Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 115 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 825 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 695 nəfər müalicə olunaraq sağalıb, hazırda 466aktiv xəstə var. Bu günə qədər 9 989 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1834, bu günə qədər isə ümumilikdə 7 401 526 test icra olunub.
Gün ərzində koronavirus əleyhinə 276 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 97, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 119, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 27 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 926 818, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 257, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 854, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 408, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 299 nəfər təşkil edir.