• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Azərbaycanlı rəqiblərinə qalib gələn ingilis kürəkən (FOTO)  

13:40 12.04.2025 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bəzi insanlara görə, qarşılıqlı sevgi evlilikdən, xüsusən də uşaqlar dünyaya gəldikdən sonra arxa plana keçir. Məsuliyyət, ailə yükü o qədər artır ki, tərəflər bir-birindən uzaqlaşırlar. Lakin bu stereotipdən uzaq ailələr də var. Məsələn, Daniel və Günay Hyre cütlüyü kimi. İki övladdan sonra da onların sevgisi, bir-birinə olan münasibəti elə ilk tanış olduqları gündə olduğu kimidir. Sevgiləri onları sanki gəncləşdirir, irəli aparır. “Kaspi” qəzetinin “Ailə” rubrikasının budəfəki qonaqları ingilis Daniel və azərbaycanlı Günaydır.

Günay deyir ki, bu sevgidə ilk addımı Daniel atıb: “2018-ci ilin yaz ayları idi. Daniel Azərbaycana konfransa gəlmişdi. Orada tanış olduq. Lakin çox danışmadıq. Sonra mənə “Facebook”dan dostluq təklifi göndərdi. İki həftə sonra “mənimlə evlənərsən?”, - deyə yazdı. Çox rəqiblərinin olduğunu, nə üçün məhz onunla evlənməli olduğumu soruşdum. Dedi ki, mən sənə bunu sübut edəcəyəm. Avqust ayında Bakıya gəldi və elə həmin gün mənə evlilik təklifi etdi. Ona ilk baxışda aşiq oldum. Mənə çox insan evlilik təklif etmişdi. Lakin Danieli seçməyimin səbəbi mənim də ilk görüşdə onu bəyənməyim idi. İlk dəfədən hiss etdim ki, doğru insandır. Qəlbimdə şübhə yaranmadı”.

Daniel də elə ilk görüşdən Günaya aşiq olubmuş: “Konfransda görəndən ona heyran qalmışdım. Çünki çox gözəl idi. Digər qızlardan çox fərqlənirdi. Onu görən andan hiss etdim ki, bu qızda məni özünə çəkən nəsə var. Mənim üçün yeni hisslər idi. Heç vaxt heç kimə qarşı belə hiss etməmişdim. Günay mənə görə hər kəsdən ağıllıdır, şəndir. Həmçinin mənə daha yaxşı insan olmağa kömək edir”.

Danielin fikrində bu qədər qəti olması Günayın ona “hə” deməsinə səbəb olub: “Mən onun ən çox sözünün üzərində dayanmasını bəyəndim. Dedi ki, ailə qurmaq istəyirəm və bunu etdi. Xaricilər normalda bu qədər tez evlilik qərarı vermirlər. Amma Daniel hərəkətlərində də mənimlə ailə qurmaq istədiyini göstərirdi”.

Günayın fikrincə, onlar tam fərqli olsalar da, bir-biriləri üçün yaradılıblar: “Xasiyyətlərimiz yaxın olmasa da, o, mənim çatışmayan parçamdır. Mən alov olanda, o, su olmağı seçir. O, qəzəbli olanda mən geri çəkilirəm. Düşünürəm ki, ailə həyatı bir tamdır, bu balansı qoruyub saxlamağı bacarmalısınız”.

Daniel: “Mən özümdən tez çıxıb əsəbiləşə bilirəm. Amma Günay çox sakit təbiətlidir. Günayın əsəbiləşməyi üçün ciddi səbəblər olmalıdır. O, məni nəzarət altında saxlaya bilir, deyə bilərik. Bu da bizim fərqli xüsusiyyətimizdir”.

Günay deyir ki, sakitliyini qoruya bilməsinin bir neçə sirri var: “Özümü heç kimlə müqayisə etmirəm. Digər məsələ isə özümü sevməkdir. Çünki insan özünü sevməsə, heç kimi sevə bilməz. Amma bunun da orta həddini keçməməlisən.

