avropanın aparıcı futbol ölkələrində oynayan Azərbaycanın ilk qadın futbolçusu olmaq istəyərəm. Bəzi klublardan təkliflər almışam. Həmçinin "Zenit” də yeni müqavilə təklif edib. Lakin hələlik düşünürəm. Avropanın güclü klublarından dəvət gəlsə, mütləq dəyərləndirəcəyəm”.
 
Milli futbolçu uğurlarının sirri barədə də fikirlərini bildirib. O, futbola olan sevgisinin və məşqlərə ciddi yanaşmasının ən əhəmiyyətli məqam olduğunu vurğulayıb: "Futbola böyük sevgim var. Uğurlu çıxışlarımı da buna borcluyam. Fikrimcə, əgər bir işi sevərək edirsənsə, mütləq uğur qazanacaqsan. İşimi çox sevirəm, məşqlərimi ciddi edirəm. Bu da uğur əldə etməyimə kömək olur. Həm millidə, həm də klubumda bunun davamlı olması üçün lazım olan hər şeyi edəcəyəm”.
 
 
Gözəlliyi ilə heyran edir
 
Nigar Mirzəliyeva həm də gözəlliyi ilə diqqət çəkir. Onun sosial şəbəkə hesablarında böyük izləyici kütləsi var. Eyni zamanda, yerli və xarici futbolsevərlər tez-tez futbolçumuzun gözəlliyi ilə bağlı paylaşımlar edirlər. Hətta o, ən gözəl futbolçu qadınlardan biri, "Yuventus”un oyunçusu Alişa Lemanla müqayisə olunur. Bir sözlə, Nigar Mirzəliyeva həm oyunu, həm gözəlliyi ilə qadın futbolumuzun əsas ulduzudur.
 
O, hələ çox gəncdir, karyerasının başlanğıcındadır. 23 yaş futbolda parlamaq üçün ideal dövrdür. Bundan sonra da Nigar məşqlərinə eyni məsuliyyətlə yanaşaraq, daha böyük uğurlar əldə etmək üçün səy göstərməlidir. Sevdiyi idman növündə daha böyük nəticələr əldə etmək üçün o, hər şeyə malikdir.
 
Mənbə: "Kaspi" qəzeti

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az