• Xəbər lentİ
Fləş

Əfruz müəllim öldü

11:05 / 10.06.2023

"Məni sevib qalsaydın” klipinin təqdimatı oldu (FOTO/VİDEO)  

16:05 / 10.06.2023

Prezidentin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib (FOTO)  

13:57 / 10.06.2023

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı

11:58 / 10.06.2023

Zakir Həsənov tapşırıq verdi (FOTO/VİDEO)

11:32 / 10.06.2023

Əfruz müəllim öldü

11:05 / 10.06.2023

Türkiyənin daha bir cənnəti - Mustafapaşa

10:19 / 10.06.2023

Cəhbədə silahlar susmur - Atəşkəs yenə pozuldu

10:06 / 10.06.2023

Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

09:49 / 10.06.2023

Bu rayonlara yeni hərbi prokuror təyin edildi

17:49 / 09.06.2023

"Uşaq hüquqları haqqında" yeni qanun hazırlanacaq

16:41 / 09.06.2023

Orxan Fikrətoğlu istefa verdi

16:38 / 09.06.2023

Güney Azərbaycanın bu şəhərinə fars adı ilə əyalət statusu verilir (FOTO)

16:20 / 09.06.2023

Sabiq vəzifəli şəxs aldığı puldan 55 min manat geri qaytardı

15:56 / 09.06.2023

Ərdoğanın Bakıya səfər tarixi açıqlandı

14:26 / 09.06.2023

Prezident Ələt Azad İqtisadi Zonasının I mərhələsinin açılışında (FOTOLAR)  

14:16 / 09.06.2023

“Kristal Abşeron” şirkətinin binalarında təhlükəsizlik qaydaları kobud şəkildə pozulur...

13:01 / 09.06.2023

Şəxsiyyət vəsiqələri üçün ödənilən rüsum azaldılır? (AÇIQLAMA)

12:15 / 09.06.2023

Güclü küləkdə bayrağı belə dəyişdilər (VİDEO)

12:11 / 09.06.2023

Milli Məclisdə yeni təyinat (FOTO)

11:49 / 09.06.2023

“ARB Günəş” yeni layihəyə imza atdı

11:14 / 09.06.2023

Məmur 42 min manat rüşvət almaqda ittiham olunur

10:40 / 09.06.2023

Hövsanda niyə bank yoxdur? (VİDEO)

09:17 / 09.06.2023

“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” - Su satan Elvinin anası

09:05 / 09.06.2023

Yusif Mustafayev sələmə pul verir?  

08:55 / 09.06.2023

Məşhur aktyor "Ben bu cihana sığmazam"dan gedir (FOTO)

08:47 / 09.06.2023

Bu vəzifədə ilk qadın oldu (FOTO)

08:40 / 09.06.2023

Xaçmazda 160 minlik tədbirlər toplusu - 28 Mayla bağlı 4 gün tədbir təşkil edən şirkətlə müqavilə

18:47 / 08.06.2023

Bayram Mikayılov - Sabirabad xəstəxaanasında rüşvət və korrupsiyanın “açıq qapısı”

17:24 / 08.06.2023

Abdin Fərzəliyevin 3 milyonluq təmir-abadlıq işləri - Geyim satan, vergi borcu olan, qanunu pozan şirkətlərlər...

17:23 / 08.06.2023

Qurbanlıq heyvanların qiyməti açıqlandı (VİDEO)

16:45 / 08.06.2023
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 10 İyun 2023
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Tarix

Qərbi Azərbaycanda erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi

16:12 12.01.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bugünkü Ermənistanın yerləşdiyi ərazinin tarixi Azərbaycan torpağı olduğunu və bu ərazidə tarix boyu Azərbaycan xalqının yaşadığını xüsusi olaraq vurğuladı və 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı, 1920-ci ildə Azərbaycan SSR-in Zəngəzuru Ermənistana güzəştə getmək qərarlarına siyasi qiymət verdi. Prezident Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerini yüksək qiymətləndirdi, eyni zamanda haqlı olaraq bu tarixin şanlı səhifələri ilə yanaşı, qara səhifələrini də unutmamağı, tarixi həqiqətləri təhrif olunmuş formada təqdim etməməyi və bundan dərs çıxarmağı tövsiyə etdi.
 
Prezident İlham Əliyev İrəvanın ermənilərə verilməsi qərarını istər 1918-ci ildə, istərsə də hazırkı dövrdə müxtəlif səbəblərlə izah etməyə çalışanların heç bir izahatının qəbul edilən olmadığını, bu qərarın xalqımızın başına nə qədər böyük bəlalar gətirdiyini vurğuladı və haqlı olaraq qeyd etdi ki, "əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi”.
 
"İrəvanın ermənilərə verilməsi və ümumiyyətlə Cənubi Qafqazda erməni dövlətinin yaradılması” siyasətinin alternativi var idimi? Dövrün arxiv sənədlərindən məlum olur ki, bəli var idi. Bu alternativ "Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına ümumiyyətlə imkan verməmək” siyasəti idi. Bu Osmanlı dövlətinin siyasi xətti idi, lakin təəssüf ki, biz buna qarşı çıxdıq...
 
