Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb,9 741 nəfər vəfat edib, aktiv xəstə sayı 2 103 nəfərdir.
Ölkədə son sutka ərzində 3543, hazırkı dövrədək isə 7 033 280 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 2289 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 464, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 281 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 810 252, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 365 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 346, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 333 814, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 625 nəfər təşkil edir.