• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?

09:47 22.05.2025 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Azərbaycanda eyni vaxtda çoxsaylı şirkətlərin bağlanması praktikası geniş yayılıb. Bir çox hallarda bağlanan şirkətlərin mövcud olma tarixi 6 ay-1 ili əhatə edir, yaxud eyni hüquqi ünvanda qeydiyyatda olan onlarla şirkət eyni vaxtda ləğv edilir. Bəzənsə hüquqi təmsilçisi eyni olan çoxsaylı şirkətlərin ləğv elanlarına rast gəlinir.
 
Məsələn, bu ilin yanvarında ləğv olunduğu elan edilən "Papirus-L” MMC, "L. Orbita-BE” MMC, "Everest 2" MMC və "Dorsan" MMC-nin dördünün də qanuni təmsilçisi Kalbalıyev Ədalət Tofiq oğlu olub. Həmin şirkətlərin hüquqi qeydiyyat ünvanı da eynidir: Çünki kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi küçəsi, ev 48, mənzil 41 ünvanına bildirmələri xahiş olunub.
 
Ötən ilin avqustunda ləğv edilən "Ri Enginineering” MMC, "R Standart” MMC, "R Machinery” MMC, "R Service” MMC və "R Logistic” MMC şirkətlərinin hamısının hüquqi ünvanı eynidir -Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, mənzil 154.
 
Həmin gün ləğv edilən "Lk Engineering” MMC, "Lk Service” MMC, "Lk logistic” MMC şirkətlərinin hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, AK.Həsən Əliyev küçəsi, ev 79/2, mənzil 50, "L Machinery” MMC və "L Machinery” MMC şirkətlərinin hüquqi ünvanı Nərimanov rayonu, M.Araz küçəsi, ev 23, mənzil 5-dir.
 
Bir çox hallarda yaradılan şirkətlər heç bir il keçmədən ləğv edilir. Məsələn, bu ilin aprelində ləğv elanı verilən "Status 2024" MMC ötən ilin sentyabr ayında yaradılıb, nizamnamə kapitalı 3 milyon 126 min manatdır və qanuni təmsilçisi Anar Hüseynovdur.
 
Bəzənsə aydın olur ki, ləğv edilən şirkətlərin külli miqdarda vergi borcu var. Bu ilin aprelində "ALTİS” və "KOMETA-A” şirkətləri "Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduqlarını elan ediblər. Həmin vaxta "ALTİS” şirkətinin 3 milyon 517 min 315,86 manat, "KOMETA-A” şirkətinin isə 1 milyon 312 min 046,04 manat vergi borcu vardı.
 
Bundan əlavə, həmin şirkətlərin qoşulduğu "Azlayihə İnşaat” MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcud idi. Onun vergi borcunun miqdarı 6 milyon 142 min 328,10 manat təşkil edirdi.
 
Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. "ALTİS”in qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, "KOMETA-A”nın qanuni təmsilçisi Eyvazov Samran Tahir oğludur.
 
2012-ci ildə dövlət qeydiyyatına alınan "Azlayihə İnşaat”ın isə qanuni təmsilçisi Hüsyenov Talıb Sabir oğludur.
 
Bu günlərdə eyni vaxtda "Ruby” MMC, "İNSİNAR” MMC, "V İNVEST” MMC, "KASPİAN TEXNOLOJİ ŞİRKƏTİ” MMC, "MELO ART PRO” MMC, "MELORATİV TİKİNTİ” MMC, "RA MİLK PROCESSİNG” MMC, "RX BUTTER PRO” MMC, "Rahrəvan Construction” MMC və "YH QARDAŞLAR” MMC ləğv olunduqlarını elan ediblər.
 
Qeyd edək ki, ləğvini elan edən şirkətlərdən bir qismi olduqca aşağı - cəmi 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərib. Lakin onların arasında böyük nizamnamə kapitalına malik olanlar da var. Məsələn, "Rahrəvan Construction” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 656 500 manat nizamnamə kapitalına malik olan "Rahrəvan Construction” MMC-nin qanuni təmsilçi Türkiyə vətəndaşı Ozturk Rızadır. Şirkət yarananda nizamnamə kapitalı 1 000 000 manat olub.
 
Xatırladaq ki, hazırda Azərbaycanda hüquqi şəxs - Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılarkən 10 manatlıq nizamnamə kapitalının ödənilməsi kifayət edir. Bəzi iri şirkətlər nizamnamə kapitalına ciddi yanaşıb, iri məbləğlər oturtsalar da, əksər MMC-lərin kapitalı 10 manat ətrafındadır.
 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 7,1 faiz artaraq 2025-ci il yanvarın 1-i vəziyyətinə 212 705 olub. İl ərzində 14 865 yeni statistik vahid yaradılıb, 698-i ləğv olunub. 2024-cü il ərzində ləğv edilmiş statistik vahidlərin 14,2 faizi "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,6 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi”, 11,5 faizi "Təhsil”, 11,3 faizi "Peşə, elmi və texniki fəaliyyət”, 10,6 faizi "Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 9,6 faizi "Maliyyə və sığorta fəaliyyəti” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
 
Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 39,8 faizi "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 9,5 faizi "Peşə, elmi və texniki fəaliyyət”, 8,2 faizi "Emal sənayesi”, 6,1 faizi "İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,8 faizi "Tikinti”, 5,0 faizi "Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
 
2025-ci ilin yanvar-mart ayları ərzində isə statistik vahidlərin sayı 1,6 faiz artaraq 2025-ci il aprelin 1-i vəziyyətinə 216 138 olub. Artım iqtisadiyyatın "Nəqliyyat və anbar təsərrüfatı”, "Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, "Təhsil”, "Emal sənayesi”, "İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, "Peşə, elmi və texniki fəaliyyət”, "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, "İnformasiya və rabitə” və "Maliyyə və sığorta fəaliyyəti” sahələrində nəzərəçarpacaq dərəcədə olub.
 