Dövrün arxiv sənədlərinin tədqiqi belə bir həqiqəti ortaya çıxarır ki, 1918-ci ildə Cənubi Qafqaz Seyminin süqutunun labüdlüyü ortaya çıxan zaman bölgədə əsas söz sahibi olan Osmanlı dövlətinin baş naziri Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda iki dövlətin – gürcü və müsəlman dövlətlərinin yaradılması mövqeyindən çıxış edir, bölgədə üçüncü dövlətin – erməni dövlətinin yaradılmasının əleyhinə idilər. Tələt və Ənvər paşalar məsələyə strateji yanaşaraq, Seymin süqutu və müstəqil gürcü dövləti yaradıldığı təqdirdə Qafqazın digər qismində müsəlman dövləti yaratmaq və ermənilərə dövlət yaratmağa imkan verməmək, ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək və bu məsələdə "çibanı kökündən təmizləmək” mövqeyindən çıxış edirdilər. Lakin Batum konfransındakı Seym heyətinin gürcü və Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılmasının vacibliyi mövqeyində israr edirdilər. Osmanlı hökuməti gürcü nümayəndələrinin təklifini rədd etsə də, Azərbaycan nümayəndələrinin təkidli mövqeyi qarşısında "ermənilərə dövlət yaratmağa imkan verməmək və ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək” təklifindən geri çəkildi və bir sıra öhdəliklər qarşılığında Osmanlı dövlətinin yeni sərhədləri ilə Göyçə gölü arasında erməni dövlətinin yaradılmasına razılıq verdi. Yəni, erməni dövlətinin yaradılması məsələsində Azərbaycan nümayəndələrinin təkidli mövqeyi mühüm rol oynadı. Bu fakt dövrün tarixi sənədlərində təsbit olunur, danılmaz həqiqətdir, bunu kimsə dana bilməz. Bu həqiqəti Azərbaycan Cümhuriyyətinin xadimləri özləri də etiraf ediblər. Məsələn, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Məmməd Yusif Cəfərov 1918-ci il oktyabrın 8-də Tiflisdəki Osmanlı nümayəndəsi Əbdülkərim paşanın vasitəçiliyi ilə Ermənistanın Gürcüstandakı diplomatik nümayəndəsi Arşak Camalyanla keçirdiyi görüşdə Azərbaycanın həmişə ermənilərə xoş münasibət göstərdiyini və Batum konfransının gedişində məhz Azərbaycanın səyləri nəticəsində Ermənistanın müstəqilliyinin təsbit olunduğunu bəyan edib, həmçinin İrəvan şəhərinin də Qarabağa bir daha ərazi iddiaları irəli sürməyəcəkləri şərtilə ermənilərə verildiyini Camalyanın diqqətinə çatdırıb.
 
Azərbaycan tərəfinin səyləri nəticəsində Cənubi Qafqazda erməni dövlətinin yaradıldığını Məhəmməd Əmin Rəsulzadə də dəfələrlə bəyan edib və eyni zamanda bu addımın yanlış olduğunu bu qərarın qəbul olunmasından heç bir ay keçməmiş etiraf edib. M.Ə.Rəsulzadə İstanbul konfransında olarkən Osmanlı rəsmiləri ilə görüşündə Azərbaycan tərəfinin Batum konfransında Tələt və Ənvər paşaların erməni dövlətinin yaradılması məsələsinə münasibətdə "çibanı kökündən təmizləmək” təklifini bölüşmədiyinin səhv mövqe olduğunu, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və Azərbaycan üçün bir bəlaya çevrildiyini etiraf edib. Tarix də sübut etdi ki, Tələt və Ənvər paşaların erməni dövlətinin yaradılmasına imkan verməmək və bu məsələdə "çibanı kökündən təmizləmək” siyasəti dövrün şərtləri daxilində ən doğru və strateji seçim idi. Lakin təəssüf ki, Azərbaycan nümayəndələri bu siyasətə qarşı çıxdılar və erməni dövlətinin yaradılması siyasətini yeritdilər.
 
Batum konfransında siyasi mərkəzi İrəvan şəhəri olmaqla erməni kantonunun yaradılması haqqında qəti qərar qəbul edildikdən sonra konfransdakı Azərbaycan nümayəndələrinin (M.H.Hacınski və M.Ə.Rəsulzadə) tövsiyəsi ilə hüquqi prosedurları tamamlamaq üçün Azərbaycan Milli Şurasının 29 may 1918-ci ildə Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasında İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi müzakirə olundu. İclasın keçirilməsi üçün yetərsay olmadığı halda məsələ səsə qoyuldu və "İrəvanı ermənilərə güzəştə gedilməsi” ilə bağlı müsbət qərar verildi. Bu qərarla İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi hüquqi cəhətdən ermənilərin xeyrinə həll edilmiş olsa da, əslində bu qərarın hüquqi əsası yox idi.
 
