• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

İsraildəki ilk səfirimiz - şərtlərə cavab verəcək namizədlər

09:31 06.12.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycan parlamenti nəhayət ki, İsraildə səfilik açmaq haqda qərar verdi. Çoxdan gözlənilən qərar idi. Çünki bu həm də torpaqlarımızın azad olunmasında bizə müstəsna köməyi dəymiş - öz silahları, hərbi texnologiyaları, özəl kəşfiyyat məlumatları, verdiyi şəhidlə (Milli Qəhrəman Albert Aqarunov) və s. - yəhudi xalqına bir vəfa borcumuz idi.

44 günlük Vətən müharibəsi sonrakı dönəmdə də İsrail öz siyasəti ilə Azərbaycanın yanında olduğunu sübut etdi. Olmağa davam edir. O sırada qazilərimizin müalicəsi və işğal edilmiş ərazilərin bərpası istiqamətində yəhudi dövlətinin töhfələrini də Azərbaycan xalqı unutmayacaq. Bu mənada Bakı küçələrində Türkiyə və Pakistan bayraqları ilə bərabər İsrail bayrağının da dalğalanması təsadüfi deyildi.

Qalır indi səfirliklə bağlı texniki məsələ. Ancaq texnikimi?

"Hesab edirəm ki, səfirliyin açılması iki ölkə arasındakı münasibətləri tam da müttəfiqlik səviyyəsinə çatdıracaq və münasibətlər qarşılıqlı inam üzərində davam edəcək".

Bunu beynəlxalq məsələlər üzrə ekspert Elxan Mehdiyev öz məqaləsində yazıb. Politoloq hesab edir ki, ölkəmizin yerləşdiyi coğrafi məkan və müharibə sonrası həll edilməmiş təhlükəsizlik məsələləri Azərbaycanla İsrail arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsini tələb edir. “Bu kontekstdə, İsrailin antiterror əməliyyatları təcrübəsi və şübhəli elementlərin izlənməsi və zərərsizləşdirilməsi praktikası Azərbaycan təhlükəsizlik qüvvələri üçün çox yararlı ola bilər. Düşünürəm ki, indiki dönəmdə İsraildə səfirin kim olacağı da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın İsrailə göndərəcəyi səfir XİN-in hər hansı bir diplomatının təyinatına bağlanmalı deyil, burada fərqli yanaşma tətbiq edilməlidir”, - deyə Mehdiyev qeyd edib.

Onun sözlərinə görə, təyin ediləcək səfirin dünya görüşlü, təcrübəli, Yaxın Şərqin, İsrailin və yəhudi millətinin tarixi ilə tanış olan və bölgədə uzun müddət davam edən münaqişənin incəliklərini bilən nüfuzlu bir şəxsin təyin edilməsi daha da məqsədəuyğun olardı. “Azərbaycanın gənc diplomatlarının bu məsələlərə ağırlıqlı olaraq cəlb edilmədiyini nəzərə alsaq, yeni təyin ediləcək səfirin Azərbaycanın nüfuzlu yəhudi vətəndaşlarından birinin təyin edilməsi, Azərbaycanın İsraildə ilk səfiri kimi, ikili münasibətləri də möhkəm əsaslarla qurardı. Dünyanın əksər ölkələrinin İsrailə göndərdikləri səfir hər zaman bu cür göstəricilərə cavab verir və ölkəsində də nüfuz sahibləri olur. Məncə, Azərbaycan da bu məsələdə çoxtərəfli amilləri nəzərə alaraq qərar verməlidir”, - deyə politoloq vurğulayıb.

Bəs bu şərtlərə cavab verəcək neçə namizədimiz var? İlk səfir azərbaycanlı yəhudilərdən biri ola bilərmi?

