Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 54 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 822 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 486 nəfər müalicə olunaraq sağalıb, hazırda 384 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 984, bu günə qədər isə ümumilikdə 7 299 324 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 828 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 220, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 175, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 382, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 51 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 905 220, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 860, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 410, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 384 336, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 614 nəfər təşkil edir.