• Xəbər lentİ
Fləş

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Maşın bazarında ajiotaj - yeni qayda bazarı çalxalayır

09:20 12.05.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ekspert: "Aparılan gömrük siyasəti vətəndaşı məcbur edir ki, ili köhnə, sınıq-salxaq avtomobildən əl çəkməsin"

İstehsal ili 2012-ci ildən aşağı olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsindən sonra Azərbaycanda maşın bazarında xaotik vəziyyət yaranıb. İli 2012-ci ildən aşağı olan avtomobillərin qiyməti fantastik dərəcədə qalxacağına dair söhbətlər artıq reallığa çevrilir. Son 1 ayda istehsal ili 2000-2010-cu illər arasında olan avtomobillərin qiyməti təxminən 15-20 faiz artıb. Maraqlısı odur ki, indi çox adam maşın almağa da tərəddüd edir, qiymətin qarşıdakı aylarda necə olacağını gözləyir. Eyni zamanda 2012-ci ildən sonra istehsal olan maşınlar da bahalaşır.

Bir məqamı da qeyd edək ki, Azərbaycanın 4 rayonunda - Neftçala, Naxçıvan, Gəncə və Hacıqabulda avtomobil istehsal olunur (yığılıb və ya montaj olunub).

Dövlət Statistika Komitəsinin hesabatına 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 456 ədəd minik avtomobili istehsal edilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 64,6% artıb. İstehsalda artımla bərabər anbarlarda yığılan hazır avtomobillərin sayı 2023-cü ilin ilk 2 ayındakı istehsal sayından çoxdur.

Statistik məlumatlardan da görünür ki, Azərbaycanda istehsal olunan avtomobillərə maraq azdır. Bunun əsas səbəbi kimi keyfiyyət məsələsi və avtomobil sahibi olmaq istəyənlərin daha çox hibrid, elektromobillərə maraq göstərməsidir.

Yeri gəlmişkən, qeyd edək ki, Avropa İttifaqı ölkələri 2035-ci ilə qədər yeni minik və yük maşınları üçün karbon qazı emissiyalarının aradan qaldırılması təşəbbüsünü təsdiqləyib. Aİ karbon tullantılarının azaldılması hədəflərini 2030-cu ilə qədər minik avtomobilləri üçün 55 faizə, yük avtomobilləri üçün isə 50 faizə yüksəltməyə razılaşıb. Aİ həmçinin yeni avtomobillər üçün 2035-ci ilə qədər karbon qazının 100 faiz azaldılması hədəfini təsdiqləyib. Aİ-nin təşəbbüsü əslində daxili yanma mühərrikləri (ICE) dövrünün başa çatmasından xəbər verir. Agentlik bir çox avtomobil şirkətlərinin 2035-ci ilə qədər, çox güman ki, elektromobil istehsalına keçməli olacağını proqnozlaşdırıb.

Daxili yanma mühərrikli avtomobil qadağası Avropa Komissiyasının 2050-ci ilə qədər iqlimə uyğun olmayan iqtisadiyyata nail olmaq planının bir hissəsidir. Ötən il Avropa Komissiyası 2035-ci ildən elektriklə işləyən avtomobillərə tam keçidi və Avropa İttifaqında adi yanacaqla işləyən avtomobillərin istehsalına qadağa qoyulması gözlənilir.

Belə bir vaxtda Azərbaycanın 4 rayonunda daxili yanma mühərrikli avtomobil istehsalının gələcəyi çox qaranlıqdır. Digər tərəfdən də statistik məlumatlar da təsdiqləyir ki, Azərbaycanda istehsal olunan avtomobillərə maraq olduqca azdır.

Azərbaycanın avtomobil parkında paradoksal vəziyyət yaranıb. Ölkədə istehsal olunan maşınları alıcısı yoxdur, xaricdə istehsal olunan, ili köhnə avtomobillər isə sürətlə bahalaşmaqda davam edir.

Vəziyyəti dəyişmək üçün hansı addımlar atılmalıdır? Hökumətin atdığı addımlar, avtomobillərlə bağlı qəbul olunan qanunlar, gömrük siyasəti hansı yöndə dəyişməlidir?

Nqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Yeni Müsavat"a deyib ki, Azərbaycanın avtomobil parkının 80 faizi köhnə avtomobillərdir: "Bunun 30 faizi 10 ildən yuxarı, 30-35 faizi 20 ildən yuxarı, qalanı isə istehsal ili 40 ilə qədər gedib çıxan avtomobillərdir. "Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı" işlənib. Həmin proqrama görə, köhnə avtomobillər çıxdaş olunmalı, istismarı dayandırılmalıdır. Bu proqram 4 ildir ki, müzakirə olunur. Köhnə avtomobillərin yığışdırılması üçün imkanı təzə avtomobil almağa çatanlara alternativ variant təklif olunmalıdır. Bunu etməyin yolunu Azərbaycan hökuməti tapa bilmir. Dövlət vətəndaşın əlindən köhnə avtomobili alırsa, ona alternativ təklif etməlidir. Hələ ki belə bir təklif razılaşdırılmayıb".

