2024-cü ildə Azərbaycanda yeni doğulan 1 uşağa Atatürk adı qoyulub.
MilliYol.az xəbər verir ki, Modern.az bu barədə Ədliyyə Nazirliyindən məlumat əldə edib.
Bildirilib ki, bu, son 10 ildə Azərbaycanda Atatürk adı verilən ilk körpədir.
Qeyd edilib ki, Azərbaycanda rəsmi qurumlar uzun müddət yeni doğulan körpələrə Atatürk adınının qoyulmasını yasaqlamışdı. Ümumiyyətlə, 2014-cü ildən bəri buna icazə yox idi. Bu qadağa qeyri-rəsmi tətbiq olunurdu.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bunu onunla əsaslandırmışdı ki, Türkiyə hökuməti illər öncə Azərbaycan tərəfinə müraciət edəndən sonra bu adın verilməsinə qadağa qoyulub.
Həmin müraciətdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tarixi şəxsiyyət olması səbəbindən ona hörmət əlaməti olaraq bu adın yeni doğulanlara verilməməsi xahiş olunmuşdu. Nazirliyin məlumatına əsasən, qeyri-rəsmi qadağanın artıq aradan qalxdığı görünür.
Digər xəbərlər
loading...