Azərbaycan Milli Şurası o zaman parlament funksiyasını həyata keçirirdi, yəni hökumətin imzaladığı müqavilə, saziş və razılaşmalar Milli Şurada təsdiq edildikdən sonra qanuni qüvvəyə minə bilərdi. Əvvəla, Batumda aparılan erməni-Azərbaycan danışıqlarında tərəflər arasında bu məsələ ilə bağlı əldə edilən centlemen razılaşmaların hansısa bir müqavilə ilə rəsmiləşdirilməsi həyata keçirilməyib. Qarşılıqlı öhdəlik və məsuliyyəti hüquqi qüvvəyə malik müqavilə ilə rəsmiləşdirilməyən bir centlemen razılaşmanı birtərəfli qaydada təsdiq etmək doğru deyildi.
 
Digər tərəfdən, İrəvan məsələsi ilə bağlı Batumda əldə edilən razılaşmaları birtərəfli qaydada təsdiq edib rəsmiləşdirən Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli iclası bu məsələdə qərar qəbul etmək üçün səlahiyyətə malik deyildi. Belə ki, Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli iclasında Milli Şuranın 44 nəfər üzvündən cəmi 20 nəfəri iştirak edib, bu 20 nəfərdən də 16 nəfəri İrəvanın güzəştə gedilməsi təklifinin lehinə, 1 nəfəri əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb. Ərazi güzəşti kimi mühüm bir məsələnin həlli qərarı Milli Şura üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə qəbul edilə bilərdi. Bu iclasda isə Milli Şura üzvlərinin heç 50 faizi iştirak etmirdi. Bu mənada Milli Şuranın 29 may 1918-ci il tarixli iclasının qərarı legitim hesab edilə bilməz.
 
Üçüncü bir tərəfdən, İrəvan şəhərinin müsəlmanların böyük çoxluq təşkil etdiyi yerli əhalisinin rəyi belə öyrənilmədən məsələ müzakirəyə çıxarılıb və qərar qəbul olunub. Azərbaycan Milli Şurasının 1 iyun 1918-ci il tarixində keçirilən iclasında İrəvandan olan şura üzvləri – Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov Milli Şuranın "İrəvanı Ermənistana güzəştə getməsi” qərarına qarşı rəsmi etirazla çıxış etdilər. Lakin Milli Şura bu etiraz sənədini müzakirə etmədən onun protokola tikilməsi haqqında qərar qəbul etdi. Beləliklə, Azərbaycan tərəfinin köməyi ilə Ermənistan dövlətinin yaradılması və onun paytaxtı məsələsi öz həllini tapdı.
 
Vasif Qafarov
AMEA Tarix İnstitutu "Azərbaycan Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, "Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası” elmi qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent

Etiket:

Digər xəbərlər

Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

10.06.2023
Əfruz müəllim öldü

Əfruz müəllim öldü

10.06.2023
Türkiyənin daha bir cənnəti - Mustafapaşa

Türkiyənin daha bir cənnəti - Mustafapaşa

10.06.2023
Cəhbədə silahlar susmur - Atəşkəs yenə pozuldu

Cəhbədə silahlar susmur - Atəşkəs yenə pozuldu

10.06.2023
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı

10.06.2023
Zakir Həsənov tapşırıq verdi (FOTO/VİDEO)

Zakir Həsənov tapşırıq verdi (FOTO/VİDEO)

10.06.2023
Prezidentin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib (FOTO)
 

Prezidentin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib (FOTO)  

10.06.2023

"Məni sevib qalsaydın” klipinin təqdimatı oldu (FOTO/VİDEO)  

10.06.2023
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

Əsir saxlanılan Hüseyn məhkəməyə bu formada gətirilib (FOTO)

10.06.2023
Əfruz müəllim öldü

Əfruz müəllim öldü

10.06.2023
Türkiyənin daha bir cənnəti - Mustafapaşa

Türkiyənin daha bir cənnəti - Mustafapaşa

10.06.2023
Məşhur futbolçu ölən oğlunun sevgilisi ilə eşq yaşayır (FOTOLAR)

Məşhur futbolçu ölən oğlunun sevgilisi ilə eşq yaşayır (FOTOLAR)

04.06.2023
Deputatın qardaşı ilə sakinlər arasında gərginlik:

Deputatın qardaşı ilə sakinlər arasında gərginlik: "Çəkilişi dayandırmasaz..." (VİDEO)

06.06.2023
Azərbaycanlı meyxanaçı aparıcıya İstanbulda evlilik təklifi etdi (VİDEO)

Azərbaycanlı meyxanaçı aparıcıya İstanbulda evlilik təklifi etdi (VİDEO)

05.06.2023
Əfv sərəncamı ilə azadlığa çıxan sabiq məmurlar (SİYAHI)

Əfv sərəncamı ilə azadlığa çıxan sabiq məmurlar (SİYAHI)

11.05.2023
Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış etdi (VİDEO)

Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış etdi (VİDEO)

14.05.2023
Bu məscidlərə imam təyin olundu (SİYAHI)

Bu məscidlərə imam təyin olundu (SİYAHI)

11.05.2023
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az