Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 823 539 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 302 nəfər müalicə olunaraq sağalıb, 9957 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.
Ölkədə son sutka ərzində 598, hazırkı dövrədək isə 7 333 740 test aparılıb.
Ötən gün koronavirus əleyhinə yalnız bir vaksin vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 913 928, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 658, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 001, üç və daha çox doza vaksin vurduranların sayı 3 388 016, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 253 təşkil edir.