• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Gələn il Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin qurultayı keçiriləcək (FOTOLAR)

12:15 12.06.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Vüqar Oruc: “Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan tamhüquqlu, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti isə assosiativ qaydada təmsil olunur”

İyunun 1-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın daimi, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin assosiativ əsaslarla üzv olduğu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis toplantısında qurumun rəhbər heyəti formalaşdırılıb. Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc isə vitse-prezidenti seçilib. 2024-cü ilin iyun ayında Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin ikinci qurultayının Bakıda keçirilməsi, Birliyin prezidenti səlahiyyətlərinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca dövr edilməsi barədə razılıq əldə olunub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Orucla söhbətimizdə yeni təsis olunan qurumun gələcək fəaliyyət istiqamətləri və digər mövzular ətrafında söhbətləşdik.

– Vüqar bəy, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaranması ideyası hansı zərurətdən yarandı?

– Ötən ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin VII hesabat seçki yığıncağı keçirildi. Yığıncaqda AQC-nin rəhbərliyi yeniləndi. Cəmiyyətin yeni sədri, İdarə Heyəti və rəhbər strukturları formalaşdı. AQC sədri seçilərkən konfrans nümayəndələri qarşısında bəyan etdim ki, bu yığıncaqdan sonra AQC-nin fəaliyyətində köklü dəyişikliklər olacaq. AQC-nin dövlət qurumları, assosiativ təşkilatlar, vətəndaş cəmiyyəti insitutları, kütləvi informasiya vasitələri ilə AQC arasında əməkdaşlıq artırılacaq. Eyni zamanda milli qiymətləndirmə standartlarının və vahid məlumat bazasının hazırlanması, qiymətləndiricilərin peşəkar vərdişlərinin artırılması, tədris-sertifikasiya fəaliyyətinin təşkili, eləcə də beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində səylərin gücləndiriləcəyini bəyan etdim. Cəmi bir il ərzində qeyd olunan istiqamətlərin hər biri üzrə ciddi addımlar atıldı. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, son bir il AQC-nin fəaliyyətində ciddi dönüş nöqtəsi oldu.

Bu məqamda qeyd edim ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dünyanın aparıcı beynəlxalq qiymətləndirmə təsisatlarının kollektiv üzvüdür. Azərbaycan və Türkiyə prezidentləri – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən türk birliyi ideyası, ayrı-ayrı sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi qiymətləndiricilər arasında da həmrəyliyi qaçılmaz edirdi. Elə bu məqsədlə AQC sədri olaraq gənc iqtisadçı Mikayıl Mirzəzadəni Türkiyə üzrə səlahiyyətli nümayəndə təyin etdim. AQC sədri olaraq ilk olaraq Türkiyəyə rəsmi səfər etdim. Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci və mənim tərəfimdən iki qardaş ölkənin qiymətləndirmə birlikləri arasında Anlaşma Memorandumu imzalandı. Müxtəlif sahələrdə əməkdaşlığı və birgə fəaliyyəti özündə ehtiva edən memorandumun əsas bəndlərindən biri də Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaradılması ilə bağlı idi.

Sonradan digər türk dövlətləri də bu təşəbbüsə dəstək verdilər. 2023-cü ilin may ayında Bakıda “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” keçirildi. Zirvə Görüşündə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti Marat Baytokov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov və rəhbəri olduğu birliklərin rəsmiləri iştirak etdi. Birliyin Nizamnaməsi layihəsi, gələcək fəaliyyət istiqamətləri istiqamətində mühüm razılaşmalar əldə edildi. İyun ayının 1-də isə Qazaxıstanın Türküstan şəhərində Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzvlüyü ilə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirildi. Birliyin Nizamnaməsi və gələcək fəaliyyət istiqamətlərinin əks olunduğu sənəd qəbul edildi. Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidenti, mən isə vitse-prezidenti seçildim. 2024-cü ilin iyun ayında Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin ikinci qurultayının Bakıda keçirilməsi, Birliyin prezidenti səlahiyyətlərinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri olaraq mənə dövr edilməsi barədə razılıq əldə olundu.

