• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Gələn ildən TDQB-yə Azərbaycan rəhbərlik edəcək

16:44 22.11.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Vüqar Oruc: “Türk Dövlətləri Qiymətləndiricilər Birliyi beynəlxalq təşkilat kimi qeydiyyatdan keçəcək”

Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətləri üzv, Rusiya, Rumıniya, Makedoniya və Belarus qiymətləndiriciləri isə qonaq qismində iştirak ediblər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) vitse-prezidenti Vüqar Oruc mühüm qərarların qəbul olunduğu toplantının yekunları ilə bağlı təəssüratlarını bizimlə bölüşüb.

- Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) növbəti toplantısı baş tutdu. TDQB Ankara toplantısından hansı qərarlarla ayrıldı?

- Noyabrın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin İdarə Heyətinin növbəti toplantısında mühüm qərarlar qəbul edildi. Birliyin prezidenti Askar Omerbekov ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Türkmənistan İqtisadçılar Birliyinin Qiymətləndiricilər Komitəsi assosiativ qaydada quruma üzv oldu və bununla da bütün türk dövlətləri birlikdə təmsil olundular. Hansı ki, buna qədər Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətlərinin qiymətləndirmə birlikləri TDQB-nin kollektiv üzvü idi. Türkmənistanın üzvlüyü ilə siyahı tamamlandı. Gələcəkdə digər dövlətlərin müşahidəçi qismində birlikdə təmsil olunması istisna edilmir. Qeyd edim ki, Ankara toplantısının ikinci hissəsində - Qiymətləndiricilərin 2-ci Beynəlxalq Forumunda birliyə üzv olan dövlətlərlə yanaşı, Rusiya, Rumıniya, Makedoniya və Belarus qiymətləndiriciləri də iştirak edirdi.

İstanbul şəhərinin Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin mərkəzi şəhəri elan edilməsi, mərkəzi ofisin Avropa və Asiyanın kəsişdiyi bu tarixi şəhərdə yerləşməsi və birliyin beynəlxalq təşkilat kimi qeydiyyatdan keçməsinin Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinə həvalə olunması barədə müvafiq qərarlar qəbul edildi. Toplantıdan sonra keçirilən panel müzakirələrində isə Türkiyə rəsmiləri spiker qismində çıxış etdilər. Açıq şəkildə bəyan olundu ki, türk dövlətləri arasında iqtisadi münasibətlərin inkişafı, ekosistemin ayrılmaz tərkib hissəsi olan qiymətləndimə sahəsində bərabər fəaliyyətin təşkili, qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi baxımından Türk Dövlətləri Qiymətləndiricilər Birliyindən gözləntilər böyükdür. Qısa müddət ərzində yaranmasına baxmayaraq, TDQB-yə olan maraq birliyin qarşıda böyük işlər görəcəyinə ciddi ümidlər yaradır.

- TDQB-nin fəaliyyət strategiyası ilə bağlı razılaşma əldə olundu. Gələcək planlarınız nədən ibarətdir?

- Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidenti, Qazaxıstan Qiymətləndiricilər Palatasının sədri Askar Omerbekovun, vitse-prezident olaraq mənim, icraçı katib Marat Baytokovun hesabat məruzələri dinlənildi. Quruma üzv olan dövlətlərin təkliflərinin nəzərə alındığı “2024-2025-ci illər üçün fəaliyyət planı” təsdiq edildi. Aprelin 28-də Bakıda keçirilən “Zirvə Görüşü”nün birliyin təsis olunmasında xüsusi rolunun qeyd olunduğu sənəddə fəxri üzvlərin qəbulu ilə bağlı prosedurların hazırlanması və təlim-tədris prosesi ilə bağlı metodoloji fəaliyyətin təşkili ilə bağlı məqamlar öz əksini tapıb. Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova təlim-tədris prosesini həyata keçirəcək İşçi Qrupunun rəhbəri təyin olundu.

