• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Kriminal

9 il həbsdə günahsız yatmışdı... - Aydın Qəhrəmanov nə qədər təzminat alacaq?

09:44 01.11.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ötən həftə Azərbaycanda, hətta dünya məhkəmə-hüquq sitemində nadir halda baş verən hadisələrdən biri qeydə alındı.

Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət aldı. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı.

Məlumat üçün bildirək ki, 2013-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub. Əvvəlcə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Aydın Qəhrəmanov təqsirləndirilən şəxs kimi tutulub. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Uzun çəkən məhkəmə və ekspertizalardan sonra şəxsə bəraət verilib. 53 yaşında tutulan A.Qəhrəmanov 62 yaşında məhkəmə zalından azadlığa buraxılıb.

Vaxtilə Türkiyə həbsxanalarının birində məhkumlar divara belə bir şüar yazmışdı: "Dünyada sadəcə ölülər ölmüş sayılmır, azadlığı olmayanlar da ölüdür”. 9 il "ölü” kimi yaşamaq, özü də bu müddəti dörd divar arasında günahsız keçirmək dəli olmağa səbəb ola bilər. Maraqlıdır ki, dünyada nadir yaşanan bu təcrübədə məhkumun həyatından "oğurlanmış” illərin qarşılığı nə olur və ya nə olmaldır? Bununla bağlı konkret qanunverici akt olmasa da, günahsız yerə həbsdə yatmış şəxsin bunun kompensasiyasını maddi formada almaq hüququ vardır.

Məsələ ilə bağlı ilk olaraq Aydın Qəhrəmanovun vəkili Tərlan Azayevlə danışdıq. Hüquq müdafiəçisi T.Azayev bildirib ki, müvəkkili ilə bağlı tezliklə kompensasiya üçün müraciət edəcəklər: "Bunu dövlət, prokurorluq, qanunsuz hökm çıxaran hakimlər, yoxsa kim ödəməlidir bilmirəm. Amma istənilən halda məhkəmə qaydasında mülki iddia qaldıracağıq. 10 ilə yaxın bu insan günahsız yerə yatıb, çox şey itirib. Bununla bağlı son qanunvericiliyi dəqiq araşdırmalıyıq”.

Mövzu ilə əlaqədar danışan Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kompensasiya alınması məsələləri üzrə ixtisaslaşmış vəkil Əsabəli Mustafayev deyib ki, məhkəmələr çalışmalıdırlar ki, hər bir şəxsə hesablanmış bəraətə görə eyni yanaşmanı göstərsin: "Məsələn REAL Partiyasının sədri İlqar Məmmədov bəraət alarkən, ona 234 min manat kompensasiya ödənilməsinə qərar verildi. Mən hesab edirəm ki, İlqar Məmmədova ödənilən kompensasiya məbləği azdır. Bu insanın həyatından 5 il gedir, ailəsindən, ictimai mühitdən, əmək fəaliyyətindən məhrum olur. Uzun müddət dərin psixoloji gərginlikdə yaşayırsan.

Hansı vətəndaşdan soruşsan, səni 1 ildə həbsdə saxlasalar, nə qədər kompensasiya istəyərsən? 1 milyondan aşağı məbləğ deyən olmayacaq. Çünki azadlıq həqiqətən şirin nemətdir və onun qədrini azadlıqdan məhrum edilmiş şəxslər bilir. Ona görə də Azərbaycanda olan məbləğlər çox aşağı məbləğlərdir. Həm də ki, böyük məbləğlər məhkəmələri də səhv qərarlardan çəkindirir. Hazırki məbləğlər azı üç dəfə artırılmalıdır. Amerikada, Avropada kompensasiya məbləğləri çox-çox yüksəkdir”.

Ə.Mustafayevin sözlərinə görə, əgər Aydın Qəhrəmanova məhkəmənin özü tərəfindən bəraət verərkən, kompensasiya təyin olunmayıbsa, bu zaman yerli məhkəməyə müraciət etmək lazımdır: "Bəzən məhkəmə bəraət verərkən, qərarda kompensasiya məsələsini də aydınlaşdırır. Amma məhkəmə yalnız bəraət veribsə, həmin şəxs sonradan ayrıca mülki iddia qaldırır və dəymiş maddi-mənəvi ziyanın əvəzində ödənilməsini tələb edir. Lakin burada iddianı kimə qarşı qaldırmaq lazımdır, bax bu sual doğurur. Çünki məhkəmələr heç vaxt kompensasiya ödəmir. Onların büdcəsində bunun üçün xərc də nəzərdə tutulmur. Bu halda istintaqı aparmış orqana qarşı iddia qaldırıb, maraqlı şəxs kimi Maliyyə Nazirliyini göstərmək olar. Amma istintaq orqanı da deyə bilər ki, mən hökm vermirəm, ittiham verirəm. Ona görə qanunda bu barədə qeyri-müəyyənlik var, bu, aradan qaldırılmalıdır. Bəraət aldıqdan sonra kompensasiyanı kimdən tələb etmək lazımdır? Bunu bilməliyik”.

Dünya təcrübəsində həqiqətən də faktlar bəraət almış şəxslərin komensasiya qismində ciddi məbləğlər aldığını görürük. Məsələn, 1982-ci ildə ABŞ-da baş vermiş yanğında bir nəfər ölmüş, yanğının başlamasında təqsirli bilinən Valter Forbes ömürlük həbsə məhkum edilmişdi. Lakin 38 il sonra onun günahsızlığı sübuta yetirilərək bəraət almışdı. Hadisənin yeganə şahidi ifadəsində yalan danışdığını etiraf etdikdən sonra o, azadlığa buraxılmışdı. Forbes dövlətdən 2 milyon dollar təzminat almışdı. Amma bu rəqəm ABŞ-da ştatlara görə dəyişir. Məsələn Miçiqan ştatında bir il günahsız həbsdə yatmağa görə 50 min dollar təzminat verilir.

Bundan başqa, Kaliforniyada 39 il günahsız həbsdə qalan Kreyq Koliniyə (iki nəfəri öldürməkdə təqsirli bilinirdi) 5 milyon dollar təzminat ödənilib.

Türkiyədə isə bir hərbçi 1981-ci ildəki hərbi çevrilişdə günahkar bilinərək həbs edilmiş, 6 ilə yaxın həbsdə saxlanılmışdı. 39 il sonra 2020-ci ildə o, günahsız olduğunu sübuta yetirmişdi və işə bəraətverici əsaslarla xitam verilmişdi. Həmin şəxsin aldığı kompensasiyanın məbləği faizlərlə birlikdə 2 milyon lirə (dövrün məzənnəsi ilə 285 min dollar) olmuşdu.

Qeyd edək ki, hazırda AİHM-in qərarlarında standart olaraq 1 aylıq günahsız həbsdə yatmağa görə 1000 avro mənəvi təzminat nəzərdə tutulub. Bu hesabla Aydın Qəhrəmanov təxminən 200 min manat təzminat almalıdır. Lakin bu, sadəcə mənəvi təzminat hissəsidir. Maddi zərərə görə də, əlavə olaraq məbləğ tələb etmək mümkündür. Çünki həbsdə olan zaman şəxs işini və dolayı yolla bütün gəlirlərini də itirmiş olur. Onu da əlavə edək ki, Avropa və Amerikada yerli məhkəmələrin təzminat məbləğləri bundan qat-qat üstündür.

Mənbə: qafqazinfo.az


Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az