Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 şəxs vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 822 278 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 821 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 526 nəfərdir.
Ölkədə son sutka ərzində 3 313, hazırkı dövrədək isə 7 277 812 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 786 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 271, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 40 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 898 973, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 760, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 069, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 921, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 223 nəfər təşkil edir.