• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş (TƏFƏRRÜAT)  

15:50 08.05.2024 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə ələ keçməsi məlum olub.
 
"Qafqazinfo” xəbər verir ki, hamı tərəfindən öldüyü düşünülən şəxs kiçik oğlu üçün darıxdığından gizli şəkildə ona zəng edərək səsini dinləyirmiş.
 
İş adamı ifadəsində bildirib ki, Bakıda gizlincə kirayədə qalarkən başqa mobil nömrə alıb və ailəsi üçün darıxdığına görə kiçik oğluna bir neçə dəfə zəng edib. O, səsini çıxarmadan oğlunun telefonda dediyi sözləri dinləyib. Daha sonra Rafət Qəniyevin həyat yoldaşı bu vəziyyətdən şübhələnib.
 
Əslən Salyan rayonunun Sarvan kəndindən olan R.Qəniyev ifadəsində deyib: "2007-ci ildən MTK-da işləmişəm. Əvvəl fəhlə, sonra komendant, daha sonra isə MTK-nın sədri vəzifəsində çalışdım. Sədr vəzifəsində işlədiyim vaxt Rövşən adlı "makler”ə 5-ci mərtəbədə 87 kv.m sahəsi olan ev satdım. Sonra Rövşənə həmin evi dəyişib 12-ci mərtəbədən Elçin adlı şəxsə məxsus mənzili 60 000 manata müqavilə əsasında satdım. Həmin evi satandan sonra Rövşən mənə nə isə fırıldaq işlə məşğul olduğumu dedi, məni şantaj etməyə başladı. Nə yolla olursa-olsun ona həmin binadan ev verməyimi tələb edirdi.
 
Rövşən binanın "makler”i idi, təmirsiz evləri alıb təmir edərək baha qiymətə satırdı. Ona 190 000 manat pul vermişəm. Lakin borcum həddindən artıq böyüdüyü üçün ödəyə bilməyəcəyimi anlayıb özümü ölmüş kimi göstərmək qərarına gəldim. Sabirabad rayonuna gedərək yol kənarından heyvan sümüklərini yığıb maşının içinə qoyaraq yandırdım. Bir müddət ailəm də daxil olmaqla hər kəs məni ölmüş kimi qəbul etdi. Özümə yeni nömrə aldım, balaca oğluma arada zəng edib səsinə qulaq asırdım, lakin danışmırdım. Həyat yoldaşım həmin nömrəni araşdırması üçün polisə verib. Araşdırma zamanı nömrənin mənim adıma qeydiyyatlı çıxması şübhəli vəziyyət yaradıb və buna görə də barəmdə ölüm haqqında şəhadətnamə verməyiblər. Beləliklə də yalanım ortaya çıxıb”.
 
 
Şahid kimi ifadə vermiş Rafət Qəniyevin həyat yoldaşı isə onun "ölüm”ündən bir neçə ay sonra gecə saatlarında gizli şəkildə evə gəldiyini deyib: "Rafət işi barədə evdə çox danışmırdı. 24 noyabr 2021-ci il tarixdə Rafət Türkiyədə təhsil alan oğlumuzun hərbi xidmətə çağırılması ilə bağlı sənədlərini evdən götürüb Sabirabada getmişdi. Oradan qayıdanda hadisə baş verib, səhər tezdən saat 8-ə işləmiş mənə zəng edib Rafətin maşınının yandığını, lakin özünün içində olmadığını dedilər. Rafətin borcları barədə məlumatım yox idi. Rafət evdən çıxanda Sabirabada sənəd apardığını, sənədləri orada Anar adlı dostuna verəcəyini demişdi. Gecə gəlmədiyi üçün ona axırıncı dəfə zəng etdim. Maşının işıqlarında problem olduğu üçün gələ bilmədiyini dedi. Mən də Rafətə evakuator çağırıb onunla gəlməyini təklif etdim. Rafət isə mənə hirslənib gecə vaxtı evakuatoru tapa bilməyəcəyini, gözləyib səhər gələcəyini söylədi. Səhər isə hadisə barədə xəbər gəldi.
 
Xəbəri aldıqdan sonra Rafətin telefonlarına zəng etdim, bir nömrəsinə zəng çatmasa da, digər nömrəsinə zəng çatdı, lakin Rafət cavab vermədi. Bu xəbərdən sonra Salyan rayonuna getdim. Bakıdan Salyana gedənə kimi Rafətin öldüyünü mənə deməmişdilər. Yeznəm onun xəstəxanada vəziyyətinin ağır olduğunu demişdi. Salyan rayonuna çatıb evin qabağında yas mərasimini görəndə öldüyünü anladım. Həyətin qapısından içəri girəndə yas çadırı qurulduğunu görüb nə baş verdiyini soruşdum, həmin vaxt Rafətin öldüyünü dedilər. Onun ölməsi mənə inandırıcı gəlmədi, uşaqlarımızdan biri epilepsiya xəstəsi olduğundan, bu xəbərdən təsirlənməməsi üçün özümü sakit aparmağa çalışdım. Həmin gün dəfn mərasimi keçirildi, mənə qəbir yerini göstərdilər. Yas mərasimini keçirib qırxını verdikdən sonra Bakıya qayıtdıq. Yaşadığımız evdən çıxıb Biləcəriyə köçdüm. Həmin müddətdə Rafət bizi uzaqdan izləyirmiş, lakin yaxın gəlmirmiş. Aprelin 21-i yoldaşımın sağ olduğunu öyrəndik. Belə ki, gecə saat 21 radələrində qapı döyüldü, açanda Rafəti görüb şok keçirdim. Niyə bu qədər travma yaşatdığını soruşdum. O, məcbur qalıb bu yola əl atdığını, özünü ölmüş kimi göstərdiyi müddətdə kirayə ev tutub orada qaldığını bildirdi”.
 
Qeyd edək ki, sağ olduğu bilinəndən sonra Rafət Qəniyev barəsində cinayət işi açılıb. Onun işlədiyi "Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satması müəyyən edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsi bu ilin 24 aprelində R.Qəniyevə hökm oxuyub. O, Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci (Külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 8 il həbs cəzası verilib.
 


Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az