• Xəbər lentİ
Fləş

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

"TRT World Forum 2024" ətrafında düşüncələr - Orxan Vəliyev yazır  

15:42 03.12.2024 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Adətim üzrə Türkiyə səfərindən sonra "Füyuzat.az” saytı üçün səfərin dəyərləndirməsini yazıram. Son yazım oktyabr ayındakı səfərim və səfərin ana məsələsi olan tarixçi Dilqəm Əhmədin İstanbul Konsulluğunun dəstəyi ilə nəşr edilən "Son mənzili İstanbul olan Azərbaycanlılar” kitabı ətrafında idi. Bu yazılar ətrafında tədricən bir oxucu kütləsi formalaşmağa başladı. Ənənəyə sadiq qalaraq yeni yazını da havalimanında (bu dəfə Sabiha Gökçən Havalimanı) uçuş qapılarına tələsən insanların arasında yazdım. Yazmağın möcüzəsi də elə bundadır ki, sizi kütlənin hərəkətindən ayırıb düşünmək imkanı yaradır. Qısası, bu yazı 29–30 noyabr 2024-cü il tarixlərində iştirak etdiyim "TRT World Forum 2024” ətrafında şahidi olduqlarımdan, həmçinin Türkiyə təhlilindən ibarət olacaq.
 
Türkiyənin son illərdə qət etdiyi inkişaf mediadan da yan ötməyib. Belə ki, Türkiyə Radio Televiziya Qurumu (bundan sonra TRT) həm infrastrukunu günün şərtlərinə görə yeniləyib, həm də başda ingilis dili olmaqla dünyanın aparıcı dillərində fəaliyyət göstərən yeni kanallar təsis edib. İngilis dilində fəaliyyətə başlayan "TRT World” kanalı bu mənada Türkiyənin dünyadakı imici nöqteyi-nəzərindən həlledici rol oynayır.
 
Dünyada beynəlxalq müstəvidə nüfuz qazanmaq üçün ingillis dilli medianın gücü məlumdur. Belə ki, Almaniya, Rusiya, Fransa kimi ölkələr belə səslərini dünyaya çatdırmaq üçün ingilis dilində kanallar yaradıblar. "TRT World” kanalı əvvəlcədən planlaşdırılmış bir strategiya əsasında yarandığı üçün qısa müddətdə "TRT World” tədqiqat mərkəzi kimi alt qurumlar yaradıldı. Bu qurumlarda türklərlə yanaşı başda Türk dünyası olmaqla dünyanın müxtəlif yerlərindən mütəxəssislər fəaliyyət göstərir. Mərkəzdə nəşr edilən analizlər vasitəsilə aktual məsələlərə gecikmədən münasibət göstərilir. "TRT World” bünyəsində kitablar da nəşr edilir. Belə ki, Azərbaycanın Qarabağda tarixi zəfərindən sonra ingilis dilində "The Karabakh Gambit: Responsibility for the Future” kitabı məhz "TRT World” nəzdində nəşr edilmişdir. "TRT World”ün bir digər vacib uğuru isə "TRT World Forum”un təsisi olmuşdur. Belə ki, Türkiyə böyüyən hədəflərinə müvafiq olaraq dünyada layiq olduğu yeri tutmağa çalışır. Bu məqsədlə dünyaya Türkiyədən bərabər baxmaq üçün strateji platformalar təsis etmişdir. Tədricən qlobal bir markaya çevrilən Antalya Diplomatiya Forumu da bunlardan biridir. "TRT World Forum”un doqquzuncusu 29–30 noyabr 2024-cü il tarixlərində "Qırılma nöqtəsi” başlığı altında İstanbulda baş tutdu.
 
"TRT World” məni də "Mərkəzi Asiya” panelinə müzakirəçi (discussant) olaraq dəvət etmişdi. Türkiyə məzunu bir elm adamı olaraq foruma dəvət olunmaq son dərəcə əhəmiyyətli bir hadisə idi. Forum üçün yola düşərkən doktorantura təhsili aldığım Sakarya şəhərinə, Sakarya Universitetinə getməyi də nəzərdə tutdum. Məlum, bu il mənim Türkiyəyə səfərimin 10-cu ilidir. Sakarya Universitetində həm bəzi müəllimlərimlə, həm də bərabər təhsil aldığımız və bu bün Türk akademiyasının gənc, parlaq elm adamlarından olan dostlarımla görüşdüm.
 
