• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:31 10.01.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Azərbaycanlıların qrup şəkilində “O səs Türkiyə”dən uzaqlaşdırılması ilə bağlı müzakirələr səngimək bilmir.

İkinci mərhələsinə isə buraxılmayan Gülşən İbadova ilə əlaqə saxlayıb onun fikirlərini öyrənib. Elmira Quliyevanın son tələbəsi olan Gülşən İbadova bildirib ki, yarışmada azərbaycanlılara qarşı açıq-aşkar oyun qurulub.

- Gülşən xanım, sizin ikinci tura keçə bilməməyinizi nə ilə əlaqəndirdilər? Arqument kimi nə göstərdilər?
- Arqument göstərə bilmirdilər, sadəcə hamıya şablon sözlər istifadə edirdilər. Guya ilk performansımız uğursuz olub, zəif oxumuşuq. Amma belə bir şey olmamışdı. Hətta mənim mikrofonuma müdaxilə olunmuşdu, üstəlik ritmlər də qaçırdı. Yəni, 2 dəqiqə oxumalı olduğum mahnı 32 saniyə çəkdi. Gözümü yumub-açdım və bir də gördüm ki, mahnı bitdi.

- “Gizli və ya qapalı ələmə” dedikləri ikinci mərhələ necə aparılırdı?
- Gizli ələmə qapalı yerdə keçirilir, o kadrların efirə verilib-verilməyəcəyini də dəqiq bilmirəm. Yəqin ki, kiçik fraqment kimi göstəriləcək. Hakan və Göhkan qardaşlarının qrupunda ümumilikdə 89 nəfərə yaxın adam var idi, bizi altı-altı qruplara böldülər. 4 nəfər azərbaycanlılar eyni qrupa düşdü, sadəcə 2 türk var idi. Bizim qrupdan ancaq 2 nəfər türkü seçdilər. Özü də biz ən güclü səslər sayılırdıq, hər birimizin çıxışı Türkiyədə, o cümlədən Azərbaycanda ajiotaj yaratmışdı. Onda biz anladıq ki, burada nə isə düz deyil. Bizə tələ qurulmuşdu.

Məndən yarışmada oxuduğum 3 mahnıdan Azərbaycanda hansının daha çox sevildiyini də soruşdular. “Sarı gəlin". Çünki bu mahnı Azərbaycan xalq musiqinin tacıdır!”, – deyə cavab verdim. İnşallah bu sözlərimi kəsməzlər.

- Bildiyimə görə, “qapalı ələmə” dünyanın heç bir “The Voice” (O səs) müsabiqələrində yoxdur.
- Bəli, bunu Acun özündən çıxarıb. Öz mənfəəti, pul və reytinq naminə Acun özündən gündə bir qayda çıxarır. Başa düşdüm ki, onları istedaddan çox reytinq maraqlandırır. Bizim psixoloji sarsıntı keçirməyimiz onların vecinə də deyil. Artıq pullarını yığıblar, varlanmış insanlardır, onları nə mənəvi cəhətdən əziyyət çəkməyimiz, nə qardaşlıq münasibətləri maraqlandırır. Bizə bunu göstərdilər.

- Yeri gəlmişkən, niyə bizim mahnıların çoxu anonim yazılır?
- Onlarda müəllifi olmayan mahnıların çoxu anonim yazılır. Guya qayda belədir. Halbuki titrlərdə Azərbaycan xalq mahnısı anonim yazıla bilərdi. Xüsusi vurğulamaq lazımdır ki, yanız xalq mahnıları deyil, özlərinin tanıdığı bizim bəstəkar mahnılarımız da bir çox hallarda anonim yazılır.

- Növbəti mərhələyə keçənləri kim müəyyənləşdirirdi? Münfislər?
- Mənə belə gəlir ki, bu məsələdə nə Hakan, nə də Göhkanın rolu var. Onlar sadəcə üzdə olan simadır, arxda tamam fərqli adamlar dayanır.

