Tanzaniyanın daxili işlər naziri Çarles Kitvanqa işdən çıxarılıb. MilliYol.Az xəbər verir ki, buna səbəb onun parlametin iclasına sərxoş gəlməsi olub.
Bu səbəbdən ölkə prezidenti Con Manafuli onun işdən azad olması barədə sərəncam imzalayıb. Bununla bağlı yazılı açıqlama yayan prezident Çarles Kitvanqanın parlamentin iclasına sərxoş vəziyyətdə gəldiyni bildirib. Con Manafuli hətta millət vəkillərindən birinin sualına cavab verərkən sərxoş olmasının açıq-aşkar hiss olunduğunu qeyd edib.
Məsələ ilə bağlı açıqlama verən Tanzaniyanın baş naziri Kassim Mayaliva isə "Nazirlər və digər dövlət işçiləri daim namuslu və dürüst olmalıdır".
Qeyd edək ki, Tanzaniya müxalifəti həftələrdir vəzifə səlahiyyətlərindən süi-istifadə etməkdə suçladığı Çarles Kitvanqanın istefasını tələb edirdi.
MilliYol.Az
Digər xəbərlər
loading...