“Bank Respublika” 2024-cü il üzrə səhmdarlarına 12.5 milyon manat həcmində dividend elan edib və bu məbləğ 2025-ci ilin fevral ayında tam ödənilib.
Bu barədə Valyuta.az-ın əldə etdiyi məlumatda bildirilib. Məlumata görə, bankın səhmdarlarına ödədiyi dividend 2023-cü ilə nisbətən 20% və ya 2,08 milyon manat artıb. 2023-cü il üzrə ödənilən dividend 10,4 milyon manat təşkil edib.
Ən böyük səhmdar – Natiq Quliyev və ailə üzvləri (Elçin və Namiq Quliyevlər) ümumilikdə 11,28 milyon manat gəlir əldə edib ki, bu da bütün dividendlərin 90%-nə yaxın hissəsini təşkil edir.
Ayrılıqda Natiq Quliyevin gəlirləri 2023-cü ildəki 6,6 milyon manatdan 2024-cü il üzrə 7,9 milyon manata, Elçin Quliyevin gəlirləri 1,92 milyon manatdan 2,3 milyon manata, Namiq Quliyevin gəlirləri isə 883,3 min manatdan 1,06 milyon manata yüksəlib.
Bankın digər səhmdarları - Şakir Rəhimovun gəlirləri ötən il 568,9 min manatdan 681,25 min manata kimi, SİDT-nin gəlirləri 440 min manatdan 527,5 min manata kimi artıb. Digər səhmdarların gəlirləri isə 10 min manat təşkil edib.
Qeyd edək ki, bankın səhmlərinin 63,32%-i Quliyev Natiq Saday oğlu, 18,46%-i qardaşı Elçin Quliyevə, 8,47%-i Namiq Quliyevə, 5,45%-i Rəhimov Şakir Xəyyam oğluna, 4,22%-i SIDT-ə, 0,08%-i isə digər səhmdarlara aiddir.