- Heç bir etirazınızı bilmədiniz? Axı birinci mərhələdə münsiflər sizin çıxışınızı ağzı açıq şəkildə izləmişdi.
- Əlbəttə ki, sözümüzü dedik. Bütün güclü səsləri bir yerə salmışdılar. Ona görə də bizdə qüsur kimi heç nə tapa bilmirdilər. Onlara qonaq olduğumuz üçün bizimlə belə rəftar etdiklərini söylədik. Bütün azərbaycanlılar eyni qrupa salınmasının da ədalətli olmadığını özlərinə açıq şəkildə etiraf etdik. Yuxarıda dediyim kimi, müşayiətə müdaxilə olunmuşdu. Belə çıxır ki, mən texnikanın qurbanı oldum. Bu boyda Acun medianın texnikası bu imiş? İkinci dəfə oxumağa qoymadılar. Ümumiyyətlə, bizi qarşılama və yola salma da çox soyuq idi. Hər şey əvvəlcədən planlaşdırılmışdı. Ancaq seçəcəkləri türk vətəndaşları üçün çox yaxşı şərait yaratdımışlar, musiqiçilərin müşayiəti çox rahat idi.

Onu da qeyd edim ki, “ələmələrdən” bir ay əvvəlcədən biz psixoloji sarsıntı keçirirdik. Çünki “Acun media” tərəfindən "youtube" kanalında bizim çox baxış sayı olan videolarımızı silinmişdi. Videoları silinənlər də yarışmadan çıxarıldı. Mənim 2 həftə ərzində baxış sayı 500 000-i keçən çıxışlarım silinmişdi. Eləcə də İlham və Zülfünün videoları silinib. Bunun üçün çox məyus olmuşduq, amma nə edə bilərdik.

- İkinci mərhələnin seçimlərində Gökhan və Hakanı görə bildiniz? Kənarlaşdırılmanıza onlar necə reaksiya verdi və münsiflərlə sağollaşdınız?
- Bütün münsif heyəti özləri, bir də səs rəhbərləri hamımızın ifalarını dinlədi, sadəcə tamaşaçılar olmur. Gökhan mənlə danışanda utanırdı, haqsızlıq olduğunu özü bilirdi. Bəlkə də bu haqsızlığı düzəltmək onun iqtidarında olan bir şey deyil, amma hiss etdim. Sağollaşmadıq, sözümüzü deyib səhnədən çıxdıq. Texniki səbəblərə görə “Hakan bəy, siz özünüz də musiqiçisiniz və mikrofonumda texniki problem olduğunu özünüz də hiss etdiniz”, – deyə bildirdim. Hakan bəy mənə yenidən oxumaq üçün şans verdi və heyətdən ikinci dəfə oxumağım üçün icazə istədi. Amma oradan “Yox” cavabı gəldi. Bilinirdi ki, bütün cəhdlər bizi kənarlaşdırmaq üçün edilib və bu qərar yuxarıdan verilib.

- Bütün baş verənlərdən sonra özünüzü necə hiss edirsiniz?
- Böyük haqsızlığa uğramışam, stress keçirdim. Zəif səsim olsaydı, mənə bu qədər təsir etməzdi. Mən axı opera ifaçısıyam. "Youtube"da canlı ifalarım var, hər şey göz qabağındadır. Verilişdə göstərdiyim performans, onların qrupuna düşmək üçün münfislərin mənə yalvarışları, məni gözəl qarşılama, sən demə, hamısı aktyorluq idi.

- Belə çıxır ki, onların əsas məqsədi azərbaycanlı ifaçıların sayəsində reytinq toplamaqdır?
- Bəli. Bizim səsimizdən reytinq topladılar, sonra da ədalətsiz şəkildə yola saldılar. Lakin bütün bunların fonunda Azərbaycan və Türkiyə qardaşlığını bununla ölçmək lazım deyil. Hər halda bir-iki nəfərin iki qardaş ölkənin münasibətlərinə kölgə salması istəməzdim. Sadəcə üzləşdiyim münasibəti danışıram.

- Müsabiqəyə qatıldığınız üçün peşmansınız?
- Yox, bu yarış mənim üçün sürpriz oldu. Türkiyəli həmkarım və ən yaxın dostum Mahmut Akın məni qeydiyyatdan keçirmişdi. Qeydiyyatdan cəmi 2 gün sonra çağırdılar. Xəbəri eşidəndə özüm də şok oldum. Təəssüf ki, sonda məlum oldu ki, onların bizi çağırmaqlarının əsas məqsədi ən gözəl səsdən şou yaratmaq imiş.

- Yarışmada başqa ölkələrin vətəndaşları da var, bəs onlara qarşı münasibət necə idi?
- Xarici vətəndaşlarla ünsiyyət saxlamağa vaxtım olmadığı üçün buna cavab verə bilmərəm. Amma azərbaycanlılara qarşı münasibət müsbət deyildi.

