Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 524 nəfər müalicə olunaraq sağalıb, 9987 nəfər vəfat edib, aktiv xəstə sayı 368 nəfərdir.
Ölkədə son sutka ərzində 682, hazırkı dövrədək isə 7 395 267 test aparılıb.
Gün ərzində koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 925 954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 955, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 052, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 230 nəfər təşkil edib.