Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 828 085 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 816 nəfər müalicə olunaraq sağalıb, 10 096 nəfər vəfat edib, aktiv xəstə sayı 173 nəfərdir.
Ölkədə son sutka ərzində 619, hazırkı dövrədək isə 7 496 659 test aparılıb.
Gün ərzində koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 943 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 706, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 327, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 507, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 328 nəfər təşkil edir.