• Xəbər lentİ
Fləş

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Malıbəyli və Quşçular qətliamı - Şahidlər danışır  

11:16 11.02.2024 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ermənilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri Malıbəyli və Quşçular faciəsidir. 1992-ci il fevralın 11-də Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, çoxlu sayda dinc azərbaycanlı qətlə yetirilib.

AZƏRTAC-ın bölgə müxbiri Malıbəyli və Quşçular kəndlərində olub, 32 il əvvəl baş verən hadisələri kənd sakinlərinin dilindən bir daha yada salıb.

Avtomobilimiz Ağdamın Qaraağacı qəbiristanlığının yanından keçib Xocalı rayonu ərazisinə daxil olur. Bizimlə birlikdə gedən Malıbəyli və Quşçular kəndlərinin sakinləri – Sahib Musayev, Zakir Quliyev və Allahverdi Balakişiyev çox həyəcanlıdırlar.

Çünki 32 ildir ayrı düşdükləri, ötən müddətdə hər gün xəyal etdikləri, yuxularında gəlib gəzdikləri doğma yurda qədəm qoyurdular. Onlar, eyni zamanda, kəndlərinin işğalını, ermənilərin törətdikləri vəhşilikləri xatırlayır, yolboyu həm xoş, həm də kədərli xatirələrdən bəhs edirlər.

Əsgəran qəsəbəsini, Xocalını keçirik. Avtomobilimiz Malıbəyli körpüsündən sola dönür. Kənd sakinləri avtomobilin pəncərəsindən doğma yerləri seyr edir, gördüklərini dilə gətirirlər: "Burada bulaq, onun yanında "Üçbulaq” restoranı vardı. Qabaqda qaz idarəsi, sağ tərəfdə alma bağı vardı. Buraya "Yarma” deyirdik. Baxın, bizim ev orda idi. Bura "hamam dərəsi” deyirdilər, armud, tut ağacları vardı. Kənd necə dəyişilib, sanki kəndin yuxarısındakı qayalar qabağa gəlib...”

Elə vəziyyət yaranmışdı ki, ölənlərin cəsədini basdırmaq belə mümkün deyildi

Malıbəyli kəndinin mərkəzinə çatırıq. Kənd sakini Allahverdi Balakişiyev illər keçməsinə baxmayaraq, həmin dəhşətli, çətin günlərin heç zaman unudulmayacağını deyir: "1988-ci ildə başlayan Qarabağ hadisələri 1992-ci ilin fevralında daha da şiddətləndi. Kəndimiz üç tərəfdən hər gün atəşə tutulurdu. Kəndin respublika ilə əlaqəsi tamamilə kəsilmişdi. Mühasirə şəraitində idik. Malıbəyli və Quşçular kəndlərinin əhalisi birləşib müdafiə olunmağa çalışırdı. Düşmən silah-sursat, canlı qüvvə baxımından qat-qat güclü idi. Ona görə layiqli müqavimət göstərməkdə çətinlik çəkirdik. Ərzağımız da tükənirdi. Yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyot Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən ermənilərin raket atəşi ilə partladıldı. Biz özümüzü müdafiə etmək üçün Azərbaycanın ovaxtkı rəhbərliyinə kömək üçün daim müraciət edirdik, amma heç bir faydası yox idi. Ermənilər biləndə ki, bizim sursatımız tükənir, təzyiqləri daha da gücləndirirdilər. Fevralın 8-9-da düşmənin hücumları daha da kəskinləşdi. Kənd sakinləri ilə qərara gəldik ki, Xocalıya gedək. Xocalı ilə əlaqə saxladıq. Bizim danışığımızı ermənilər də eşidirdi. Kənd sakinlərini pusquya salıb böyük qətliam törədə bilərdilər. Ona görə fevralın 10-da biz Xocalı istiqamətinə deyil, kəndin cənub-şərqindən Quşçulara getməli olduq. Əvvəlcə qocalar, uşaqlar, qız-gəlinləri gizli yollarla Quşçular kəndinə apardıq. Ermənilər həm Xankəndi tərəfdən, həm Dağdağan, həm də Çaqqala deyilən istiqamətlərdən güclü hücuma keçmişdilər. Elə bir vəziyyət yaranmışdı ki, ölənlərin cəsədini basdırmaq belə mümkün deyildi. Fevralın 10-da öldürülən Nazimin və Haqverdinin cəsədləri vurulduğu yerdə qaldı. İki nəfəri – Faiqlə Aydını isə Quşçularda dəfn etdik”.

Kənd sakinləri ilə birlikdə Nazim və Haqverdinin qətlə yetirildiyi yerə yollanırıq. Yolboyu yaşı yüzlərlə olan çinarın yandırıldığını, qədim hamamın dağıdıldığını görürük. Bu isə onu göstərir ki, ermənilər Malıbəyli və Quşçular kəndlərini işğal edən zaman yalnız dinc sakinlərə, evlərə, sosial obyektlərə deyil, tarixi abidələrə, təbiətə qarşı da vandalizm həyata keçiriblər.

