Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 189 aktiv xəstə var. Bu günə qədər 9 838 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 343, bu günə qədər isə ümumilikdə 7 180 867 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 1 353 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 178, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 671, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 127 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 868 240, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 375 656, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 213, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 368 451, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 920 nəfər təşkil edir.