• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Səhiyyə

Apteklər işçi tapa bilmir: Gənclər niyə əczaçı olmaq istəmirlər?  

17:29 10.04.2024 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Yolu aptekə düşən insanlar çox zaman əczaçılardan şikayətlənirlər. Əsas şikayətlər adətən dərmanları tanımamaq, səhv dərmanlar vermək, həkimin yazdığı resepti düzgün oxumamaq və sairlə bağlıdır. Bəs, görəsən, mövcud problem nədən qaynaqlanır? Bu sahədə ümumi durum necədir? Bu problemlə bağlı Səhiyyə Nazirliyi tərəfindən monitorinqlər aparılırmı?

İxtisasca əczaçı, tibb eksperti İlqar Hüseynli də bu sahədə problemlərin olduğunu təsdiqləyir. Onun sözlərinə görə, hazırda əczaçılıq sahəsi tam olaraq özəl sektorun əlində cəmləşib: “Əczaçılıq obyektləri bu gün iki formada lisenziyalaşdırılır. Ölkə üzrə dərman təchizatını bilavasitə həyata keçirən iki böyük şirkət var ki, onların şəbəkələşmiş formada lisenziyası mövcuddur. Azərbaycandakı əksər apteklər də həmin şəbəkələrin tərkib hissəsi kimi fəaliyyət göstərirlər. Digər lisenziyalaşdırma forması isə sahibkarın birbaşa Səhiyyə Nazirliyinə müraciəti əsasında rəsmiləşdirilir. Əgər əvvəllər apteklərə lisenziya beş illik müddətinə verilirdisə, indi müddətsizdir. Dövlət rüsumu isə 1000 manatdır. Əslində dövlətin apteklərə nəzarəti mövcuddur. Amma problem ondadır ki, ölkədə ixtisaslı kadrların sayı azdır”.

Ekspert qeyd edib ki, ali məktəblərdə əczaçılıq ixtisası üzrə plan yerlərinin artırılmasına ehtiyac var: “Ölkədə apteklərin sayı durmadan artır. Amma apteklərdə xidməti həyata keçirmək üçün yetərincə əczaçı yoxdur. Çünki ixtisaslı kadr çatışmır. Tibbi profilli təhsil müəssisələrində əczaçılıq ixtisası üzrə plan yerlərinin sayı həddindən artıq azdır. Məsələn, mən Tibb Universitetində təhsil aldığım zamanlarda əczaçılıq fakültəsini rus bölməsi ilə birgə hər il 150 nəfər bitirirdi. İndi isə bu say cəmi 40-50 nəfərdir. Onların da əksəriyyəti əcnəbilərdir”.

İ.Hüseynli həmçinin vurğulayıb ki, əczaçıların peşəkarlıq səviyyəsinin artırılması üçün mütəmadi olaraq seminarların təşkil olunması vacibdir: “Bu gün əczaçılar beş ildən bir sertifikasiyadan keçirlər. Amma bu da formal xarakter daşıyır. Hesab edirəm ki, sertifikasiya prosesindənsə, əczaçılar üçün mütəmadi olaraq seminarlar təşkil olunmalıdır. Ölkəyə yeni idxal olunan dərmanlar, onların xüsusiyyətləri, tərkibləri barədə əczaçılar məlumatlandırılmalıdırlar. Bu onların peşəkarlıq səviyyəsinin artırılması baxımından daha faydalı ola bilər”.

Əczaçılar Klubu İctimai Birliyinin İdarə Heyətinin üzvü Qurbanəli Əliyev isə deyir ki, bu gün aptek sahibi olan sahibkarlar əczaçı çatışmazlığını müxtəlif yollarla aradan qaldırmağa çalışırlar: “Hazırda ölkədə kifayət qədər əczaçı yoxdur. Amma bu məsələ qanunvericilikdə başqa yollarla öz həllini tapır. Belə ki, apteklərdə peşəkar əczaçı ilə yanaşı, əczaçı köməkçiləri də olur. Qanunvericilikdə həmin şəxslərin tibbi təhsilinin olması tələb kimi qoyulmayıb. Bu şəxslər apteklərdə əsasən, gigiyena, kosmetik vasitələr kimi şöbələrdə fəaliyyət göstərirlər. Qanunvericiliyə görə, reseptlə, dərman vasitələri ilə işləyən şöbədə tibbi təhsili olan əczaçı çalışmalıdır”.

Mütəxəssis bildirir ki, hazırda Azərbaycanda mövcud olan 3 250 aptekin təxminən1 625-nə əczaçı tələb olunur: “Bütün apteklərdə ixtisaslı əczaçılar çalışır. Amma elə apteklər var ki, onların şöbələrinin sayı daha çoxdur. Belə apteklərdə ən azı 3-4 ixtisaslı əczaçının çalışmasına ehtiyac var. Bu, xidmət səviyyəsinin yüksəldilməsinə gətirib çıxaracaq. Əczaçı köməkçisi ilə bağlı isə heç bir problem yoxdur. Ölkədə kifayət qədər əczaçı köməkçisi mövcuddur”.

Q.Əliyev ölkədə peşəkar əczaçı çatışmazlığını gənclərin bu sahəyə marağının az olması ilə əlaqələndirir: “Düzdür, əczaçılıq ixtisası üzrə plan yerlərinin sayı həddindən artıq azdır. Biz bununla bağlı aidiyyəti qurumlara təkliflərimizi də vermişik. Hesab edirik ki, bu ixtisas üzrə kvota bir neçə dəfə artırılmalıdır. Amma bir məqamı da qeyd etməliyəm ki, gənclərimizin bu sahəyə marağı yoxdur. Onlar əczaçı peşəsini perspektivli görmürlər”.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Mərkəzdən sorğumuza cavab olaraq bildirdilər ki, apteklərdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir: “Səhiyyə Nazirliyinin 11.01.2018-ci il tarixli qərarına əsasən, dərman vasitələrinin buraxılışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Analitik Ekspertiza Mərkəzinin müfəttişləri tərəfindən aparılan yoxlamalar zamanı dərman vasitələrinin əhaliyə buraxılması, həmçinin aptekdə çalışan şəxslərin əczaçılıq təhsilinə malik olub-olmadıqları mütəmadi olaraq araşdırılır”.

Qurumdan həmçinin vurğulanıb ki, qanunvericiliyin tələblərini pozan şəxslər inzibati qaydada cəzalandırılırlar: “Aptekdə çalışan və dərman vasitələrinin buraxılışını həyata keçirən şəxs və ya şəxslər ali və ya orta əczaçılıq təhsilinə malik olmadığı halda İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 min manatadək məbləğdə cərimə olunur.

Əlavə olaraq onu da qeyd etmək istərdik ki, cari ildən etibarən ölkə ərazisində elektron resept sisteminə keçid başlanıb. Bu sistem də öz növbəsində yarana biləcək mənfi halların qarşısını alacaq.

Bundan başqa, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı Analitik Ekspertiza Mərkəzinə qaynar xətt (012-596-07-12) və pharma.az saytı vasitəsilə elektron formada müraciət edə bilərlər”. ("Kaspi" qəzeti)

 


Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az