Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 51 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 469 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 201 nəfər müalicə olunaraq sağalıb, hazırda 315 aktiv xəstə var. Bu günə qədər 9 953 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 935, bu günə qədər isə ümumilikdə 7 329 356 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 379 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 78, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 207, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 25 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 912 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 435, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 815, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 387 568, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 158 nəfər təşkil edir.