Biz demək olar ki, mübahisə etmirik. Heç vaxt küsülü olmamışıq. “Əgər sonda barışacağamsa, niyə küsməliyəm?” - deyə düşünürəm. Nəsə xoşumuza gəlməyəndə qarşılıqlı danışırıq, söhbəti bağlayırıq. Daniel də küsmək, dava etmək tərəfdarı deyil. Hər şeyi sülhlə həll etməyi sevir. Hətta sözümüzün çəp gəlməsi belə xoşuna gəlmir”.

Cütlüyümüz hər zaman bir-birilərini irəli aparmağa çalışır: “Biz hər ikimiz olduqca məqsədyönlüyük. Özümüzlə rəqabət aparırıq. Daniel bütün qərarlarımda məni dəstəkləyir. Bizdə icazə almaq kimi bir qayda yoxdur. Hər kəs fikrini bildirir. Əgər qarşı tərəfin narazılığı olarsa, danışırıq. Həqiqətən də haqlıdırsa, təbii ki, nəzərə alınır. Amma səbəbsiz sadəcə “istəmirəm” demək, mane olmaq, belə bir şey ailəmizdə mövcud deyil. Hər kəs bir-birinin fikrinə hörmətlə yanaşır”.

Günayın fikrincə, sağlam evliliyin sirri qarşılıqlı sevgi və hörmətdədir: “Sevgisiz ailə mümkün deyil. Düşünürəm ki, tərəflər bir-birini hər zaman dəstəkləməlidirlər. Varlığını hər zaman hiss etməlisiniz. Sizi hər zaman yüksəltməlidir, inkişaf etdirməlidir. Daniel hər fikrimdə yanımdadır, sorğulamadan dəstək olur. Ailəsi də mənə qarşı bu şəkildə davranır. Məsələn, mən dedim ki, bəlkə qızımızın doğum gününü Azərbaycanda qeyd edək. Bu zaman bütün ailə məni dəstəklədi və Azərbaycana gəldik. Düşünürəm ki, ailədə hər şey qadından asılıdır. Qadın əsas həlledici qüvvədir. Danieldən kömək istəsəm, mənim üçün edər. Həmişə deyir ki, nəyi etməyimi istəyirsənsə söylə, sənin üçün yerinə yetirim”.

Daniel üçün isə evlilikdəki əsas məqamlar bir az başqadır: “Mən sağlam münasibətin sirrini inamda görürəm. Birlikdə danışmağı, gülməyi bacarmalısan. Əvvəldən hər şeyi danışaraq həll etmək lazımdır. Dost, ortaq olmalısınız. Biz bir komandayıq. Balans məncə, çox önəmlidir. Hər kəs öz öhdəsinə düşən işləri görür”.

Cütlük evliliklərindən bəhs etdikdən sonra bu yolda nələr yaşadıqlarından da danışdı. Daniel ilk dəfə ailəsinə azərbaycanlı xanımla ailə qurmaq istədiyini bildirdikdə, bu, onlara bir az qəribə gəlib: “Sizin mədəniyyətiniz məni daha çox cəlb etdi. Adət-ənənələrinizə olan bağlılığınız çox xoşuma gəlmişdi. Fikrimcə, buna görə sizin xanımlar daha ailəcanlıdırlar. Mən azərbaycanlı qızla ailə qurmaq istədiyimi dedikdə ailəm təəccübləndi. Çünki azərbaycanlıları tanımırdılar. Öncə düşündülər ki, niyə azərbaycanlı xanım xarici bəylə evlənmək istəyir? Bəlkə başqa məqsədi var? Amma Günayı tanıdıqdan sonra onun sevgisinin həqiqi olduğunu gördülər”.

Daniel azərbaycanlı qohumları ilə tanışlığından da bəhs etdi: “Bakıya gəldikdə Günayın ailəsi ilə də tanış oldum. Çox həyəcanlı idim. Qardaşı, atası məni necə qarşılayacaq deyə düşünürdüm. Mənimlə çox gözəl ünsiyyət qurdular. Vaxt keçdikcə artıq biz bir ailə olduq. Anası anam, qardaşı qardaşımdır”.

