Azərbaycanda son sutkada koronavirus infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib.
MilliYol.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9 893 nəfər vəfat edib, aktiv xəstə sayı 1 592 nəfərdir.
Ölkədə son sutka ərzində 3 856, hazırkı dövrədək isə 7 221407 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 1190 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 248, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 212, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 648, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 82 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 882 596, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 379 639, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 244, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 375 569, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 144 nəfər təşkil edir.