İraqın Kərbəla şəhərində vəfat edən azərbaycanlı zəvvar Mirzəağayev Rafiq Hacıağa oğlu zəvvarların bələdçisi olub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, 66 yaşlı R. Mirzəağayev bir müddət öncə infarkt keçiribmiş.
İraqda havaların isti keçməsi Rafiq Mirzəağayevin səhhətində problemlər yaranmasına səbəb olub. O, İraqda xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.
Rafiq Mirzəağayevin nəşi İraqda dəfn edilib.
Qeyd edək ki, Kərbəla şəhərində daha bir həmyerlimiz Göyçay rayon sakini, Kərbəlayi Elşən də qəfil vəfat edib. O da Kərbəla şəhərində dəfn olunub.
Fotolar
Digər xəbərlər
loading...