Günayın sözlərinə görə, evlilik yolunda bütün adətlərə əməl olunmuşdu, lakin bu, ingilislər üçün ilk idi: “Elçilikdə ailələrimiz tanış oldu. Sonra isə nişanlandıq. Bütün adət-ənənələrə də əməl etmişdik. Amma ingilislər üçün bu, ilk dəfə idi. Onlar heç vaxt belə adətləri görməmişdilər. İlk dəfə olmasına baxmayaraq, çox bəyəndilər. Çayın yanına şirinlik qoymaq lazımdır deyəndə, Danielin atası şokolad qoymuşdu. Onlarda belə adətlər olmadığı üçün qəribə gəlmişdi”.

Daniel: “Mən belə adətlər görməmişdim. Günay mənə deyəndə ki, xonça, şokoladlar lazımdır, təəccübləndim. Soruşmuşdum ki, bu qədər şirniyyatı kim yeyəcək? Sonra mənə izah etdilər ki, həmin şokoladlar paylanılır. Mənə çox maraqlı və qeyri-adi gəlmişdi”.

İngilis kürəkən üçün toylarımız da yenilik olub: “Sizin toylarınızda yemək-içmək daha çox olur. İngilis toylarında belə deyil. Bizdə birinci yeyib-içmək olur, sonra əyləncə. Lakin sizdə hamısı birlikdədir. Toylarınızda daha çox insan iştirak edir. Sizin toylar daha şən keçir. Hiss olunur ki, toydasan”.

Daniel hətta toy öncəsi Azərbaycan rəqsi də öyrənib: “Rəqsləriniz mənə maraqlı gəlmişdi. Sizin kimi rəqs etməyi öyrənmişdim. Utancaq insan olsam da, rəqsinizi oynamaq mənim üçün çox xoş idi”.

Günay deyir ki, Daniel bizim adət-ənənələrimizdən əlavə, dilimizi də öyrənməyə çox böyük həvəs göstərir: “Hazırda telefonunda dilimizi öyrənmək üçün proqram da var. İlk tanış olduğumuz gün özünə Azərbaycan dilini öyrənmək üçün səsli kitab aldı”.

Daniel dilimizə olan sevgisini belə ifadə etdi: “Mən səni sevirəm”, “çox sağ ol”, “necəsən” və sair kimi günlük sözləri bilirəm. “Qardaş”, “Ağdam”, “ailə” sözlərini daha çox sevirəm. Gün keçdikcə dilinizi daha yaxşı anlayıram. Azərbaycanda olanda dilinizi öyrənmək daha rahat gəlir. Çünki insanlarla danışıram, eşidirəm və beləliklə daha çox öyrənirəm”.

Cütlüyümüz hazırda evlərində həm ingilis, həm də Azərbaycan dillərindən istifadə edir. Günay deyir ki, gələcəkdə həm oğluna, həm də qızına dilimizi öyrədəcək: “Dil açdıqda, özlərini ifadə etdikdə hər iki dili bilmələrini istəyirəm. Qızım artıq az da olsa dilimizi anlayır, gələcəkdə daha da təkmilləşdirəcəyik”.

Daniel Azərbaycanı daha öncə də tanıyırmış: “Həmin konfransda ilk dəfə idi Azərbaycana gəlirdim. Ölkənizi tanıyırdım. İngilislərin çox getmədiyi ölkələr marağımı cəlb etdiyi üçün Azərbaycanla maraqlanırdım. Tarixə, müharibələrə olan marağım da məni sizin ölkə haqqında araşdırmalara sövq etmişdi”.

