• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Kriminal

Bakıda qazini girov götürənlərin fırıldağı - Film kimi hadisə

09:45 01.12.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 5 nəfərin oğurladığı və qarşılığında atasından 30 min manat alınan Mikayıl Mikayılovun Vətən Müharibəsi iştirakçısı olması üzə çıxıb.

Belə ki, M.Mikayılov bibisi oğlu ilə birgə müharibəyə qatılıb. Döyüşlərin gedişində bibisi oğlu şəhid olub, Mikayıl isə sonadək müharibədə iştirak edib. O, bibisi oğlunun məclisində iştirak etmək üçün cəbhədən yaşadığı Göyçay rayonunun Ləkiçılpaq kəndinə gələrkən özü ilə iki ədəd F-1 qumbarası və alışdırıcılar gətirib, onları yaşadığı evin həyətində basdırıb.

Daha sonra hərbi xidmətini tam başa çatdırıb doğma kəndinə qayıdan Mikayıl dostu İsmayıla onda 2 ədəd qumbara olduğunu və satmaq istədiyini deyib. İsmayıl isə Mikayılı qorxutmaq və onu girov götürərək ailəsindən pul almaq məqsədilə plan qurub. O, bu məqsədlə həmkəndlisi İslamdan kömək istəyib. İslam da məsələ barəsində dostlarına bildirib. Beləliklə 5 nəfərdən ibarət qrup yaradılıb.

Keçən ilin iyul ayında İsmayıl Mikayıla qumbaraları almaq üçün müştəri tapdıqlarını, 7500 dollara razılaşdıqlarını bildirib. İyulun 24-də axşam saatlarında Mikayıl atasına Bakıda yaşayan hərbçi dostunun bıçaqlandığını bildirərək paytaxta gedəcəyini bildirib və qumbaraları götürərək İsmayılla birgə yola düşüb. Onlar qrupun üzvü Kamil Qədimovun qardaşının qayınanasına məxsus olan və Zabrat qəsəbəsində yerləşən evə gəliblər. Burada İsmayıl və Mikayılı "alıcılar” qarşılayıblar. Mənzildə Mikayıl sellofan torbada gətirdiyi qumbaraları təqdim edərkən qrup üzvlərindən Elşən Məmmədrzayev saxta vəsiqə göstərərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. Elşən Məmmədrzayev, Ruslan Əsgərov, Kamil Qədimov və İslam Bayramov Mikayılla İsmayılın qollarını bağlayaraq onları ayrı-ayrı otağa salıblar. Mikayıl dostu İsmayılın da tutulduğunu düşünüb. Lakin az sonra cinayətin əsas təşkilatçılarından olan İsmayılın qolunu açıblar. Onlar özlərini dövlət işçisi kimi təqdim edərək Mikayılın silah alveri etdiyini, ağır cinayət törətdiyini bildirərək həbs ediləcəyini deyiblər və döyərək fiziki işgəncələr veriblər. Bundan sonra Mikayıl həmin şəxslərə pul verə biləcəyini deyərək atası ilə əlaqə saxlayıb və Bakıda tutulduğunu, kömək etməsini xahiş edib. Dəstə üzvləri Mikayılın Göyçayda yaşayan atasından 30 min dollar tələb edib, tərəflər daha sonra 30 min manat qarşılığında Mikayılın sərbəst buraxılmasına razılaşıblar.

İslam Bayramovun təklifi ilə Mikayılın atasından pulu Göyçaydakı telefon mağazasına qoyması tələb edilib. Daha sonra qrup üzvlərindən İsmayıl, İslam və Kamil birgə maşınla Göyçaya gedərək mağazadan 30 min manatı götürərək paytaxta qayıdıblar. Onlar pulu qrup üzvü olan 5 nəfər arasında böldükdən sonra Mikayılı sərbəst buraxıblar.

Bundan sonra qrup üzvləri Mikayılı onun azad edilməsində dostu İsmayıl və Bayramın müsbət rolunun olmasına inandırıblar və həmin şəxslərə əlavə 20 min dollar verməsini boynuna qoyublar. Lakin bir müddət sonra Mikayıl aldadıldığını başa düşüb və hadisənin elə İsmayılla Bayram tərəfindən təşkil edilməsini öyrənib, hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 noyabr 2022-ci il tarixli hökmü ilə Ruslan Əsgərov 11 il, İsmayıl Bədəlov 11 il, Elşən Məmmədrzayev 11 il, İslam Bayramov 11 il və Kamil Qədimov 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Qeyd edək ki, müharibədən qanunsuz silah gətirib satmağa çalışan Mikayıl Mikayılov barəsində də əlavə araşdırmalar həyata keçirilib, cinayət işi açılıb.


Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az