Ardınca forum üçün İstanbula döndüm. Forum Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə öz işinə başladı. Forumun ikinci gününün açılışında isə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı dinlədik. Forumdan çıxdıqdan sonra Analitik Təhlil Mərkəzinin direktoru həmkarım Orxan Yolçuyevlə həm qısa söhbət etmək, həm də şəkil çəkdirmək üçün Hakan Fidanla təmas qurmağa çalışdıq. Lakin mühafizə xidməti və qələbəlikdən ilk təşəbbüsümüz uğursuz oldu. Sonda mən "cənab nazir, biz Azərbaycandan gəldik” deyəndən sonra özü bizə tərəf döndü və əlimizi sıxdı.
 
Beləliklə, Azərbaycana qarşı türk rəsmilərdə olan münasibəti şəxsən təcrübə etmək imkanımız oldu. Çəkdirdiyimiz şəkil isə xoş bir xatirə olaraq qaldı. Aydın məsələdir ki, Azərbaycan–Türkiyə münasibətləri liderlər tərəfindən imzalanan və hər iki ölkənin parlamentində ratifikasiya edilən "Şuşa Bəyənnaməsi” ilə institutlaşdırılmışdır.
 
Mənim də iştirak etdiyim Mərkəzi Asiya paneli ikinci günün sonuncu paneli olaraq təşkil edildi. Panel "TRT World”ün tanınan simalarından "TRT World” rəsmisinin moderatorluğunda başladı. Mərkəzi Asiya panelində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarlar, rəsmilərlə son dərəcə əhəmiyyətli müzakirə keçirdik. Təbii olaraq, Mərkəzi Asiya müzakirəsi, əsasən, Türk Dövlətləri Təşkilatı çərçivəsində cərəyan etdi. Hər nə qədər xüsusilə Özbəkistan rəsmisi TDT-ni rəsmi Daşkənd üçün alternativlərdən biri kimi dəyərləndirsə də, TDT varlığını hiss etdirməyə başlamışdır. Daha doğrusu, artıq Mərkəzi Asiyanı dəyərləndirərkən əlimizdə TDT kimi inkişaf edən bir alternativ var.
 
Bununla yanaşı paneldə çıxış edən türk və əcnəbi çıxışçıların nitqlərində xüsusilə Qarabağ konteksində Azərbaycana toxunulduğunu da qeyd etməliyəm. Bu bir daha Azərbaycan xalqının prezident İlham Əliyevin liderliyində necə əhəmiyyətli bir zəfər qazandığını göstərmiş oldu. Paneldə Türk Dövlətləri Təşkilatının rəsmisi prezident İlham Əliyevin "Bizim ailəmiz Türk Dünyasıdır” ifadəsinə istinad verdi. Mən də öz çıxışımda prezident Əliyevin andiçmə mərasimində işlətdiyi bu ifadənin siyasi iradəni əks etdirdiyini söylədim. Bununla bərabər, prezidentin Bişkek sammitində "təşkilatın büdcəsinin hədəfləri reallaşdırmaq üçün kifayət etmədiyini” vurğuladığını da qeyd edərək üzv dövlətlərin öhəliklərini yerinə yetirərək büdcəyə töhfə verməli olduqlarını bildirdim. Əks halda, sadəcə tarixdən danışılmağa davam ediləcək, halbuki gələcəyi inşa etmək lazımdır.
 
Beləliklə, iki gün ərzində elm adamları, siyasi rəhbərlərin iştirakı ilə "Geosiyasət, müharibə və təhlükəsizlik”, "Mərkəzi Asiya”, "Siyasət və diplomatiya”, "İqlim, dəyişikliyi və enerji”, "Türkiyə”, "Texnologiya”, "Media”, "Beynəlxalq hüquq”, "İqtisadiyyat” "Asiya”, "Rusiya–Ukrayna”, "Afrika”, "Avropa”, "Yaxın Şərq” və "Mərkəzi Asiya və Qafqaz” mövzularında panellər təşkil edildi. Forum "TRT World” komandasının yüksək peşəkarlığı ilə uğurla tamamlandı.
 
Orxan Vəliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
 





Etiket:

Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026
15 iyunda Bakıda konsert keçiriləcək

15 iyunda Bakıda konsert keçiriləcək

04.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az