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, kimin səfir təyin olunacağı ilə bağlı məsələ Prezidentin səlahiyyətidədir, seçimi o edəcək: “Amma çox müsbət haldır ki, səfirliyin açılması barədə qərar verildi və parlament bunu dəstəklədi. Burada söhbət bir səfirin fəaliyyətindən getmir. Səfirlə yanaşı bütün diplomatik sistem, burada Azərbaycanın iqtisadiyyatı ilə bağlı, təhlükəsizliyi ilə bağlı təyin edilən qurumlar da mühüm rol oynayır. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, bir sıra istiqamətlərdə də Azərbaycanın diplomatik sahədə işləri gücləndirildi. Büdcədə bu istiqamətdə deputatlar tərəfindən artımla bağlı xahiş edilmişdi. Mən də parlamentdə dəfələrlə büdcə müzakirələrində bu məsələni qaldırmışdım. Çox müsbət qərarlar verilib və Azərbaycan çoxşaxəli işi, Azərbaycanı tanıtmaq istiqamətində işləri gücləndirməlidir. Bu sahəyə böyük diqqət göstərilməsinə ehtiyac var. Söhbət ondan gedir ki, Azərbaycanı sevməyən qüvvələr bu gün bizimlə müharibəni məhz bu sahədə - informasiya sahəsi, diplomatik müharibə aparır, odur ki, beynəlxalq təşkilatlarla həm də rəsmi diplomatik münasibətləri genişləndirməliyik. Bununla yanaşı, parlament diplomatiyası istiqamətində çoxşaxəli işlər görülməlidir. Və Azərbaycan öz haqlarını dünyada müdafiə etməlidir. Buna çox ehtiyac var. Nəzərə alsaq ki, bizə qarşı çox ciddi, zəngin və təşkilatlanmış xarici Ermənistan formalaşıb. Ermənistan təkcə bizə qonşu olan ölkədən ibarət deyil. Dünyada bunlardan daha güclü olan və türk nifrəti ilə yaşayan erməni təşkilatları Azərbaycana, Türkiyəyə qarşı öz müharibəsini aparırlar”.

Deputat əlavə edib ki, Azərbaycanın İsraildə əməkdaşlığın çoxşaxəli, böyük bir potensialı var: “Ümumiyyətlə, tək təhlükəsizlik, hərbi sahədən söhbət getmir, humanitar sahə, təhsil, səhiyyə, iqtisadiyyatın digər sahələri ilə bağlı İsrailin böyük təcrübəsi var. Bizim əməkdaşlığımız çox mühüm olardı. İsrailin müasir suvarma sistemləri təcrübəsi də var. Onlar demək olar ki, səhrada bütün məhsulları yetişdirə bilirlər. Azərbaycanda da çoxdan vaxt çatıb ki, su ehtiyatlarına qənaətlə yanaşılsın. Köhnə sovet meliorasiya sistemindən yeni, müasir suvarma sistemləri tətbiq etməliyik. Bu istiqamətdə İsraillə əməkdaşlıq Azərbaycanda bu resursları qorumaq istiqamətindədir, su resurslarını qorumaq istiqamətində çox mühüm nəticələr verə bilər”.

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanın Fələstində nümayəndəlik, İsraildə səfirlik açması zamanında qəbul edilmiş qərardır: “Azərbaycan həm müsəlman ölkələri, həm də bu gün silah sənayesində böyük uğurlara imza atmış İsraillə sıx əməkdaşlıq edir. Azərbaycan hər zaman İslam həmrəyliyinə ciddi töhfələr verib. Bəzi dövlətlərdən fərqli olaraq həm sözdə, həm də əməldə bunu nümayiş etdirib. Müsəlman ölkəsi olduğunu iddia edən dövlət müsəlman ölkəsinin əleyhinə qeyri-müsəlman ölkəsi ilə sıx əməkdaşlıq etməz. Qeyd etdiyimiz kimi, Azərbaycan bu həmrəyliyi hər zaman öz əməlləri ilə göstərib. Müsəlman ölkələrini narahat edən məsələlərə həssas münasibət göstərib, onlara dəstək və yardımını əsirgəməyib. Onu da qeyd edim ki, bizim İsraillə əməkdaşlığımızla İranın Ermənistanla əməkdaşlığı arasında paralellik aparanlar yanılırlar. Biz heç zaman İsraillə İran əleyhinə əməkdaşlıq etməmişik. İran isə bunu hər zaman edib, Ermənistanın daha da güclənməsi üçün çalışıb. Ermənistanın azərbaycanlıların əlinə qanı batmış cinayətkar liderlərini bütün müsəlman dünyasının gözü qarşısında İranın rəsmi şəxsləri dəfələrlə qucaqlayıb bağrına basıblar”.


Etiket:

Digər xəbərlər

Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az