• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

QMİ bəyanat yaydı: "Təxribat meylləri müşahidə olunur"

12:56 14.06.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb.

MilliYol.az daxil olan bəyanatda deyilir:

"Azərbaycan dini-mənəvi dəyərlərinə dərin ehtiramı, dinlərarası anlaşma və mehriban qardaşlıq mühitinin hökm sürməsi ilə tanınan dünyəvi, hüquqi-demokratik dövlətdir. Ölkə Konstitusiyasına görə, bütün dinlər bərabər hüquqlara malikdir. Ateizm ideologiyasından qurtulmuş müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərimizin əsasında duran İslam dininə dövlət səviyyəsində xüsusi ehtiramlı münasibət bərqərar olmuşdur. Sovetlər dönəmində 17 məscidi olan Azərbaycanda müstəqillik dövründə 2000-dən artıq məscid, təqribən bu sayda imam dövlətin maddi dəstək və yardımı ilə fəaliyyət göstərir. Bütün ölkə boyunca, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizdə bərpa edilən və yenidən qurulan dini-mənəvi abidələrimiz, bütün dinlərə məxsus ibadətgah məkanları dövlətin ali diqqətinin təzahürüdür. Dövlət səviyyəsində həyata keçirilən bu işlərin şahidi bütün dünya ictimaiyyətidir. Həqiqət göz önündədir. Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulduğu kimi: "Yaxşı işlər görün! Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər" (Tövbə, 105).

İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə önəm verən, müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği və müdafiəsi istiqamətində əməli səylər göstərən dövlət başçımız İlham Əliyev Azərbaycanda Multikulturalizm ili, ardınca İslam Həmrəyliyi ilini elan etməklə öz müdrik qərarları və müəllifi olduğu Bakı prosesi ilə dünya miqyasında dinlərarası dialoq, sivilizasiyalararası əməkdaşlıq işinə böyük töhfələr verməkdədir. Azərbaycan dövləti dünyanın istənilən nöqtəsində İslamın müqəddəs məkanlarına, rəmz və şəxsiyyətlərinə qarşı hər hansı hörmətsizliyə, etnik, dini qarşıdurmalara yol açan nifrət çağırışlarına hər zaman qətiyyətli etiraz səsini ucaldır. Azərbaycanın dövlət rəhbəri islamofobiya meyllərinə qarşı öz qətiyyətli mövqeyini beynəlxalq aləmdə ən uca xitabət kürsülərində – BMT-də və nüfuzlu qlobal forumlarda səsləndirir, öz ardıcıl əməlləri, səyləri ilə dini-mənəvi dəyərlərinə ehtiramını xalqımıza və dünya ictimaiyyətinə nümayiş etdirir.

Yüz illərdir ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadığı Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, etnik-dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Multikultural birgəyaşayış təcrübəmiz dünyada nümunəvi model olaraq təqdir olunur. İslam dünyasının mütərəqqi dövlətlərindən biri kimi tanınan, öz milli, dini-mənəvi dəyərlərini qoruyub inkişaf etdirən, bəşəri dəyərlərə önəm verən Azərbaycan dövlətinin əməli səyləri dünya miqyasında nüfuzumuzu artırır, bütün beynəlxalq müstəvilərdə mövqelərimizi möhkəmləndirir.

Təəssüf olsun ki, Azərbaycanda hökm sürən tolerantlıq və dinlərarası, məzhəblərarası harmoniya mühitində dövlətimizin uğurlarından narahat olan bəzi destruktiv qüvvələr tərəfindən ölkəmizdəki ictimai sabitliyi, vətəndaş birliyini pozmaq niyyəti ilə nifrət çağırışlarının gündəmə gətirilməsi, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü təxribat meylləri müşahidə olunmaqdadır. Beynəlxalq qurumlara və dünya ictimaiyyətinə ölkəmiz haqqında böhtan və qarayaxma xarakterli məlumatların ötürülməsi, Azərbaycanın demokratik imicinə qarşı heç bir obyektiv reallığa əsaslanmayan çirkin təbliğatın aparılması, cəmiyyətimizin ən dəyərli üzvləri - xalqımızın Vətən müharibəsindəki qələbəsi naminə canlarını fəda etməyə hazır olan, sağlamlığını itirən qəhrəman qazilərimizi təxribata çəkmək yönündə xaricdən idarə edilən və maliyyələşdirilən hərəkətlər də bu qəbildəndir.

