Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 277 nəfərdir.
Ölkədə son sutka ərzində 2 348, hazırkı dövrədək isə 6 980 033 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 1600 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 437, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 854, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 151 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 778 501, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 358 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 017, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 314 598, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 183 nəfər təşkil edir.