Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 65 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 822 751 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 407 nəfər müalicə olunaraq sağalıb, hazırda 409 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 959, bu günə qədər isə ümumilikdə 7 296 340 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 923 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 283, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 208, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 388, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 44 nəfərdir.
Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 904 392 təşkil edir.