Bu dövrdə 3 591 yeni vahid yaradılıb, 158-i ləğv olunub. 2025-ci ilin yanvar-mart ayları ərzində ləğv edilmiş statistik vahidlərin 34,2 faizi "Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, 12,0 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi”, 11,4 faizi (hər biri üzrə) "Ticarət; nəqliyyat vasitələrinin təmiri” və "Peşə, elmi və texniki fəaliyyət”, 5,7 faizi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 4,4 faizi "Təhsil”, 3,8 faizi (hər biri üzrə) "İnzibati və yardımçı xidmətlərin göstərilməsi” və "İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
 
Azərbaycan təcrübəsi göstərir ki, bir çox hallarda MMC-lər bu və ya digər dövlət qurumunun keçirdiyi tenderlərdə iştirak edir, 6 ay- 1 ildən sonra ləğv edilirlər. Yaxud hansısa məmurun yaxın çevrəsində olan şəxslər çoxsaylı MMC-lər yaradaraq həmin məmurun rəhbərlik etdiyi dövlət qurumunun tenderlərində çoxsaylı sifarişlər alırlar. Belə MMC-lər adətən himayədar məmur vəzifədən uzaqlaşdırılana qədər fəaliyyət göstərir, ondan sonra ya əl dəyişir, ya da ləğv edilirlər.
 
Maraqlıdır ki, 2024-cü ildə Azərbaycanda bağlanan iş yerlərinin sayı ilə ləğv olunan MMC-lərin sayı təxminən uyğun gəlib. Belə ki, rəsmi məlumata görə, 14 865 yeni sahibkarlıq subyektinin yaradıldığı 2024-cü ildə Azərbaycanda 15 min 942 iş yerinin bağlandığı açıqlanıb. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 1 033 iş yeri və ya 7 faiz çoxdur.
 
Cari ilin birinci rübü üzrə göstəricilərdə isə vəziyyət fərqlidir. Belə ki, rəsmi statistikaya əsasən, 2025-ci ilin birinci rübü ərzində ölkədə 2,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,9 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb. Rüb ərzində 158 sahibkarlıq subyekti bağlanıb.
 
2025-ci ilin birinci rübü ərzində ölkədə 23,4 min yeni iş yeri yaradılıb. Yeni açılmış iş yerlərinin cəmi 11,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,8 faizi mövcud müəssisə və təşkilatlarda yaradılıb.
 
Hüquqşünas-ekspert Əkrəm Həsənovun dediyinə görə, 10 manatlıq nizamnamə kapitalının olması hansısa şirkətin fəaliyyət keyfiyyətinin göstəricisi sayılmamalıdır: 
 
"Nizamnamə kapitalı MMC təsis olunanda onun payçılarının ona qoyduğu puldur. Bu payçıların MMC-nin fəaliyyəti zamanı yaranan borclara heç bir aidiyyəti yoxdur. Payçılar nizamnamə kapitalına 10 manat deyil, yüz manat, milyon manat da qoya bilərlər. Ola bilər ki, MMC-nin fəaliyyəti dövründə həmin vəsait tam xərclənsin, yaxud daha da artırılsın. Nizamnamə kapitalı heç nəyin təminatı deyil. Elə MMC-lər var ki, yaradılanda nizamnamə kapitalı 1 milyon manata bərabər olub, qısa müddətdə 100 manata düşüb. Elə şirkət də var ki, nizamnamə kapitalı 10 manatdır, amma dövriyyəsi, öz kapitalı 10 milyonlarla manatdır. Baxın, banklarda nizamnamə kapitalı da 50 milyon manatdır, öz kapitalı da 50 milyon manatdır. Yəni bankın hər zaman öz 50 milyon manatı olmalıdır. Bunu Mərkəzi Bank onlardan tələb edir, çünki onlar əhalidən əmanət qəbul edirlər. Digər sahələrdə fəaliyyət göstərən MMC-lər üçün nizamnamə kapitalının məbləğinə hər hansı tələb qoyulmayıb, bu, dünyada da belədir. Çünki əsas şirkətin fəaliyyətidir".
 
Ekspertə görə, eyni hüquqi ünvanda çoxsaylı MMC-lərin yaradılması, yaxud eyni şəxsin çoxsaylı MMC-nin hüquqi təmsilçisi olması müəyyən əməliyyatlarla bağlı olar bilər: 
 
"Ola bilər ki, burada vergidənyayınma məqsədi güdülür. Ola da bilər ki, bir şəxs bir neçə sahədə fəaliyyət göstərir. Qanun buna hər hansı məhdudiyyət qoymur. MMC məhdud məsuliyyətli cəmiyyət deməkdir. Təsisçiləri belə müəssisələrin fəaliyyətinə görə heç bir məsuliyyət daşımırlar. Buna görədir ki, banklar hansısa şirkətə kredit verəndə təsisçilərin də zəmanətini tələb edirlər. Onu da qeyd edim ki, hansısa MMC-nin vergi borcu yaranırsa və ödənmirsə, bu, təsisçi üçün də cinayət məsuliyyəti yarada bilir".
 
Mənbə: "Yeni Müsavat"

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az