• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Bu ölkədən Azərbaycana gələn turistlərin sayı rekord səviyyədə artıb  

09:35 07.11.2024 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 412 882 əcnəbi turist gəlib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% və ya 368 601 turist çox olub.
 
MilliYol.az Media Təhlil Mərkəzinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk 9 ayında ölkəmizə gələn turistlərin 59,5%-ni və ya 840 074 nəfərini kişi turistlər təşkil edib. 
 
Ötən ilin eyni dövründə isə bu göstərici 63,7%-ə bərabər olub.
 
 
Əlavə məlumat üçün bildirək ki, cari ilin ilk 9 ayında Azərbaycana gələn kişi turistlərin sayı 26,3% və ya 174 960 nəfər, qadın turistlərin sayı isə 51,1% və ya 193 641 nəfər artıb.
 
 
Rəsmi rəqəmlər göstərir ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbi şəxslərin böyük hissəsini Rusiya vətəndaşı olan turistlər təşkil edib. Ölkəmizə təşrif buyuran rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7% və ya 87 972 nəfər artaraq 475 834 nəfərə bərabər olub.
 
Azərbaycana gələn əcnəbi turistlər arasında ikinci sırada hindistanlı turistlər yer alıb. Onların sayı rekord səviyyədə, yəni 134,3% və ya 101 093 nəfər artaraq 176 355 nəfərə çatıb.
 
İlk üçlüyü 118 380 turist ilə Türkiyə vətəndaşları qapayır. Türkiyəli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8% və ya 21 984 nəfər artıb.
 
Qeyd: Hesabat dövründə Azərbaycana gələn xarici ölkə turistlərinin ilk onluğunu təşkil edən ölkələrə diqqət etsək, bu il ölkəmizə gələn turist sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə artdığını görərik.
 
 
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara görə, cari ilin yanvar-sentyabr aylarında ölkəmizə gələn xarici turistlər ortalama olaraq Azərbaycanda 5,56 gün keçiriblər.
 
Bu göstərici üzrə ilk pilləni digər ölkələr ilə böyük fərqlə Qətərdən gələn turistlər tutub. Qətərli turistlərin ölkəmizdə keçirdikləri ortalama gün sayı 9,17-ə bərabər olub. İkinci sırada 6,76 gün ilə Bəhreyn vətəndaşı olan turistlər qərarlaşıb.
 
Cari ilin ilk 9 ayında ölkəmizdə ən az gün keçirən turistlər Cənubi Koreyadan olanlardır. Bir Cənubi Koreyalı turist ölkəmizdə ortalama 3,64 gün keçirib.
 
 
Azərbaycana gələn əcnəbi turistlər arasında "işgüzar” məqsədlə gələnlərin 24,3%-ni və ya 37 578 nəfərini rusiyalı, 15,2%-ni və ya 23 420 nəfərini türkiyəli turistlər təşkil edib. Növbəti üç sırada ardıcıl olaraq Çin, Qazaxıstan və Pakistandan olan turistlər qərarlaşıb.
 
"İstirahət, əyləncə” məqsədilə Azərbaycana gələnlərin 28,5%-ni təşkil edən Rusiya vətəndaşları ilk sırada yer alıb və onların sayı 283 652 nəfərə bərabər olub. 168 151 nəfər və ya 16,9% pay sahibi olan hindistanlı turistlər ikinci yerdə qərarlaşıblar. Növbəti üç pilləni ardıcıl olaraq, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan vətəndaşları təşkil edib.
 
"Qohumlara, dostlara baş çəkmək” məqsədilə ölkəmizə gələnlər arasında da rusiyalı turistlər ilk sırada yer alıb. Bu kateqoriyaya daxil olanlar səfər edənlərin 60,9%-ni təşkil edib və onların sayı 128 382 nəfərə bərabər olub.
 
Bununla yanaşı, Rusiya vətəndaşları "müalicə” məqsədilə ölkəmizə səfər edənlərin sıralamasında da (12 500 nəfər) ilk yeri tutublar. Onlar qeyd olunan məqsədlə ölkəmizə gələn turistlərin 68,1%-ni təşkil ediblər.
 
Rusiya vətəndaşları "alış-veriş” məqsədilə ölkəmizə gələn turistlər arasında ilk pillədə yer almayıb. 924 nəfər ilə gürcüstanlı turistlər bu kateqoriya üzrə siyahıda birinci sırada qərarlaşıblar. Onların sayı "alış-veriş” məqsədilə ölkəmizə gələn turistlərin 24,4%-ni təşkil edib. Rusiyadan gələnlər isə 797 nəfərlə (21,1%) ikinci yeri tutub.
 
 
Cari ilin ilk 9 ayında ölkəmizə gələn turistlər ümumilikdə 2 596 000 700 manat pul xərcləyiblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7% və ya 826 914 500 manat çoxdur.
 
Bu xərclərin 32,01%-ni və ya 831 075 400 manatını Rusiya vətəndaşı olan turistlər xərcləyiblər.
 
İkinci sırada 390 971 200 manat xərc ilə hindistanlı turistlər yer alıb. Onların xərci ümumi xərcin 15,06%-ni təşkil edib.
 
Üçüncü sırada isə 192 132 800 manat xərc ilə qardaş ölkə Türkiyə vətəndaşları yer alıb. Onların xərci ümumi xərcin 7,4%-nə bərabər olub.
 
 
Cari ilin ilk 9 ayında ölkəmizə gələn əcnəbilərin vətəndaşlığına görə ortalama xərclərini müqayisə etsək, ən çox pul xərcləyən turistlərin Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, ən az pul xərcləyənlərin isə Gürcüstan vətəndaşları olduğunu görərik. BƏƏ vətəndaşları ölkəmizə səfəri zamanı ortalama olaraq adambaşına 2510 manat, Gürcüstan vətəndaşları isə 1163 manat pul xərcləyiblər.
 
Ümumilikdə isə ortalama olaraq ölkəmizə səfər edən hər turist 1837 manat pul xərcləyib.
 
Digər göstəricilər ilə aşağıdakı şəkildən tanış ola bilərsiniz.
 


Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az