– Türk dünyasının birliyi ideyası, türk dövlətlərinin vahid siyasi, iqtisadi və mədəni strategiyası barədə təəssüratlarınızı eşitmək maraqlı olardı…

– Dünya sürətlə dəyişir və bəşəriyyətin möhtəşəm elmi-texnoloji, iqtisadi və nəticə etibarilə həm də siyasi transformasiyalar ərəfəsində olduğu aydın sezilir. İzləməkdə olduğumuz tendensiyalar, dünya miqyasında dövlətlərarası münasibətlərin inkişafı istiqamətində formalaşmaqda olan yeni konfiqurasiyalar getdikcə daha maraqlı şəkil almağa başlayır. Hadisələrin gedişatı əminliklə söyləməyə əsas yaradır ki, türk dövlətləri üçüncü minilliyə vahid siyasət və mədəniyyət strategiyası üzrə hərəkət etmək və bu tendensiyanı uğur və qətiyyətlə davam etdirmək əzmi ilə ilə daxil olurlar. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özəbkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti tərəfindən ümumtürk bayrağının qəbul olunması XXI əsrdə türk dünyasının bütövləşməsi, vahid gücə çevrilərək dünya siyasətində daha önəmli bir statusa yiyələnməsi yolunda atılmış ən mühüm addımlardan biridir. Heç şübhəsiz bu birliyin yaranmasında qardaş dövlətlərin rəhbərlərinin, ələxsus, Cənab İlham Əliyev və cənab İlham Əliyevin misilsiz rolu və əməyi var. Bu həmrəylik bütün sahələri əhatə etməlidir – siyasi, iqtisadi, mədəni və s. XXI əsr türk əsridir və türk dövlətləri arasında yüksələn əməkdaşlıq bunun bariz nümunəsidir.

– Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyəti nədən ibarət olacaq? Gələn ilin iyun ayında keçiriləcək Bakı konfransına qədər hansı işləri görmək niyyətindəsiniz?

– Türk dövlətləri Qiymətləndiricilər Birliyi müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən ali sənəd – nizamnamə əsasında fəaliyyət göstərəcək. Müxtəlif vasitələrlə, o cümlədən qiymətləndirmə bazarının bütün iştirakçıları üçün bərabər şərait yaratmaqla qiymətləndirmə xidmətləri bazarının inkişafına və fəaliyyətinin sabitliyinə nail olmaq, üzvlərinin qiymətləndirmə xidmətlərinin keyfiyyəti ilə bağlı olaraq, üçüncü şəxslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək, müxtəlif vasitələrlə, o cümlədən üzvlərinin peşəkarlıq səviyyəsini yüksəltməklə, qiymətləndirmə xidmətlərinin istehlakçılarının maraqlarının qorunmasını təmin etmək, türk dünyası qiymətləndirmə standartlarını və vahid məlumat bazasını hazırlamaq, fəaliyyət və təcrübə mübadiləsi, qarşılıqlı olaraq sertifikatların tanınması, bir sözlə, qarşılıqlı və faydalı əməkdaşlığın bütün komponentləri üzrə strateji və taktiki işbirlikləri nəzərdə tutulub. Mütəmadi olaraq onlayn toplantıların keçirilməsi, oktyabr ayında isə Ankara şəhərində növbəti yığıncağın keçirilməsi barədə qərar qəbul edilib.

– Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilməyinizdən bir il ötür. Ötən dövr AQC-nin fəaliyyətində hansı dəyişikliklər baş verdi?

– Ötən dövr ərzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıraları genişlənib. Hazırda cəmiyyətə kollektiv üzv olan qiymətləndirmə şirkətlərinin sayı 60-dır. Dövlət orqanları, vətəndaş cəmiyyəti insitutları, beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələri ilə faydalı və qarşılıqlı münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən Anlaşma Memorandumları imzalanıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasıyası Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Mediasiya Şurası və digər qurumlarla faydalı münasibətlər qurulub.

