Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə MilliYol.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb.
Ölkədə indiyədək 796 576 nəfər koronavirusa yoluxub. Onlardan 784 908 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 933 nəfərdir.
Ölkədə son sutka ərzində 1 860, hazırkı dövrədək isə 7 025 998 test aparılıb
Ötən sutkada koronavirus əleyhinə 18 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, ikinci mərhələ üzrə vaksinasiya olunan olmayıb, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 8, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 805 249, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 364 368, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 106, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 330 725, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 050 nəfər təşkil edir.