Nəhayət, yüksəklikdə Azərbaycan bayraqlarının, ermənilər tərəfindən qətlə yetirilmiş kənd sakinləri Faiq və Aydının şəkilləri vurulmuş əraziyə çatırıq. Kənd sakini Zakir Quliyev deyir:

"Fevralın 10-da dayandığımız bu yerdə bizim iki şəhidimiz oldu. Onların cəsədləri burada qalmışdı. Götürməyə və ya dəfn etməyə imkan yox idi. Sonra necə oldu bilmədik. Kənd işğaldan azad olunduqdan sonra sakinlər həmin yerə şəhidlərin şəkillərini və bayraqları vurublar”.

O gün təbiət də sanki şəhidlərin, kəndin dəfn olunması üçün ağ kəfənə bürünmüşdü

Daha sonra 1992-ci il fevralın 10-da Malıbəyli sakinlərinin sağ qalmaq üçün qayalıq, dərə-təpə, kol-koslu gizli yollarla Quşçular istiqamətində getdikləri və şəhid olan kənd sakinlərinin dəfn edildiyi ərazidə olduq. Quşçular kənd sakini Sahib Musayev deyir ki, həmin şaxtalı gecədə bu ərazilərdə 30-40 santimetr qar var idi. O cür hava şəraitində, çətin relyeflə kənd sakinlərinin, xüsusən də yaşlıların, uşaqların, qadınların getməsi olduqca çətin idi.

"Ermənilər növbəli döyüş aparırdılar. Canlı qüvvə baxımdan sayları qat-qat çox idi. Onların məqsədi Malıbəyli və Quşçular kəndləri arasında olan "səngər” və "Teymurun yalı” deyilən yerləri ələ keçirib iki kəndi bir-birindən təcrid eləmək və qətliam törətmək idi. Biz düşmənin niyyətini dərk edir, həmin ərazini müdafiə edirdik. Düşmən bir neçə istiqamətdən hücuma keçir, Harov kəndi tərəfdən ağır texnikadan kəndi intensiv atəşə tuturdu. Belə bir vəziyyətdə fevralın 10-da gecə Malıbəyli camaatı Quşçulara çıxmağa başladı. Malıbəyli camaatı qarlı gecədə daşlı-qayalı, dərəli-təpəli gizli yollarla çox çətinliklərlə Quşçulara gəldilər. Artıq fevralın 11-də Malıbəylidə döyüşənlərdən başqa heç kim qalmamışdı. Səhər saat 8-də biz malıbəylilərə köməyə qalxdıq. Bir müddət döyüşdükdən sonra kəndin müdafiəçiləri mənə dedilər ki, artıq qüvvəmiz tükənir, camaatı çıxarmaq lazımdır. Gəldim kəndə, qərara gəldik ki, çətin, amma sağ-salamat gedilməsi mümkün olan istiqamətdə hərəkət etməliyik. Biz atəş altında dağ-dərə, qarlı yollarla Ağdamın Abdal-Gülablı kəndləri istiqamətinə getdik. Fevralın 11-də axşam Abdal-Gülablıya çatdıq. Biz kəndimizi tərk edəndə üç nəfər qoca sakin - Zeynalova Nübar, Əhmədov Mövsüm və Zeynalova Səriyə kənddə qaldı. Nübar nənənin oğlu Niyaz kişi əsir götürülmüşdü. Onun dediklərinə görə, bu üç qocanı ermənilər yandıraraq öldürüblər. Təkcə öldürülən kənd sakinlərimiz şəhid deyil. Bizim kəndimiz də şəhiddir. O gün təbiət də sanki şəhidlərin, kəndin dəfn olunması üçün ağ kəfənə bürünmüşdü. Bu gün isə bir kəndimizə gələrkən havanın günəşli olduğunu görürük. Bu günə şükürlər olsun ki, 32 ildən sonra biz öz yurdumuza ayaq basırıq, qəbiristanlığımızı ziyarət edirik”.

Malıbəyli sakinləri əzab-əziyyətlə tərk etdikləri doğma yurdlarına toy-büsatla geri dönəcəklər

Fevral ayı olmasına baxmayaraq doğma diyarımızın işğaldan azad edilmiş bu dilbər guşəsində bahar nəfəsi hiss olunur. Baş qaldıran dağ çiçəkləri şəhid qanı ilə suvarılmış Vətən torpağını bəzəməyə çalışır. Tezliklə Qarabağımızın bütün guşələri kimi Malıbəyli və Quşçular kəndləri də yaz libasına bürünəcək.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Malıbəyli kəndində də bərpa-quruculuq işlərinə başlanılıb. Çox keçməyəcək kənd sakinləri 32 il əvvəl əzab-əziyyətlə tərk etdikləri doğma yurdlarına toy-büsatla geri dönəcəklər.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bu ərazilər separatçılardan təmizlənib. 2023-cü ilin dekabrın 5-də Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib.


Etiket:

Digər xəbərlər

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

05.06.2026
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

05.06.2026
Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

05.06.2026
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
“Psixologiya tarixi

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

05.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az