Eyni zamanda ötən dövr ərzində daşınmaz əmlak növlərinin qiymətləndirilməsi üzrə ardıcıl kurslar təşkil edilib. Bu kurslarda onlarla qiymətləndirici iştirak edib və iştirakçılardan bəziləri müvəfəqiyyət qazanaraq müvafiq sertifikatlar əldə edib. Bəzi sertifikatlar isə yenilənib. Eyni zamanda AQC tərəfindən Əmlak məsələləri Dövlət Xidmətinin əməkdaşlarına müvafiq ixtisasartıma kursu təşkil edilib. AQC ilə Qazaxıstanın Qiymətləndiricilər Palatası, Özbəkistan Qiymətləndiricilər Cəmiyyəti, Qırğızıstan Qiymətləndiricilər İttifaqı arasında Anlaşma Memorandumları imzalanıb. Türkiyə Dəyərləmə Uzmanları Birliyi və Hindistan Qiymətləndirmə Birliyi ilə imzalanan müqavilə ilə birlikdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) beş ölkə ilə münasibətlərini rəsmiləşdirmiş olub. Mətbuat orqanları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyətimiz davam bu gün də davam edir. Ötən dövr ərzində AQC-nin fəaliyyətindən bəhs edən onminlərlə məqalə tirajlanıb. Türkiyə, Qazaxıstan və digər dövlətlərin KİV-lərində AQC-nin fəaliyyətindən bəhs olunub.

– AQC-nin gələcək fəaliyyət istiqamətləri ilə bağlı planlarınız nədən ibarətdir? Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır?

– Qeyd edim ki, Türkiyə qiymətləndirmə sahəsində dərin təcrübəyə malikdir və qardaş ölkədə tətbiq edilən qiymətləndirmə standartlarını və ənənələrini Azərbaycana gətirməkAzərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında imzalanan Anlaşma Memorandumunda da bu öz əksini tapıb. Azərbaycan qiymətləndiricilərindən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutacaq. Bu səfərdə məqsəd Türkiyənin qiymətləndirmə təcrübəsini əxs etmək, faydalı təcrübə mübadiləsinə nail olmaqdır. Bu istiqamətdə maliyyə təsisatları, dövlət qurumları ilə müzakirələr aparmaq, əldə olunan yeniliklərinin ölkəmizdə tətbiqi istiqamətində təkliflərlə çıxış etmək niyyətindəyik. Yəqin ki, qarşıda dövrdə bu aspektdə müzakirələrə başlayacağıq.

Azərbaycanda qiymətləndirmə sektorunun problemlərinə gəldikdə isə, digər sahələrdə olduğu kimi, bu sahədə də neqativ hallar mövcuddur. Qiymətləndirmə fəaliyyəti lisenziya, yəni, dövlət orqanlarının razılığı ilə tənzimlənmədiyinə görə, qiymətləndirmə standartlarından kənar fəaliyyət göstərən “şirkətlər və qiymətləndiricilər” bazarda meydan sulayırlar. Onlar müxtəlif şirnikləndirici vədlər qarşılığında “qaranlıq fəaliyyət”ə maraqlı olan subyektlərlə əməkdaşlıq edirlər. Çox təəssüf ki, onların tərtib etdiyi qiymətləndirmə layihələri mövcud reallığı əks etdirmir və müəyyən dairələrin maraqlarına xitab edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkə qiymətləndiricilərinin kollektiv platforması olsa da, inzibati təsir alətlərinə malik deyil. Düzdür, biz dövlət qurumları ilə fəal əməkdaşlıq edirik və bu istiqamətdə də öz mövqeyimizi onların diqqətinə çatdırırıq. Lakin bizim təkliflərimiz tövsiyyə xarakterlidir. Bu baxımdan qiymətləndiricilərin özünütənzimləmə mexanizminin formalaşdırılmasına, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəal iştirakı ilə qiymətləndirmə sahəsində mövcud olan neqativ halların aradan qaldırılması üçün inzibati təsir alətləri əldə etməsinə ciddi ehtiyac var.

 

Fotolar


Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az