- Hadisə, Murad Boz və Sibel Canın qrupunda olan azərbaycanlı iştirakçılarla necə rəftar ediblər?
- Nofəl Aslanov Hadisənin qrupunda idi. O da çox güclü səsə malik opera ifaçısıdır. Təəssüf ki, ikinci mərhələyə keçə bilməyib.

- İştirakçılara mətbuat nümayəndələrinə açıqlama və müsahibə vermək qadağan edilib?
- Bizi məhkəmə ilə qorxdurdular. Guya biz müqavilə imzaladığımız üçün heç kimə müsahibə verə bilmərik. Bu vaxta qədər məndən nə qədər jurnalist müsahibə almaq istəyib. Onların qoyduğu qadağaya görə, məcburən imtina etmişəm. Ona görə də Nofəl indi açıqlama verməkdən çəkinir. Çünki onu da 100 faiz bizim kimi qorxudublar. İndi isə biz heç nədən çəkinmirik, haqqımızı tələb edirik. Zəif performans göstərsəydik, “O Səs Türkiyə”nin bu cür reaksiyasını başa düşərdik. Ədalət naminə demək lazımdır ki, biz möhtəşəm çıxış etdik. Əks halda münsiflərin 4-ü də bizə dönməzdi və onların qruplarına düşmək üçün xahiş etməzdilər.

- Ən maraqlısı odur ki, yarışmada türklərin özləri azərbaycanlı ifaçılara daha çox maraq göstərirlər.
- Türk xalqına heç bir söz deyə bilmərəm, yarışmaya məni göndərən Mahmut Akin özü türk vətəndaşıdır. O da opera ifaçısıdır, Bakıda magistraturada oxuyur. Amma elələri də var ki, pul naminə Azərbaycanla Türkiyə arasında belə söz-söhbətlərin yaranmasına səbəb olur.

- Növbəti illərdə yarışmaya qatılmaq istəyən həmyerlilərimizə nə demək istərdiniz?
- Bundan sonra güclü səsi olan azərbaycanlıların ora getməsini heç istəməzdim. Çünki ora teatrdır, səsimizdən şou yaradırlar. Axı biz onlar üçün nəyik? Onlar üçün möhtəşəm çıxış et, şou yarat, sonda da arxa qapıdan çıx.

- “Sarı gəlin”ni oxuyan Mehman Tağıyev yarışmada iştirakını davam etdirir?
- Bizə qarşı olan münasibətdən sonra özləri də başa düşdü ki, səhv etdilər. Bildiyimə görə, söz-söhbət olmaması və qalmaqalın böyüməməsi üçün Mehmanı saxlamağa qərar veriblər. Günahın yarısı da bizdədir, çünki həddən artıq qonaqpərvərik. Bizə olunmayan hörmətin 10 qatını göstəririk. Bu, bizim qanımızda var. İstedadlı xalqıq, amma özümüzə qarşı çox laqeydik. Yarışmaya qatılmazdan əvvəl məni heç kim tanımırdı, Azərbaycanda mənə dəyər verən yox idi. O yarışmaya gedəndən sonra bizim insanlar Zülfü Əsədovun, İlham Nəzərovun, Gülşən İbadovanın kimliyi ilə maraqlanmağa başladı. Pul və tapşırıq söhbəti bizdə də var. Niyə biz özümüzdə keçirilən “O Səs Azərbaycan” yarışmasına gedə bilmirik? Çünki biz əla bilirik ki, hər şey maliyyəyə, tapşırığa və pula bağlıdır.

Bilirəm ki, azərbaycanlı gənclər “O Səs Türkiyədə” iştirak etmək üçün yenə can atacaqlar. Nə olsun ki, güclü səsim var, Azərbaycandakı bizə qiymət vermirlər. Yəni, azərbaycanlı istedadlar haradansa ümid yeri axtarmaq üçün yenə o müsabiqələrə üz tutacaqlar.

- Sizcə, “O Səs Türkiyə”dən Azərbaycanda yazılanlara hər hansı cavab gələcək? Münsiflər və ya Acun İlicalı “qapalı ələməyə” aydınlıq gətirəcək?
- Yox! Açıqlama versələr də, bizim əleyhimizə olacaq.(Publika.az)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az