Daniel ölkəmiz haqqında təəssüratlarını da bölüşdü: “Rayonlardan Qubaya getmişəm. Ən çox getmək istədiyim isə Şuşadır. Amma Bakını daha çox gəzmişəm. Fəvvarələr meydanını sevirəm. “Port Baku” çox xoşuma gəlir. Orada yaşamağı çox istərdim. Qayınanamgil doqquzuncu mikrorayonda yaşadığı üçün ora mənə çox doğmadır. Orada özümü evimdəki kimi hiss edirəm. Qonşular, marketdəki satıcılar hamısı məni tanıyırlar. Həmişə çox yaxşı davranırlar. Mən də bu isti münasibəti çox bəyənirəm. İnsanlarınız çox qonaqpərvərdirlər. Sanki sənə hər şeylərini verməyə hazırdırlar. Çox yardımsevərdirlər”.

Danielin ən bəyəndiyi bayramımız Novruzdur: “Paxlavanızı çox bəyənirəm. Südlü aşınızı xoşlayıram. Novruz bayramı bizim Pasxa bayramımıza çox bənzəyir. Hər ikisi yazın gəlişi ilə bağlıdır, hər ikisində də yumurta boyamaq kimi adət var. Amma çox istəyərəm ki, nə vaxtsa Novruz bayramında Azərbaycanda olum, adətlərinizi canlı yaşayım”.

İngilis kürəkən mətbəximizin əvəzolunmaz yeməklərini çox sevir: “Yeməklərinizdən plov və kələm dolmasını çox sevirəm. Yarpaq dolmasının yarpağını sevmədiyim üçün onu yemirəm. Kababınızı da bəyənirəm. Müxtəlif yerlərdə kabab yemişəm, amma heç biri sizinki kimi deyil”.

Günayın sözlərinə görə, yeməklərimizə aşiq olan sadəcə yoldaşı deyil: “Evimizdə hər zaman milli yeməklərimizdən plov, dolma bişirirəm. Övladlarım və Danielin ailəsi də yeməklərimizi çox sevirlər. Hətta qayınanam plov bişirməyi öyrənmək istəyir”.

Günay yoldaşının ailəsinin ona və ölkəmizə olan münasibətindən razıdır: “Bəzən deyirlər ingilislər soyuqqanlı millətdir. Amma Danielin ailəsinin belə olmadığını düşünürəm. Çox istiqanlı və gülərüzdürlər. Mənə qarşı çox diqqətcildirlər. Çox hörmət edirlər. Yeni nələrsə öyrənməyə çox açıqdırlar. Danielin ailəsini də Bakıda gəzdirmişəm. Düşbərə yeyiblər. Qayınanam o qədər bəyənmişdi ki, özü də bişirməyi öyrənmək istəyirdi. Danielin babası adət-ənənələrinə çox bağlıdır. Yalnız öz yeməklərini sevir. Ölkəmizə gəldikdə də ilk başda öz mətbəxlərini üstün tuturdu. Lakin yeməklərimizi daddıqdan sonra fikri tamamilə dəyişdi. Danielin babası ölkəmizi çox sevib. Hətta yenə gəlmək istəyir”.

Günayın fikrincə, ingilislərin bir qismi istiqanlı olsa da, bir qismi elə deyil: “Düşünürəm ki, Londonun özünəməxsus ab-havası var. Çox qeyri-adi şəhərdir. İngiltərədə ən sevdiyim gəzinti qəsrlərə getməkdir. Mənə görə dünyada ən mədəni xalq ingilislərdir. Sənə qarşı cüzi bir hərəkət etdikdə, adi yanından keçdikdə toxunsalar, dəfələrlə üzr istəyirlər. Qarşılarındakını tanımasalar da, çox hörmətlə yanaşırlar. Nəvazişlə, nəzakətlə danışırlar. Heç vaxt kimsə əcnəbidir deyə kənarlaşdırmazlar. Amma orada bəzi insanlar köklərinə çox bağlıdır. Düşünürlər ki, İngiltərə yalnız ingilislər üçündür. Özlərini daha çox sevirlər, üstün tuturlar. Bu tip soyuq insanlar əsasən yaşlı nəslin nümayəndələridir. Onlar da artıq çox azdır. Danielin babası və nənəsi də həmin insanlardandır. Amma məni hər kəsdən fərqli hesab edirlər. Məni ailələri olaraq görürlər”.

 












Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az