Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti “Fərat qalxanı” əməliyyatı çərçivəsində ötən sutka ərzində 51 İŞİD yaraqlısını öldürüb
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyə Hərbi Hava Qüvvələri Əl-Bab, Tadif, Kabbasin və Bzagah bölgələrində İŞİD-ə məxsus 85 hədəfə zərbə endirib. Yerüstü atəş vasitələri isə qruplaşmanın 244 hədəfini vurub. Nəticədə yaraqlıların sığınacaq kimi istifadə etdiyi 83 bina, 10 minalanmış avtomobil, 2 silah anbarı və 2 top məhv edilib. Hava zərbələri və toqquşmalarda İŞİD qruplaşmasının 51 yaraqlısı öldürülüb.
Xatırladaq ki, 2016-cı il avqustun 24-də başlayan “Fərat qalxanı” əməliyyatı Suriyanın şimalındakı əraziləri İŞİD qruplaşmasından təmizləmək məqsədi daşıyır.
MilliYol.Az
Digər xəbərlər
loading...