Eyni zamanda birliyin müvafiq strukturları yaradıldı. İntizam, Metodologiya və Beynəlxalq əlaqələr komitələrinin və Arbitraj məhkəməsinin formalaşdırılması barədə müvafiq qərarlar qəbul edildi. Birliyin beynəlxalq sertifikatlaşdırma prosesini həyata keçirməsi üçün hazırlıqlara başlaması qərara alındı. Daha bir qərar isə türk dövlətlərindən olan təşkilatların gələcəkdə birliyə qəbulu zamanı təsisçilərin rəyi nəzərə alınması barədə idi. Xatırladım ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC), Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyi, Qazaxıstan Qiymətləndiricilər Palatası, Özbəkistan Qiymətləndiricilər Cəmiyyəti, Qırğızıstan Qiymətləndiricilər İttifaqı birliyin təsisçiləri, Türkmənistan İqtisadçılar Birliyinin Qiymətləndiricilər Komitəsi və Şimali Kipr Türk Cümhuriyyəti Qiymətləndirmə Mütəxəssisləri Birliyi isə assosiativ üzvləridir. Səsvermə hüququnun yalnız təsisçi təşkilatlara və iki assosiativ üzvə məxsus olması da TDQB-nin İdarə Heyəti tərəfindən razılaşdırılıb.

- Gələn ilin iyununda TDQB-nin Bakıda növbəti “Zirvə Görüşü” və 3-cü Beynəlxalq Forum keçiriləcək. Birliyin Bakı toplantısında hansı yeniliklər gözlənilir?

- Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Ankara toplantısında 31 may-2 iyun 2024-cü il tarixlərində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) ev sahibliyi ilə növbəti “Zirvə Görüşü”nın və Qiymətləndiricilərin 3-cü Beynəlxalq Forumunun Azərbaycanda keçirilməsi qərara alınıb. “Zirvə Görüşü”nün paytaxt Bakıda, yaxud regionlardan birində keçirilməsi tərəfimizdən müzakirə olunur. Bununla əlaqədar aidiyyatı dövlət qurumları, habelə İqtisadiyyat Nazirliyi ilə danışıqlar aparılır. Yekun qərar müzakirələrin nəticəsindən asılı olaraq veriləcək. Qeyd edim ki, ötən ilin aprelində TDQB-nin ilk “Zirvə Görüşü” Bakıda keçirilib və bundan təxminən bir ay sonra Qazaxıstanın Türküstan şəhərində birlik təsis olunub. Təsis yığıncağında TDQB-nin nizamnaməsi qəbul edilib. Nizamnamədə gələn il prezidentlik səlahiyyətlərinin Azərbaycana dövr edilməsi qərara alınıb. Hazırda prezidentlik səlahiyyətləri Qazaxıstana, vitse-prezidentlik səlahiyyətləri isə Azərbaycana məxsusdur. Ardıcıllıq üzrə dördüncü hesab olunan “Zirvə Görüşü”ndə müzakirə olunacaq məsələlər ətrafında ciddi müzakirələr aparılır. Şübhəsiz ki, müzakirələr başa çatdıqdan sonra bu barədə ictimaiyyətə geniş məlumat veriləcək. Qısaca olaraq onu deyə bilərəm ki, Bakıda keçiriləcək “Zirvə Görüşü”ndə ciddi yeniliklər gözlənilir.

- Azərbaycanda Qiymətləndiricilər Palatası təsis olunacaq. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Palatanın fəaliyyətində hansı formada iştirakı nəzərdə tutur?

