Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 64 yeni yoluxma faktı qeydə alınıb, 60 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 584 nəfər müalicə olunaraq sağalıb, hazırda 370 aktiv xəstə var. Bu günə qədər 9 989 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 779, bu günə qədər isə ümumilikdə 7 398 046 test icra olunub.
Ötən gün koronavirus əleyhinə 284 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 116, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 103, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 926 238, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 071, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 766 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 155, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 246 nəfər təşkil edir.