• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Kreml tərəfləri Qarabağda sülhə məcbur edəcək... - Rusiyadan mesaj

14:18 06.01.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Kremlin rəsmi kursunu təbliğ edən newsinfo.ru adlı Rusiya saytında Dağlıq Qarabağ münaqişinə dair məqalə dərc olunub. Məqalədə Rusiyanın tərəfləri sülhə məcbur edəcəyi göstərilir, eyni zamanda bunu nə zaman və hansı şərtlər daxilində həyata keçirəcəyi də vurğulanır.

Müəllifin qeydlərindən belə başa düşmək olur ki, Qarabağ məsələsi tamamilə Rusiyanın inhisarında, nəzarəti altında olan münaqişədir. Bu münaqişəni ancaq Rusiyanın təşəbbüsü və qarantiyası ilə həll etmək olar. Rusiya münaqişə ətrafında atəşkəsin saxlanılması üçün Azərbaycan və Ermənistana, məqalədə deyildiyi kimi, “artıqlaması ilə təsir imkanlarına” malikdir.

Virtualaz.org xəbər verir ki, məqalə müəllifi Vitali Kokorinə görə münaqişə dondurlub, ancaq əbədi olaraq belə davam edə bilməz. Çünki Azərbaycan ərazilərin itirilməsi ilə heç vaxt barışmayacaq, Ermənistan isə daim bu cür mühaibə gözləntisi altında yaşaya bilməz. “İnsan və maddi resurslar baxımından üstünlüyün birmənalı olaraq Azərbaycanın tərəfində olduğu nəzərə alınarsa orta perspektivdə Bakının revanş şansı artır. 

Digər tərəfdən müharibə və ya sülh məsələsi ancaq İrəvanla Bakıdan asılı olsaydı müharibə iki respublikanı çoxdan məhv etmişdi. Şükür allaha ki, onların hər ikisi Rusiyanın geosiyasi təsir zonasındadır. Bütün bu müddət ərzində Rusiya Qarabağda atəşkəsin başlıca qarantı olub, həm Bakı və İrəvanla iş aparmaqla, həm Ermənistanda hərbi baza saxlamaqla”-rusiyalı müəllif yazır.

Müəllifin fikrincə Rusiya Ermənistan-Azərbaycan məsələsində seçim qarşısında deyil. Çünki hər iki ölkə tarixən Rusiya ilə bağlıdır. Və tammiqyaslı müharibə başlaya bilməz, çünki Ermənistan aldığını alıb və müharibəni təzədən başlamaq istəmir, Azərbaycan isə başa düşür ki, Rusiya ona tam gücüylə döyüşməyə imkan verməyəcək. 

Məqalə müəllifinin iddiasına görə, əslində müharibənin başlamasında Rusiyanın “okeanın o tayındakı düşmənləri” maraqlıdır. Ona görə ki, Baltik dənizindən tutmuş Xəzərə qədər “antirusiya zolağı” yaratsınlar, Azərbaycanı Rusiyanın təsir zonasından çıxarsınlar.

“Lakin Bakıda müstəqil siyasət yürüdən və özgələrin oyununa meyl etməyən İlham Əliyev hakimiyyətdədir. Ermənistan-Azərbaycan müharibəsini başlatmaq üçün Bakıda hakimiyyətə antirusiya mövqeli prezident gətirmək lazım gəlir, buna da Amerikanın gücü çatmaz”-müəllif bildirir.

Məqalədə deyilir ki, Türkiyə də Qarabağda müharibənin başlanmasında maraqlı deyil. Hərçənd Türkiyə Azərbaycan məsələsindən Rusiyaya qarşı oynamaq üçün istifadə etməyə çalışır, ancaq Putinin diqqətini Qarabağda müharibə kimi “baha qiymətə cəlb etmək” istəməz.

”Rusiyanın isə mövqeyi aydındır-bizə Zaqafqaziyada (Cənubi Qafqaz-red.) heç bir müharibə lazım deyil. Və eynilə belə müharibə ilə hədələyərək Rusiyanı şantaj etmək də yolverilməzdir, hansı ki, xarici oyunçular buna stavka edir. Göstərmək istəyirlər ki, Rusiya Ermənistanı dəstəkləsə Azərbaycan Qərbə meyl edəcək, bitərəf qalsa Ermənistan Rusiyanın təsirindən çıxacaq. Bu primitiv hesablamalar çoxdan aydındır və faydasızdır. Rusiyanın siyasəti məhz bundan ibarətdir ki, Qarabağ məsələsinin üçüncü qüvvələr tərəfindən istifadə edilməsinə yol verməsin. Hazırda Azərbaycan və Ermənistan bütün yollarla atəşin dayandırılmasına və sülhə məcbur edilməlidir, hansı ki, Kreml elə bununla məşğuldur. Rusiyanın tərəflərə təsir imkanları bunun üçün artıqlaması ilə bəs edir. Qarabağ məsələsinin həlli üçün isə zaman və Rusiyanın iştirakı lazımdır”-müəllif sanki Kreml strateqlərinin düşüncələrini ifadə edirmiş kimi bildirir.

Bəs Rusiya nə vaxt bu münaqişəni həll etmək fikrinə düşəcək? Münaqişəni daha nə qədər bu cür dondurulmuş vəziyyətdə saxlayacaq? Məqalə müəllifinə görə, Rusiya gec-tez bu işlərlə məşğul olacaq, ərazilərin “mübadiləsi”, kompromislər, qaçqınların qayıtması məsələsinin həlli, əlbətdə ki, Rusiyanın nəzarəti altında və təhlükəsizlik təminatı ilə baş verəcək. Bunun üçün isə postsovet respublikalarında hərbi, iqtisadi baxımdan reinteqasiya prosesləri dərinləşməli, hər iki respublikanın Moskvaya etimadı artmalıdır. Başqa sözlə, müəllif eyham edir ki, Moskva Qarabağ münaqişəsinin həlli ilə Azərbaycanın və qalan keçmiş sovet respublikalarının təzədən Rusiyanın hərbi-iqtisadi orbitinə qayıtmasından sonra məşğul ola bilər...

Newsinfo.ru 2002-ci ildən fəaliyyətdədir və o qədər də populyar sayt deyil. Ancaq bu saytda Qarabağa dair yer alan fikirlər şimal tərəfdən əsən küləyin sürətini hesablamaq baxımından Azərbaycan üçün maraqlıdır. Çünki bu cür fikirlər hansısa az tanınan ekspertin və beynəlxalq mövzudan yazan jurnalistin öz fikirləri ola bilməz...

MilliYol.Az

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az