Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793827 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 703 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 405 nəfərdir.
Ölkədə son sutka ərzində 1 967, hazırkı dövrədək isə 6 989 636 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 29 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 781 799, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 359 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 352, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 316 512, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 461 nəfər təşkil edir.