• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Azərbaycan və Əlcəzair xalqlarının mübarizə əzmi

11:23 08.11.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Əlcəzair daima Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib

Azərbaycan tarixən ərəb dövlətləri ilə sıx əlaqələrə malik olub. Ərəb ölkələri ilə ortaq dini dəyərlər bu əlaqələrin davamlı olmasına rəvac verib. Bu baxımdan Azərbaycan Afrika qitəsinin ən inkişaf etmiş dövlətlərindən biri olan Əlcəzair Xalq Demokratik Respublikası ilə də əlaqələrini gücləndirib. İki dövlət arasında diplomatik münasibətlər və parlamentlərarası dostluq əlaqələri mövcuddur. Eyni zamanda siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə iki ölkə arasında əməkdaşlıq edilir. Əlcəzair daima Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Əlbəttə ki, bu ölkə ilə əlaqələrin gücləndirilməsi qarşılıqlı iqtisadi münasibətlərin inkişafı baxımından da önəmlidir.

Azərbaycan-Əlcəzair münasibətlərinin səmimi dostluğa söykənməsi Prezident İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna Əlcəzair Xalq Demokratik Respublikasının noyabrın 1-də qeyd olunan milli bayramı – İnqilab Günü münasibətilə yazdığı təbrik məktubundan bir daha aydın görünür: “Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur və biz bu münasibətlərə böyük əhəmiyyət veririk. Ötən illər ərzində Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada, beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim”. Onu da deyək ki, Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasportlara malik şəxslər qarşılıqlı viza tələbindən azad edilib. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edib. Toplantıdakı çıxışı zamanı Prezident İlham Əliyev bir sıra vacib məqamlara, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatındakı roluna toxunub. Dövlətimizin başçısı qeyd edib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır: “120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq”. Nəzərə çatdıraq ki, Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, həmçinin Qoşulmama Hərəkatının sədri kimi dəvət edilib.

Azərbaycan və Əlcəzair xalqları oxşar faciələr yaşayıblar. Azərbaycan xalqı Ermənistanın işalçılığından, Əlcəzair xalqı isə Fransa müstəmləkəçiliyindən uzun illər əziyyət çəkib. Hər iki xalq düşmənlərinə qarşı mübarizə əzmi göstərərək Qələbə əldə ediblər. Prezident İlham Əliyev nitqində bu məqamı da böyük təəssüf hissi ilə qeyd edib: “Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik”.

Cənab Prezident çıxışında Fransanı Əlcəzairdə törətdiyi soyqırımı cinayətlərinə görə sərt tənqid edib: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. Xatırladaq ki, Prezident İlham Əliyev Əlcəzairə səfəri çərçivəsində paytaxtdakı Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Fransa müstəmləkəsinə qarşı Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə tikilib. Azərbaycan və Əlcəzairdə həyata keçirilən soyqırımıları eyniləşdirəndə Fransa və Ermənistanın təcavüzkar xarakterə malik ölkə olduğunu görürük. Hər ikisi dünya tarixinə işğalçılıq siyasəti yürüdən və terrorizmi dəstəkləyən ölkə olaraq düşüblər. Bu gün Fransa ilə Ermənistanı soyqırımı siyasəti birləşdirir. Bu baxımdan hazırda Fransanın Ermənistana dəstək verməsi anlaşılandır…

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


Etiket:

Digər xəbərlər

Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az