• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Qarabağda sabah başlayacaq QORXUNC SSENARİ

18:46 17.02.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

3 gün sonra Qarabağda nələr baş verəcək?

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR”də fevralın 20-si “referendum seçkiləri” keçiriləcək. Bu gün isə Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşüb. Rəsmi məlumatda deyilir ki, nazirlər növbəti görüşləri və həmsədrlərin regiona səfəri məsələsini müzakirə ediblər. Yəni görüş nəticəsiz olub və Münhendə nəticəsiz görüşün olacağı gözlənilməz deyildi.

Ermənistan tərəfi Azərbaycanın XİN rəhbərlərinin Münhendə görüşməsi təklifinə hələ ötən ildən soyuq yanaşırdı. İrəvan bu görüşdən tam imtina etməsə də, ona razılıq da vermirdi. Çünki status-kvonun saxlanılması üçün bütün vasitələrdən istifadə edən Ermənistan üçün “donmuş danışıqlar”a aparan yol müzakirə masasından qaçmaqdan keçir. İşğal olunmuş Dağlıq Qarabağda “referendum”un keçirilməsi də Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığını və danışıqları daha çətin vəziyyətə saldığını təsdiq edir.

Bu baxımdan, “DQR”-də “referendum” öncəsi Nalbandyanın danışıqlar masasında “can-dərdi” əyləşməsi təəccüblü deyildi.

Amma nəticəsiz Münhen görüşü fonunda Kremlə yaxınlığı ilə seçilən, hətta bir sıra hallarda Putinin səlahiyyətli nümayəndəsi olaraq təqdim edilən politoloq Sergey Markovun açıqlaması yada düşür.

“Lakin təəssüflə proqnozlaşdırıram ki, bu danışıqlar nəyəsə nail olmayacaq. Çünki ötən il “Kazan düsturu” (Qarabağ ətrafındakı rayonların qaytarılması və Bakının istədiyi “mərhələli həll” paketini nəzərdə tutan mexanizm – red.) çərçivəsində böyük razılaşmanın imzalanması mümkün idi, lakin şans əldən qaçırıldı. Ermənistan rəhbərliyi bunu imzalamaqdan boyun qaçırdı. Bu baxımdan, Münhen görüşündən sonrakı vəziyyəti təhlükəli hesab edirəm. Münhen görüşündən sonra böyük hadisələr olacaq. Qorxu ilə qeyd edirəm ki, ya hərbi toqquşmalar başlayacaq, ya da başqa nələrsə olacaq”, - deyə Putinin “adamı” açıqladı.

3 gün sonra Qarabağda nələr baş verəcək?

Kremlə yaxın Markovun “böyük hadisələr olacaq” deməsi gündəmə hesablanmış açıqlama deyildi. Deməli, Kremlin adamında yeni toqquşmaların mümkünlüyü haqda informasiya var. Və o, “qorxu ilə qeyd edirəm” deməklə həm də yeni müharibənin Moskvaya sərf etmədiyini də açıqlayır.

Müharibəni kim başladacaq?

Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Bu seçkidən sonra ölkədə parlament üsul-idarəsinə keçid başlanacaq. Lakin İrəvanın nəzarətində olan qondarma “DQR”-də bunun əksinə olaraq, “prezident üsul-idarəsinə keçid” üçün “referendum” keçirilməsi diqqəti çəkir.

Sarkisyan hakimiyyətinə yaxın politoloq bunun “Qarabağın təhlükəsizliyini gücləndirmək” məqsədi daşıdığını iddia edir və əsas məqamı ciddi-cəhdlə gizlədir.

Əsas məqam: Serj Sarkisyan partiyasından namizədliyini irəli sürmür, əvəzində seçkidən sonra səlahiyyətləri azalacaq və ölkəyə rəhbərliyi baş nazir Karen Karapetyan edəcək. Sarkisyanın prezident səlahiyyətləri isə 2018-ci ildə başa çatacaq. Hesab etmək olar ki, Sarkisyan Qarabağda “prezident üsul idarəsi” yaratmaqla “Qarabağ klanını” gücləndirmək və gələcəkdə bunun üzərindən təsir imkanlarını genişləndirmək niyyətindədir.

Ona yaxın siyasətçilər isə “referendum”u “təhlükəsizliklə” bağlayaraq, əhalinin dəstəyini təmin etməyə çalışır.

Misal üçün, Sarkisyan hakimiyyətinin “ruporu” rolunda çıxış edən politoloq Stepan Safaryan deyir ki, “referendum”la hakimiyyət (rejim – red.) güclənəcək və müharibə şəraitində daha çevik hərəkət edəcək.

Diqqətin “düşmənə” yönəldilməsi “referendum”a qarşı çıxanların olduğunu təsdiqləyir. Xüsusilə müxalifətdə olan millətçi “daşnaksütyün” partiyası qondarma “DQR”-dəki “referendum”a etiraz edir.

Ermənilər referenduma qarşı

“Daşnaksütyun”un nümayəndəsi Kiro Manoyan hesab edir ki, keçiriləcək “referendum” “DQR” rejiminin güclənməsinə hesablanıb: “Bu hakimiyyətin bir əldə cəmlənməsi və istədiyini etməyə hesablanmış addımdır. Bu, demokratiyaya qarşıdır”.

Sarkisyanın planına qarşı olanlar kifayət qədər güclüdür və məhz güclü rəqibləri neytrallaşdırmaq, “referendum” öncəsi əhalinin diqqətini “düşmən obrazında təqdim etdikləri Azərbaycan təhlükəsinə” yönəltmək və “referendum Qarabağın təhlükəsizliyini gücləndirməyə xidmət edir” tezisini təsdiqləmək üçün hansı addım atıla bilər?! Təbii ki, cəbhədə hərbi toqquşmalar.

Böyük ehtimalla, sabahdan başlayaraq, cəbhədə erməni hərbi birləşmələrinin təxribatı güclənəcək, hətta lokal toqquşmaların olması da mümkündür. Və çox güman ki, Putinin “adamı” Markov da “Münhen görüşündən sonra Qarabağda qorxulu hadisələr baş verəcək” deməklə diqqəti bu məqama çəkmək istəyirdi. Sabah cəbhədə toqquşmalar başlanarsa, bu, heç də təəccüblü olmayacaq.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az