- Ötən ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbəti hesabat seçki yığıncağında, hansı ki, o dövrdən cəmiyyətə rəhbərlik edirəm, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun yenilənməsi və Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunması barədə AQC-nin adından Azərbaycan hökumətinə çağırış xarakterlli müraciət qəbul olunub. O zaman da belə hesab edirdik, indi də o qənaətdəyik ki, 1998-ci ildə qəbul olunan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun müasir dövrün çağırışlarına cavab vermir və yenilənməlidir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində qanunla bağlı müzakirələrdə qanunun müəllifi İqtisadiyyat Nazirliyinin yüksək rütbəli məmurları ilə yanaşı, AQC rəhbərliyi olaraq biz də iştirak etmişik. Eyni zamanda AQC Direktorlar Şurasında qanun layihəsi və Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunması ətrafında dinləmələr keçirilib. Qanun layihəsi artıq Milli Məclisin ikinci oxunuşundan keçib. Hesab edirik ki, qanunda mütərəqqi məqamlarla yanaşı, müəyyən boşluqlar da var və əminik ki, üçüncü oxunuşda təkliflərimiz nəzərə alınacaq. AQC olaraq bu prosesdən yaxından iştirak edirik və Cəmiyyətimiz Palatanın yaranmasında, eləcə də paralel olaraq ölkəmizdə qiymətləndirmə sektorunun tərəqqisi işində bundan sonra da yaxından iştirak edəcək.

- Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə də məlumat verərdiniz...

- Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar, biznes subyektləri, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları, kütləvi informasiya vasitələri ilə sıx təmaslarını həyata keçirməklə yanaşı, peşəkar qiymətləndiricilərin yetişdirilməsi, qiymətləndiricilərin peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində səylərini davam etdirir. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə növbəti kursumuzu və sertifikasiya imtahanını başa vurduq. Həm təlim, həm də imtahan prosesi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təcrübəli alimləri və peşəkar qiymətləndirmə mütəxəssisləri tərəfindən icra edildi. Kursda ilkin addımlarını atan qiymətləndiricilər, qiymətləndirmə şirkətinin əməkdaşları və dövlət qurumlarının qiymətləndirmə sahəsi üzrə çalışan mütəxəssisləri iştirak etdilər.

Məlumdur ki, qiymətləndirmə və audit sahəsi yaxın sahələrdir və hər ikisi ekosistemin ayrılmaz tərkib hissəsidir. Yaxın günlərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Azərbaycan Auditorlar Palatası ilə Qarşılıqlı Anlaşma Memorandumu imzalayacaq. Razılaşma müqaviləsində birgə fəaliyyətin təşkili, qarşıqlıqlı etimadın gücləndirilməsi, təcrübə və fəaliyyət mübadiləsi, vahid məlumat bazasının işlənib hazırlanması və digər mühüm məqamlar öz əksini tapıb. Digər qurumlarla da yaxın zamanda analoji müqavilələrin imzalanması gözlənilir. Eyni zamanda dekabr ayında yenidən Ankaraya səfərim olacaq. Səfər çərçivəsində Türkiyənin nüfuzlu Ankara Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında dördtərəfli Anlaşma Memorandumu imzalanacaq. Razılaşmanın mahiyyəti Azərbaycanda qiymətləndirmə, audit və daşınmaz əmlak mütəxəssislərinin yetişdirilməsi üçün pilot layihənin gerçəkləşdirilməsini, Bakıda sözügedən ali təhsil müəssisələrində fakultələrin təşkilini ehtiva edir. Bu fakultələrin məzunları həm Azərbaycan, həm də Türkiyə ali təhsil müəssisələrinin diplomlarını əldə edəcək, təcrübə işlərini London şəhərində icra edəcəklər. Pilot layihədən təkcə iki qardaş ölkə deyil, digər türk dövlətləri, həmçinin regionun qonşu dövlətləri yararlanacaq. Bundan başqa yerli qiymətləndirmə standartlarının və türk dövlətlərinin ortaq qiymətləndirmə standartlarının hazırlanmasını da planlaşdırırıq.

 

Fotolar


Etiket:

Digər xəbərlər

Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
15 iyunda Bakıda konsert keçiriləcək

15 iyunda Bakıda konsert keçiriləcək

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az