Ekspert deyir ki, belə təklif gömrük qiymətləri ilə bağlı ola bilər: "Məsələn, dövlət vətəndaşın köhnə avtomobilini satın alır və metalloma atır. Əvəzində isə vətəndaşa gömrük üçün birdəfəlik kupon verə bilər ki, vətəndaş həmin kuponla gedib xaricdən 10-15 min manata özünə ili təzə maşın alıb gətirə bilsin. Bu halda ondan simvolik rüsum tutulsun. Kağız və xidmət xərcləri üçün 100-200 manat tutulsun. İndiki halda vətəndaş xaricdən avtomobili 10-15 min manata alır və ölkəyə gətirəndə rüsumlarla bərabər avtomobilin qiyməti 30-45 min manata kimi qalxır. Aparılan gömrük siyasəti vətəndaş məcbur edir ki, ili köhnə, sınıq-salxaq avtomobildən əl çəkməsin. Bunun üçün vətəndaşa birdəfəlik gömrük kuponu verib ili təzə avtomobil almasına şərait yaradılsa, problem çözülər".

Ekspert deyir ki, Azərbaycanda ictimai nəqliyyat bərbad durumdadır deyə, Azərbaycan vətəndaşlarında avtomobilləşməyə maraq yaranır: "Avtobuslarda, metroda, şəhərətrafı qatarlarda daim sıxlıqdır. İctimai nəqliyyat dözülməz halda istifadəyə yararsızdır. Ona görə də Azərbaycan vətəndaşları bank kreditləri ilə, borc almaqla, hər hansı yolla avtomobil alıb vəziyyətdən çıxmağa çalışırlar. Yeni qanun isə əslində avtomobilləşmənin qarşısını almağa hesablanıb. Bu qanunu qəbul etməzdən əvvəl Azərbaycan hökuməti ölkədə ictimai nəqliyyat sistemini istifadəyə yararlı hala gətirmək üçün xərc çəkməli idi. Bunun əvəzində belə bir qanun qəbul edildi və bu qanun avtomatik olaraq bazarda bahalaşmanı şərtləndirdi".

Ekspert deyir ki, Azərbaycan dövləti ictimai nəqliyyatı normal hala gətirməklə, vətəndaşları avtomobilləşmədən çəkindirə bilər: "Dövlət bir dəfə əsaslı xərc çəkib ictimai nəqliyyatı stansartlara uyğunlaşdırmalıdır ki, vətəndaş da işinə, evinə, bağına gedib gələ bilsin, uşağını bağçaya, məktəbə aparıb gətirə bilsin. Dövlət vətəndaşın əlindən köhnə avtomobilini alırsa, köhnə avtomobildən istifadəni məhdudlaşdırırsa, bunun alternativini təklif etməlidir".

Ekspert deyir ki, Azərbaycanda bazar iqtisadiyyatı varsa, bazarı da iştirakçılar tənzimləməlidir: "İndiki halda qanunlar elə şəkildə qəbul olunur ki, bazarda bahalaşma yaranır. Azərbaycanda istehsal olunan avtomobillərlə də vəziyyəti dəyişmək olar. Amma burada keyfiyyət məsələsi önə çıxır. Azərbaycanda yığılan maşınların fantastik qiymətləri ilə keyfiyyət arasında çox ciddi fərq var. Belə maşınları alanlar təmir sexlərinin, stansiyalarının daimi müştərilərinə çevrilirlər. Halbuki Azərbaycana tanınmış şirkətləri dəvət edib burada hibrid, elektiriklə işləyən avtomobillər istehsal etmək də mümkündür. Dövlət vətəndaşın köhnə maşınını əlindən alarkən ona ölkə daxilində istehsal edilən maşınları daha sərfəli qiymətlərlə təklif edə bilər. İndiki halda isə buna kimsə razı olmaz. Bu gün dünya üzrə tanınan avtomobil şirkətləri istehsal etdikləri avtomobillərin reklamına milyonlar xərcləyirlər. Azərbaycanda isə avtomobil istehsalçıları özlərini dünya markalarından üstün tuturlar, kimsəyə reklam vermirlər. Yəni istehsal olunan avtomobili satmaq kimi maraqları yoxdur. Sadəcə, buna dövlət layihəsi kimi baxılır. Düşünürlər ki, dövlət özü alıb idarələrə, əlillərə verəcək, vəssalam. Ona görə də ölkədə avtomobil bazarında qiymətlər qalxmaqda davam edəcək".

 


Etiket:

Digər xəbərlər

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

05.06.2026
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

05.06.2026
Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

05.06.2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

05.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az