Azərbaycan dövləti beynəlxalq aləmdə qazandığı siyasi-mənəvi uğurlara azərbaycançılıq məfkurəsi, tarixi etnik-dini tolerantlıq ənənələri, zəngin multikultural dəyərləri ilə, dinlərarası və məzhəblərarası nadir anlaşma şəraitini bərqərar etməklə nail olmuşdur. Azərbaycan dünyada unikal ölkələrdəndir ki, dindarları məzhəb fərqi qoymadan eyni məsciddə namaz qılır, ibadət və bayram günlərini birgə keçirirlər. Xalqımızın çoxəsrlik mental dəyərləri və dövlətimizin müdrik siyasəti sayəsində təşəkkül tapan bu reallıq qibtə ilə yanaşı, təəssüf ki, bəzi dairələrdə qıcıq yaradır. Milli birliyimizə, daxili həmrəyliyimizə xələl gətirmək niyyəti ilə məzhəblərarası anlaşma mühitimizi hədəfə alan məkrli qüvvələr ölkə daxilində və xaricdən idarə olunan bəzi sosial media şəbəkələrində məqsədyönlü iş aparmaqdadırlar. İslam adından məkrli siyasi məqsədlər üçün sui-istifadə edən, mənəvi dəyərləri məqsədyönlü şəkildə təhrif edən, dinin əsaslarından anlayışı olmayan bəzi sosial şəbəkə fəalları insanları yanlış yola istiqamətləndirmək üçün canfəşanlıq göstərirlər. Bəlli məqsədlər naminə düşmən dəyirmanına su tökmək, qərəzli dezinformasiyaları əldə bayraq edərək müsəlmanların müqəddəs hissləri, xalqın heysiyyatı ilə oynamaq haqsızlıqdır. Müqəddəs dinimiz İslam sülh, anlaşma, əmin-amanlıq dinidir. Mahiyyətində bəşəri dəyərlər duran dinimizin adından təxribatlar üçün sui-istifadə olunması yolverilməz əməl, günah işdir.

Müzəffər ordumuz, fədakər Azərbaycan əsgəri heç bir etnik, dini və məzhəb fərqinə məhəl qoymadan 44 günlük müqəddəs Vətən müharibəsində möhtəşəm birlik nümayiş etdirdi, öz Ali Baş Komandanının əmri və xalqımızın qələbə çağırışı ilə səfərbər olaraq, bir səngərdə, çiyin-çiyinə misilsiz qəhrəmanlıqlar göstərdi, mədəniyyət paytaxtımız Şuşanı, bütün Qarabağı otuz illik düşmən işğalından xilas etdi. Mübarək şəhidlərimizi milli, dini, məzhəbi mənsubiyyətindən asılı olmayaraq, bütün din xadimləri birlikdə torpağa tapşırdıq. Qafqaz Müsəlmanları İdarəsi hər bir Azərbaycan vətəndaşını haqq mücadiləmiz zamanı olduğu kimi, bu gün də monolit birliyimizi qorumağa, dinindən, məzhəbindən asılı olmayaraq eyni cəbhədə olmağa, dövlətçiliyimizin mənafelərini müdafiə etməyə, milli-mənəvi həmrəyliyimizi pozmağa yönəlik təxribatlara uymamağa çağırır. Qalib Azərbaycan xalqı öz mənəvi dəyərlərinin sahibidir, Qarabağda əsarətdən qurtardığı İslami dini irsinə sahib çıxan millətdir. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilmişdir. Bu gün də müdrik dövlət başçımızın rəhbərliyi ilə xalqımız, ölkə dindarları milli-mənəvi dəyərlərimizin keşiyindədir, onu yad təsir və təxribatlardan göz bəbəyi kimi qoruyur və hər zaman da qoruyacaq. Uca Allah Azərbaycanı hifz etsin!".


Etiket:

Digər xəbərlər

Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az