Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 7 yeni yoluxma faktı qeydə alınıb, 51 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 823 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 405 nəfər müalicə olunaraq sağalıb, hazırda 222 aktiv xəstə var. Bu günə qədər 9 957 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 740, bu günə qədər isə ümumilikdə 7 337 855 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13914000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5390668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4872032, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3388040, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263260 nəfər təşkil edir.