Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, nəticələri pozitiv çıxan 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 403, bu günə qədər isə ümumilikdə 6 974 930 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 2230 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 736, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1047, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 162 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 774 761, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 357 725, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 671, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 312 490, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 875 nəfər təşkil edir.